Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə12/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   8   9   10   11   12   13   14   15   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

2.1.3. Bioloji
Bioloji sahədə, xüsusilə də genetikadakı innovasiyalar da eyni 
dərəcədə həyəcanvericidir. Son illərdə gen düzülüşündə, lap son 
dövrlərdə isə genləri aktivləşdirmə və ya dəyişdirmə prosesində 
xərclərin azaldılması və rahatlığın artırılması sahəsində mühüm 
nailiyyətlər əldə edilmişdir. “İnsan Genomu Layihəsi” 10 ildən çox 
müddətdə 2,7 milyard dollara başa gəldiyi halda, hazırda bir geno-
mun düzülüşü bir neçə saat ərzində və min dollardan da az xərclə 
gerçəkləşdirilə bilir.
10
Hesablama gücündə baş verən irəliləyişlərin 
nəticəsində artıq elm adamlarının sınama və yanılma metodundan 
istifadə etmələrinə ehtiyac qalmır, bunun əvəzinə hansı spesifik 
genetik variasiyaların müəyyən xüsusiyyətləri və xəstəlikləri yarada 
bildiklərini yoxlaya bilirlər.


H
Ə
R
Ə
K
Ə
TVER
İ
C
İ
QÜVV
Ə
L
Ə
R
35
Sintetik biologiya artıq növbəti mərhələdir. Bu, bizə DNT-ni 
yazıb, orqanizmləri modifikasiya etmək bacarığını qazandıra-
caqdır. Ortaya çıxaracağı ciddi etik məsələlər bir tərəfə qalsın, bu 
irəliləyişin eyni zamanda, yalnız tibb üzərində deyil, həm də kənd 
təsərrüfatı və bioyanacaq məhsullarının istehsalı üzərində də dərin 
və sürətli təsiri olacaqdır. 
Ürək xəstəliklərindən xərçəngə qədər ciddi sağlamlıq problem-
lərimizin bir çoxunun genetik komponenti vardır. Buna görə də, 
səmərəli və ucuz şəkildə (müntəzəm diaqnostikalarda istifadə olu-
nan sıralama maşınlarının hesabına) bizim fərdi genetik düzülü-
şümüzü müəyyən etmək bacarığı, pasiyentə xas və eff ektiv səhiyyə 
sahəsində inqilab yaradacaqdır. Şişlərin genetik düzülüşü haqqın-
dakı məlumat həkimlərə xəstənin xərçəng müalicəsi ilə bağlı qərar-
lar qəbul etmək imkanı yaradacaqdır. 
Genetik markerlər ilə xəstəlik arasındakı əlaqələr haqqında an-
layışımızın geri qalmasına baxmayaraq, verilənlərin miqdarının 
artması həssas tibbin nəticələrini yaxşılaşdırmağa xidmət edən son 
dərəcədə dəqiq hədəfl ərə yönəlmiş müalicələri mümkün edəcəkdir. 
“IBM”in “Watson” adlı superkompüteri artıq indidən xəstəliyin və 
onun müalicəsinin keçmişini, skanlamalar və genetik verilənləri ən 
müasir tibbi biliklərin (demək olar ki) tamamlanmış külliyatı ilə 
müqayisə edərək, bir neçə dəqiqə ərzində xərçəng xəstələri üçün 
xüsusi müalicələrin təklif edilməsinə kömək edir.
11
Bioloji tənzimləmə bacarığı, geni dəyişdirilmiş bitki və ya hey-
van yaratmağa, bundan başqa insanlar da daxil olmaqla yetkin 
orqanizmlərin hüceyrələrini dəyişdirməyə imkan verəcək şəkildə 
praktikada hər hansı bir hüceyrə tipinə tətbiq edilə bilər. Bu, 1980-
ci illərdə tətbiq edilən gen mühəndisliyindən fərqlənir, əvvəlki me-
todlarla müqayisədə daha dəqiq və məhsuldardır və istifadəsi daha 
asandır. Əslində, elm o qədər sürətlə inkişaf edir ki, hazırkı məhdu-
diyyətlər texniki olmaqdan daha çox hüquq, tənzimləmə və etika 
ilə bağlıdır. Potensial tətbiqlərin siyahısı faktiki olaraq sonsuzdur 
– burada, daha çox iqtisadi və ya yerli şərtlərə uyğun olan qidalan-


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
36
ma rejimləri ilə yetişdirilə biləcək tərzdə heyvanların modifikasiya 
edilməsindən ifrat istilərə və ya quraqlıqlara tab gətirəcək ərzaq bit-
kilərinin yetişdirilməsinə qədər bir çox tətbiqləri misal göstərmək 
mümkündür. 
Gen mühəndisliyi üzrə aparılan araşdırmalar inkişaf etdikcə 
(məsələn, genlərin tənzimlənməsi və müalicəsində istifadə edilən 
CRISPR/Cas9 metodunun inkişafı) eff ektiv təqdimat və spesi-
fikliyin yaratdığı məhdudiyyətlər aşılacaq və bizi, xüsusilə də etik 
baxımdan birbaşa və ən vacib sual ilə qarşı-qarşıya qoyacaqdır: 
Genlərin tənzimlənməsi tibbi araşdırma və tibbi müalicəni necə 
dəyişdirəcəkdir? Prinsip etibarilə, həm bitkilər, həm də heyvanlar 
potensial olaraq dərmanlar və müalicənin digər formalarını yara-
da biləcək tərzdə dəyişdirilə bilərlər. İnəklərin südlərinin hemofil 
xəstələri üçün mühüm olan qanı laxtalandırıcı elementi yarada bilə-
cək formada dəyişdiriləcəyi gün elə də uzaqda deyildir. Tədqiqat-
çılar artıq indidən donuz genomunu insanlara nəql edilə bilən 
orqanlar yetişdirmək məqsədilə dəyişdirməyə başlayıblar (Bu, in-
diyə qədər insan bədəninin immunitet sisteminin rədd etmə riski 
və heyvanlardan insanlara xəstəlik keçməsi riski səbəbindən nəzər-
də tutulmayan orqan nəqletmə prosesi idi).
Müxtəlif texnologiyaların birləşməsi və bir-birini zənginləşdir-
məsinə başqa bir misal kimi üçölçülü istehsal ilə gen tənzimlənmə-
sinin birləşdirilərək, toxumaların bərpası və regenerasiyası məqsə-
dilə canlı toxumaların istehsalında istifadə ediləcəyini göstərmək 
olar. Bioçap adlandırılan bu proses elə indidən dəri, sümük, ürək 
və damar toxumalarının istehsalında istifadə edilir. Nəhayət, çap 
edilmiş qaraciyər hüceyrə təbəqələrindən istifadə edilərək insanla-
ra nəql ediləcək orqanlar istehsal ediləcəkdir. 
Hazırda aktivlik səviyyəmizə və qan kimyamıza nəzarət etmək 
üçün yaradılan yeni cihazlar bədənlərimizə yerləşdirilir və bunlar 
hamısı bizim rifahımız, zehni sağlamlığımız, evdəki və iş həyatın-
dakı məhsuldarlığımız ilə yaxından əlaqəlidir. Biz, eyni zamanda, 
insan beyninin işləmə prinsipi ilə bağlı bilgilərimizi artırır və ney-


H
Ə
R
Ə
K
Ə
TVER
İ
C
İ
QÜVV
Ə
L
Ə
R
37
rotexnologiya sahəsindəki heyrətləndirici yeniliklərə şahid oluruq. 
Son bir neçə il ərzində dünyada ən çox maliyyə dəstəyi qazanan 
araşdırma proqramlarının beyin elmləri ilə bağlı olması da bunu 
bir daha sübut edir.
Mən həm sosial normaların, həm də uyğun tənzimlənmənin in-
kişaf etdirilməsi ilə bağlı ən böyük çağırışların biologiya sahəsində 
olduğunu düşünürəm. Qarşımıza belə bir yeni sual çıxır: insan nə 
deməkdir? Bədənlərimiz və sağlamlığımız haqqında hansı verilən-
ləri və məlumatları başqaları ilə paylaşa bilərik? Gələcək nəsillərin 
genetik kodunu dəyişdirməyə gəldikdə, hansı hüquqlara və məsu-
liyyətə sahibik?
Genetik tənzimlənmə məsələsinə qayıtsaq, hazırda insan geno-
munu həyat gücünə sahib embrionlar çərçivəsində açıq manipulya-
siya etmək çox asanlaşmışdır və elə bu səbəbdən də ehtimal olunur 
ki, gələcəkdə müəyyən xüsusiyyətlərə və spesifik xəstəliklərə dirəniş 
göstərmə imkanına sahib olan dizayner körpələrin (
ing. designer 
babies
) meydana gəlməsinə şahid olacağıq. Qeyd etmək lazımdır ki, 
bu bacarıqların gətirdiyi imkanlar və təhdidlər haqqında aparılan 
müzakirlər də gündəmdədir. Məsələn, 2015-ci ilin dekabr ayında 
ABŞ Milli Elmlər Akademiyası və Milli Tibb Akademiyası, Çin 
Elmlər Akademiyası və Böyük Britaniya Krallıq Cəmiyyəti birgə 
“Beynəlxalq İnsan Geni Tənzimlənməsi Sammiti”ni keçirdilər. Bu 
müzakirələrlə yanaşı, biz hələ də sürətlə yaxınlaşmasına baxmaya-
raq ən son genetik üsulların reallığı və nəticələri ilə üzləşməyə hazır 
deyilik. Bunların qarşımıza çıxaracağı sosial, tibbi, etik və psixoloji 
çağırışlar çox ciddidir və həll edilmələri, ən azından düzgün şəkildə 
müzakirə edilmələri zəruridir. 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin