Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə13/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   9   10   11   12   13   14   15   16   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

İxtiranın dinamikaları
İnnovasiya, qarantiyası olmayan, mürəkkəb bir sosial prosesdir. 
Bu səbəbdən, bu hissədə dünyanı dəyişdirmək gücünə sahib olan 
geniş bir neçə texnoloji tərəqqi nümunələrinə yer verilsə də, bu 
kimi proseslərinin davam etməsini və mümkün olan ən yaxşı nəti-


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
38
cələrə yönəlməsini necə təmin edəcəyimizə diqqət ayırmağımız da 
çox vacibdir. 
Akademik qurumlar, çox vaxt mütərəqqi fikirlərin arxasınca 
gedilən ən önəmli yerlərdən biri kimi qəbul edilirlər. Ancaq yeni 
sübutlar göstərir ki, universitetlərdəki karyera təşviqləri və fondları 
hazırda cəsur və innovativ proqramların əvəzinə mərhələli və mü-
hafizəkar araşdırmaları seçirlər.
12
Akademik dünyanın araşdırma fəaliyyətindəki mühafizəkarlı-
ğına çarə kimi tədqiqatın daha da kommersiyalaşmış formalarının 
təşviq edilməsi düşünülə bilər, ancaq bu prosesin də bir sıra çətin-
likləri var. 2015-ci ildə “Uber Technologies” şirkəti Karneqi Mel-
lon Universitetindən robotlar üzrə 40 tədqiqatçı və alimi işə gö-
türdü. Universitet labaratoriyasının insan kapitalının mühüm bir 
hissəsinin bu şəkildə kənarlaşması onun tədqiqat bacarıqlarına təsir 
göstərdi və ABŞ Müdafiə Nazirliyi və digər qurumlarla bağladığı 
müqavilələrin böyük stres altına düşməsinə səbəb oldu.
13
Cığır açan fundamental tədqiqatları və innovativ texniki tət-
biqləri həm universitetlərdə, həm də biznesdə dəstəkləmək üçün 
hökumətlərin iddialı araşdırma proqramlarına yönəlmiş daha aq-
ressiv maliyyələşdirmə siyasətlərinə ehtiyac vardır. Eyni qaydada, 
araşdırmalarda dövlət-özəl sektor əməkdaşlığının biliyin və insan 
kapitalının hər kəsə fayda verə biləcək şəkildə artırılması istiqamə-
tində strukturlaşdırılması da zəruridir. 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin