DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
58
əmək bazarı ortaya çıxara bilər və ya yazıçı və Silikon Vadisində
proqram təminatı üzrə sahibkar olan Martin Fordun öncədən xə-
bər verdiyi kimi bütün bu dəyişikliklərə bugündən hazırlaşmasaq,
iş qüvvəsi bacarıqları piramidasının təməlinin boşalmasına, bərabə-
rizliyin yüksəlməsinə və sosial gərginliklərin artmasına yol açılması
mümkündür.
25
Bu təzyiqlər bizi eyni zamanda, dördüncü sənaye inqilabı kon-
tekstində “yüksək bacarıq” deyərkən nə başa düşdüyümüzü yeni-
dən qiymətləndirməyə məcbur edəcəkdir. Bacarıq sahibi olan iş
qüv vəsi ilə bağlı ənənəvi tərifl ər yüksək ya da ixtisaslaşmış bir təhsi-
lin olub-olmamasına və ya bir peşə, ya da ixtisaslaşma sahəsi çərçivə-
sində müəyyən edilmiş bacarıqlara əsaslanırdı. Texnologiyalardakı
dəyişikliklərin sürətlə artması şəraitində dördüncü sənaye inqilabı,
işçilərin daim uyğunlaşma və müxtəlif kontekstlərdə yeni bacarıq
və yanaşmaları öyrənmə bacarıqlarını daha çox ön plana çəkəcəkdir.
Forumun “İş yerlərinin gələcəyi” adlı araşdırmasının da göstər-
diyi kimi insan resursları menecerlərinin 50%-dən az hissəsi öz təş-
kilatlarının iş qüvvəsi strategiyasındakı bu dəyişikliklərə ən azından
hazırlaşmağa uyğun olduqlarını düşünürlər. Daha həlledici bir ya-
naşmanın qarşısındakı əsas maneələr inqilabi dəyişikliklərin təbiə-
ti ilə bağlı şirkətin qavrayış yetərsizliyi, iş qüvvəsi strategiyaları ilə
şirkətin innovasiya strategiyası arasındakı az və ya demək olar ki,
heç uyğunlaşmanın olmaması, resurs qıtlığı və qısamüddətli mən-
fəətlilik təzyiqləridir. Bu səbəbdən, üfüqdə görünən dəyişikliklərin
miqyasları ilə şirkətlərin bu çağırışlara cavab vermək üçün gördük-
ləri tədbirlərin nisbətən marjinal hərəkətləri arasında uyğunsuzluq
ortaya çıxır. Təşkilatların bacarıq ehtiyaclarını qarşılamaq və arzu
edilməyən sosial nəticələri yumuşaltmaq üçün yeni bir baxış buca-
ğına ehtiyacları vardır.
Dostları ilə paylaş: