Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə29/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   25   26   27   28   29   30   31   32   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

3.2.4. Yeni əməliyyat modelləri 
Bütün bu fərqli təsirlər şirkətlərin əməliyyat modellərinə yeni-
dən baxmasını tələb edir. Bunun nəticəsi kimi, şirkətlərin strateji 
planlaşdırması daha sürətli və daha çevik iş görmə çağrışı ilə üzləşir.
Daha əvvəl də qeyd etdiyim kimi, rəqəmsallaşmanın təsirləri-
nin reallığa çevirdiyi mühüm bir əməliyyat modeli platformadır. 
Əgər üçüncü sənaye inqilabı xalis rəqəmsal platformaları ortaya 
çıxarmışdısa, dördüncü sənaye inqilabının əsas fərqləndirici xü-
susiyyətlərindən biri fiziki dünya ilə yaxından əlaqəli olan qlobal 
platformaları ortaya çıxarmasıdır. MIT Sloan İdarəetmə Məktəbi-
nin araşdırmasına əsasən, 2013-cü ildə bazar dəyəri baxımından ən 
öndə olan 30 markanın 14-ü platforma əsaslı şirkətlərdir.
37
Platforma strategiyaları, daha da müştəri-mərkəzli olma ehtiya-
cı və məhsulların verilənlərlə yaxşılaşdırılması ilə birləşdikdə bir çox 
sektorlarda məhsul satmaqdan daha çox xidmət göstərməyə yönəlir. 
Artan sayda istehlakçı fiziki əşyalarını satın almaq əvəzinə, onun əsa-
sında dayanan xidmətə hər hansı bir rəqəmsal platforma vasitəsilə 
çıxış imkanı üçün pul ödəməyi seçir. Məsələn, “Amazon”un “Kind-
le” mağazası vasitəsilə milyardlarla kitaba rəqəmsal çıxış əldə edilir, 
“Spotify” vasitəsilə demək olar ki, dünyadakı bütün mahnıları din-
ləmək olur və ya nəqliyyat vasitənizə ehtiyac olmadan səyahət xid-
məti təklif edən avtomobil paylaşma biznesinin xidmətindən istifadə 
etmək mümkündür. Bu, güclü dəyişiklikdir və iqtisadiyyatda daha 
çox şəff af, dayanıqlı dəyər mübadiləsi modellərinin inkişafına imkan 
yaradır. Lakin bu, eyni zamanda, sahibliyi necə ifadə edəcəyimiz, 
sonsuz məzmunla necə maraqlanacağımız və bu xidmətləri böyük 


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
72
miqyaslarda təqdim edən güclü platformalarla necə qarşılıqlı əlaqə 
quracağımız kimi yeni çağırışları və problemləri gündəmə gətirir. 
Dünya İqtisadi Forumunun “Sənayenin Rəqəmsal Transforma-
siyası” adlı təşəbbüsü dördüncü sənaye inqilabından faydalanmaq 
üçün dizayn edilmiş fərqli iş və əməliyyat modelləri nümunələri-
ni təqdim edir. Daha əvvəl də qeyd edilən müştəri-mərkəzli mo-
del bunlardan biridir. Bu modelin əsas tərəfdarlarından biri olan 
“Nespresso” bütün cəhdlərini müştərilərini ön planda tutmaq üçün 
ön cəbhə proseslərinə və işçilərini gücləndirməyə yönəldir. Bəsit 
biznes modelləri, rəqəmsal, fiziki və bəşəri dünyaların qarşılıqlı tə-
sirinin təmin etdiyi fürsətlərdən istifadə edərək, “Michelin”in yük-
sək keyfiyyətli xidmətləri aşağı qiymətlə təqdimetmə cəhdləri kimi 
yeni optimallaşdırma formalarını ortaya çıxarır.
Verilənlərə əsaslanan biznes modelləri, müştərilərlə bağlı qiymətli 
informasiyalara geniş kontekstdə çıxış əldə etmələri sayəsində və qav-
rama səviyyəsini yüksəltmək məqsədilə təhlil və proqram intellektin-
dən artan dərəcədə istifadə etməklə yeni gəlir mənbələri yaradırlar. 
“Açıq və likvid” şirkətlər özlərini likvid dəyər yaradan ekosistemin 
hissəsi kimi görürlər. “Skynet” şirkətləri isə diqqəti avtomatlaşmaya 
yönəldərək təhlükəli sektor və yerlərdə ön plana çıxırlar. Bundan 
başqa, enerji və material axınlarının daha səmərəli istifadəsini təmin 
edən, mənbələri qoruyan, xərcləri aşağı salan və ətraf mühit üzərində 
müsbət təsir yaradan yeni texnologiyaların istifadəsinə əsaslanan biz-
nes modellərinə yönələn şirkətlərin başqa nümunələri də vardır (bax: 
Haşiyə B: Ətraf Mühitin Bərpası və Mühafizəsi).
Bu transformasiyalar, şirkətlərin günahkarlar, aktivistlər və ya 
rəqəmsal infrastrukturdakı təsadüfi xətalar tərəfindən birbaşa po-
zulmağa hədəf olmaqdan yayınmaq üçün kiber təhlükəsizlik və 
məlumat təhlükəsizliyi sistemlərinə intensiv investisiyalar qoymağa 
məcbur olduqlarını göstərir. Kiber hücumların şirkətlər üçün ya-
ratdığı xərcin ildə 500 milyard dollar civarında olması ilə bağlı təx-
minlər var. “Sony Pictures”, “TalkTalk”, “Target” və “Barclays” kimi 
şirkətlərin təcrübəsi, həssas şirkət və müştəri məlumatları üzərin-


 T
Ə
S
İ
RL
Ə
R
73
dəki nəzarəti itirmənin şirkətin səhm qiymətlərinə mənfi təsirinin 
olduğunu göstərir. “Bank of America Merrill Lynch” kiber təhlükə-
sizlik bazarının dəyərinin 2015-ci ildə 75 milyard dollardan 2020-
ci ildə 170 milyard dollara, yəni təxminən iki qatına çıxacağını təx-
min etməsinin səbəbi budur və bu, növbəti 5 il ərzində sektordakı 
illik artım səviyyəsinin 15% olacağı deməkdir.
38
Hazırda inkişaf edən yeni əməliyyat modelləri, eyni zamanda 
yeni bacarıq tələblərinin və insan kapitalının doğru növünü qazan-
maq və qorumaq ehtiyacı çərçivəsində qabiliyyət və mədəniyyətin 
yenidən düşünülməli olduğunu ortaya qoyur. Məlumatların bütün 
sektorlarda qərar qəbuletmə və əməliyyat modellərinin mərkəzində 
dayanmağa başladığı indiki dövrdə, iş qüvvəsinin yeni bacarıqlar 
qazanmasına, proseslərin yenilənməsinə (məsələn, real vaxt reji-
mində informasiyanın əlçatanlığından üstünlük qazanmaq məqsə-
dilə) və mədəniyyətin inkişafına ehtiyac var. 
Daha öncə də qeyd etdiyim kimi, şirkətlər “qabiliyyətlilik” kon-
sepsiyasını mənimsəməlidirlər. Bu, rəqabət gücünün ən əhəmiyyətli 
hərəkətverici qüvvələrindən biridir. Strateji üstünlüyün həlledici for-
masının qabiliyyət olduğu bir dünyada təşkilati strukturların təbiəti 
yenidən nəzərdən keçirilməlidir. Çevik ierarxiyalar, performansı ölç-
mənin və mükafatlandırmanın yeni formaları, təcrübəli qabiliyyətin 
cəlb edilməsi və qorunması strategiyaları təşkilati uğur baxımından 
həlledici mövqeyə yüksələcəkdir. Çeviklik imkanı işçilərin motivasi-
yası və ünsiyyət ilə bağlı olduğu qədər, işin prioritetlərinin müəyyən 
edilməsi və fiziki aktivlərin idarə edilməsi ilə də bağlıdır.
Uğurlu təşkilatların getdikcə daha çox ierarxik strukturlardan 
şəbəkə əsaslı əməkdaşlıq modellərinə istiqamətlənəcəyini düşü-
nürəm. Daxili motivasiya, işçilərin və idarə edənlərin peşəkarlıq, 
müstəqillik və məzmun üzrə əməkdaşlıq istəyi çərçivəsində daha 
çox önə çıxacaqdır. Bu, şirkətlərin daha çox paylaşdırılmış qruplar, 
uzaqdan idarə edilən işçilər və dinamik kollektivlər çərçivəsində və 
üzərində çalışılan şeylər və vəzifələrlə bağlı fasiləsiz məlumat və fi-
kir mübadiləsinə əsaslanaraq təşkilatlanacağı deməkdir. 


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
74
Bu dəyişikliyi ifadə edən yeni bir iş yeri ssenarisi, əşyaların inter-
net ilə birləşdiyi zaman sürətlə yüksəlməyə başlayan geyinilə bilən 
texnologiyalara əsaslanır. Bu birləşmədə geyinilə bilən texnologi-
yalar şirkətlərə rəqəmsal və fiziki təcrübələri həm işçilərinə, həm 
də istehlakçılarına fayda verə biləcək formada sintez etmə imkanı 
yaradır. Məsələn, olduqca mürəkkəb avadanlıqlarla və ya çətin və-
ziyyətlərdə iş görən işçilər, hissələrin dizaynı və təmirinə kömək 
edəcək geyinilə bilən texnologiyalardan istifadə edə bilərlər. Şə-
bəkə vasitəsi ilə əlaqəli maşınlara edilən endirimlər və yeniləmələr, 
sahədəki işçilərin və onların istifadə etdikləri avadanlıqların ən yeni 
proseslərə uyğunlaşmasını təmin edir. Buluda əsaslanan proqramı 
təkmilləşdirmənin və verilənləri bulud vasitəsilə yeniləmənin stan-
dart bir mexanizmə çevrildiyi dördüncü sənaye inqilabı şəraitində 
insanların və onların bacarıqlarının uyğunlaşma prosesini təmin et-
mək getdikcə daha da böyük əhəmiyyət daşımağa başlamışdır.

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin