T
Ə
S
İ
RL
Ə
R
65
təqdim edilməsindəki keyfiyyət, sürət və ya qiymətləri yaxşılaşdırmaq-
la mövcud şirkətləri hər zamankından daha tez geridə qoya biləcəklər.
Bir çox şirkət liderlərinin qarşılaşacaqları ən böyük təhdidin hazırda
rəqib kimi qəbul edilməyən rəqiblər tərəfindən gələcəyi barədə dü-
şünməsinin səbəbi budur. Burada rəqabətdəki köklü dəyişikliyin-
yalnız startapardan qaynaqlanacağını düşünməyin özü də yanlışdır.
Rəqəmsallaşma, mövcud böyük şirkətlər üçün də müştəri bazasını,
infrastrukturunu və ya texnologiyalarını
dəstək kimi istifadə edərək
sektor sərhədlərini aşma imkanı yaradır. Telekommunikasiya şirkətlə-
rinin səhiyyə və avtomobil sektorlarına yönəlməsi buna misaldır. Əgər
ağıllı idarə edilərsə, miqyas hələ də rəqabət üstünlüyü ola bilər.
Tələb tərəfindəki başlıca dəyişikliklər də biznes üçün köklü də-
yişiklik doğurur: şəff afl ığın və istehlakçı iştirakçılığının artması və
istehlakçı davranışının yeni modelləri (daha
çox mobil şəbəkələrə
və məlumatlara çıxışla əlaqədar olaraq) şirkətləri mövcud və yeni
məhsul və xidmətlərini dizayn etmə, bazara təqdim etmə və çatdır-
ma formalarını uyğunlaşdırmağa məcbur edir.
Ümumilikdə, mən, dördüncü sənaye inqilabının şirkətlərə olan
təsirlərini üçüncü sənaye inqilabını müəyyən edən sadə rəqəmsal-
laşmadan daha fərqli görürəm. Həmin fərq, texnologiyaların yeni
formalarda bir yerə toplanılmasının təməlində dayanan mürəkkəb
innovasiya formalarına sərt keçiddən qaynaqlanır. Bu,
bütün şirkət-
ləri biznes üsullarını yenidən gözdən keçirməyə və fərqli formaları
seçməyə məcbur edir. Bəzi şirkətlər üçün yeni dəyər imkanlarını
əldə etmək, bitişik bazar seqmentlərində yeni növ işləri inkişaf et-
dirmək olduğu halda, digər şirkətlər üçün mövcud sektorlarda yeni
iş imkanlarını müəyyən etmək ola bilər.
Lakin nəticə eynidir. Şirkət liderləri
və əsas menecerləri köklü
dəyişikliklərin işlərinin həm təklif tərəfinə, həm də tələb tərəfinə
təsir göstərdiyini anlamalıdırlar. Bu isə, onları iş heyətlərinin irəli
sürdüyü fərziyyələri mühakimə etməyə və yeni biznes üsullarını ax-
tarıb tapmağa məcbur etməlidir. Bir sözlə, davamlı şəkildə innova-
siya etməyə məhkumdurlar.