Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə28/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   24   25   26   27   28   29   30   31   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

70
3.2.3. Əməkdaşlıq innovasiyası 
Müştəri təcrübələri, verilənlərə əsaslanan xidmətlər və təhlil 
vasitəsilə aktivlərin performansı, xüsusilə də innovasiya və inqilabi 
dəyişikliklərin reallaşma sürəti nəzərə alındıqda, əməkdaşlığın yeni 
formalarını tələb edir. Bu, ənənəvi şirkətlər üçün olduğu qədər yeni, 
dinamik şirkətlər üçün də aktualdır. Köhnə şirkətlər adətən spesifik 
bacarıqlardan məhrumdur və yeni müştəri ehtiyaclarına da daha az 
həssasdırlar. Yeni, gənc şirkətlər isə kapitaldan və yetkin əməliyyat-
ların təmin etdiyi zəngin verilənlərdən kasaddırlar.
Dünya İqtisadi Forumunun “Əməkdaşlıq innovasiyası: şirkət-
ləri tranformasiya etmək, artımı sürətləndirmək”adlı hesabatına 
əsasən, şirkətlər əməkdaşlıq innovasiyası vasitəsilə resurslarını pay-
laşdıqları zaman bütün tərəfl ər, eyni zamanda əməkdaşlığın baş 
verdiyi iqtisadiyyatlar üçün əhəmiyyətli dərəcədə dəyər yaradılır. 
Araşdırma və təkmilləşdirmə fəaliyyətlərinə ildə təxminən 4 mil-
yard dollar xərcləyən “Siemens” şirkəti ilə innovativ maşın öyrənmə 
şirkəti “Ayasdi” və Stanford Universitetindən “Forum Technology 
Pioneer” arasında 2008-ci ildə qurulan əməkdaşlıq buna bir misal-
dır. Bu əməkdaşlıq, “Siemens” şirkətinə zəngin verilənlərdən müva-
fiq biliklər əldə etmənin mürəkkəbliyi kimi çətin problemləri həll 
etmək imkanı yaradır. “Ayasdi” isə özünün topoloji verilənlər təhlili 
yanaşmasını real məlumatlarla doğrulama, başqa sözlə, bazardakı 
mövcudluğunu gücləndirmə imkanını əldə edir. 
Bu tipli əməkdaşlıqlar çox vaxt asan olmurlar. Hər iki tərəfdən 
də güclü bir strategiya formalaşdırmaq, uyğun tərəfdaş axtarmaq, 
əlaqə kanalları yaratmaq, prosesləri ardıcıllıqla aparmaq və dəyişən 
şərtlərə çevik şəkildə cavab verə bilmək üçün tərəfdaşlığın həm 
daxilində, həm də xaricində əhəmiyyətli investisiyalar etmək tələb 
olunur. Bəzən bu kimi əməkdaşlıqlar tamamilə yeni iş modellərini 
yaradır. Məsələn, birləşdirilmiş istehlakçı təcrübəsini təqdim edə 
bilmək üçün çox müxtəlif sektorlardan olan şirkətləri bir yerə top-
layan şəhərlərdəki avtomobil paylaşma sxemləri buna bir nümunə-


 T
Ə
S
İ
RL
Ə
R
71
dir. Bu, yalnız tərəfdaşlıq zəncirindəki ən zəif həlqə qədər yaxşı ola 
bilər. Şirkətlər əhatəli əməkdaşlıq yanaşmalarını necə uyğunlaşdı-
racaqlarını anlamaq üçün marketinq və satış razılaşmalarından da 
irəliyə getməyə məcburdurlar. Dördüncü sənaye inqilabı, şirkətləri 
onlayn və ofl ayn dünyaların real təcrübədə birlikdə necə işlədiyi 
haqqında düşünməyə sövq edir.

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin