T
Ə
S
İ
RL
Ə
R
89
şirkətlərin daxilində fəaliyyət göstərəcəyi ekosistemi formalaşdır-
maq yolunda müəyyənedici rol oynayacaqdır. Bu, bəzən ölkələrin
bir-biri ilə mübahisəyə girməsinə gətirib çıxaracaqdır. ABŞ ilə Av-
ropa İttifaqı arasında şəxsi məlumatların hərəkətini tənzimləyən
təhlükəsiz liman razılaşmasını ləğv edən
Avropa Ədalət Məhkəmə-
sinin 2015-ci ilin oktyabr ayındakı qərarı buna yaxşı bir nümunədir.
Bu qərar Avropada fəaliyyət göstərən şirkətlərin ödəməli olduqları
uyğunlaşma xərclərini yüksəldəcək və transatlantik bir mübahisə
mövzusuna çevriləcəkdir.
Bu nümunə rəqabət gücünün əsas hərəkətverici qüvvəsi kimi in-
novasiya ekosistemlərinin artan əhəmiyyətini göstərir. Perspektiv-
də yüksək və aşağı xərclərə sahib olan ölkələr
və ya inkişaf etməkdə
olan və yetkin bazarlar arasındakı fərq getdikcə daha az əhəmiyyət
daşıyacaqdır. Bunun yerinə əsas məsələ, hər hansı bir iqtisadiyyatın
innovasiya doğurub-doğurmaması məsələsidir.
Məsələn, hazırda Şimali Amerika şirkətləri dünyadakı ən inno-
vativ şirkətlər
olmaqda davam edirlər, bütün ölçülərə görə ən yük-
sək talantları özlərinə cəlb edirlər, ən çox sayda patentə sahibdirlər,
dünyanın risk kapitalının böyük hissəsini idarə edirlər və birjadakı
şirkətlər arasında ən yüksək bazar qiymətləndirmələri
onlara aid-
dir. Şimali Amerikanın dörd sinergetik texnologiya inqilabının –
enerji istehsalında texnologiyaya əsaslanan innovasiya, qabaqcıl və
rəqəmsal istehsal, bioloji elmlər və informasiya texnologiyası – kə-
sişmə nöqtəsində qalmağa davam etməsi bunu daha da gücləndirir.
Şimali Amerika və dünyanın bəzi ən innovativ iqtisadiyyat-
larının daxil olduğu Avropa İttifaqı, bu yolda liderlik etdiyi hal-
da, dünyanın digər hissələri də sürətlə onlara çatmağa çalışırlar.
Məsələn, Çin iqtisadi modelinin innovasiyaya
və xidmətlərə diq-
qətini artırmaqda davam etməsi nəticəsində bu ölkənin innovasiya
performansı ilə bağlı proqnozlar 2015-ci ildə Avropa İttifaqındakı
səviyyənin 49%-ə yüksəldi (halbuki, 2006-cı ildə bu 35% idi).
43
Çi-
nin inkişafının nisbi aşağı səviyyədən yüksəlişə doğru hərəkət etdi-
yi nəzərə alınsa belə, ölkə fasiləsiz bir şəkildə qlobal istehsalın əlavə
DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
90
dəyər seqementlərinə daxil olmaqda və qlobal səviyyədə daha yaxşı
rəqabət edə bilmək üçün əhəmiyyətli miqyas iqtisadiyyatlarından
istifadə etməkdə davam edir.
44
Ümumi olaraq, bu onu göstərir ki,
müəyyən bir ölkənin və ya
bölgənin texnoloji inqilabın təmin etdiyi fürsətlərdən tam faydala-
nıb-faydalanmayacağını təyin edəcək əsas faktor siyasət seçimləridir.
Dostları ilə paylaş: