T
Ə
S
İ
RL
Ə
R
87
Mövcudluq və inkluzivlik
Qlobal iqtisadiyyat artan dərəcədə rəqəmsal aləmə yönəldikcə,
etibarlı internet infrastrukturunun mövcudluğu iqtisadiyyatın in-
kişafı baxımından çox önəmli şərt kimi qarşıya çıxır. Hökumətlərin
bu texnoloji irəliləyişlərin təqdim etdiyi potensialı düzgün dərk
etməsi zəruridir. Onlar təkcə daxili əməliyyatlarını optimallaşdır-
maq üçün bu texnologiyalara uyğunlaşmalı deyillər, eyni zamanda
da qlobal səviyyədə əlaqəli bir informasiya cəmiyyətinə doğru ad-
dımlamaq üçün bunların geniş miqyasda yayılmasını
və istifadəsi-
ni dəstəkləməlidirlər. Rəqəmsal təcrid (və ya rəqəmsal bölünmə)
məsələsi getdikcə daha da aktuallıq kəsb etməyə başlayır. Çünki in-
ternetə və ya əlaqəli cihazlara sağlam çıxış və ya o cihazları istifadə
etmək üçün yetərli bilik olmadan insanların rəqəmsal iqtisadiyyata
və vətəndaş cəmiyyətinin yeni formalarına qoşulması
da getdikcə
çətinləşəcəkdir.
Dostları ilə paylaş: