98
Münaqişənin dəyişən təbiəti
Dördüncü sənaye inqilabı münaqişələrin miqyasına olduğu qə-
dər xarakterinə də təsir göstərəcəkdir. Müharibə ilə sülh arasındakı,
davakar olanlarla olmayanlar arasındakı fərqlər narahatlıq doğu-
racaq şəkildə bulanıqlaşır. Eyni şəkildə, müharibə meydanı, artan
səviyyədə həm yerli, həm də qlobal xarakterə bürünür. İŞİD kimi
təşkilatlar prinsip etibarilə Orta Şərqdə müəyyən edilmiş ərazilər-
də fəaliyyət göstərməklə yanaşı, həm də əhəmiyyətli dərəcədə sosial
media vasitəsilə 100-dən çox ölkədən özünə döyüşçü cəlb edirlər.
Beləliklə, dünyanın istənilən bir yerində bir-biri ilə əlaqəli terror
aktları meydana gələ bilir. Müasir münaqişələr getdikcə daha qa-
rışıq xarakter daşıyır, ənənəvi müharibə ərazisi texnikaları, əvvəl-
lər daha çox qeyri-dövlət silahlı qruplaşmalarla əlaqələndirilən
ünsürlərlə birləşir. Bununla belə, texnologiyaların getdikcə daha
çox proqnozlaşdırıla bilməyən formalarda birləşməsi, dövlət və
qeyri-dövlət silahlı qruplaşma üzvlərinin bir-birindən öyrənməsi
ilə qeyd edilən dəyişikliyin potensial ölçüləri hələ də geniş şəkildə
qiymətləndirilə bilmir.
Bu proses davam etdiyi halda və yeni öldürücü texnologiyaların
əldə edilməsi və istifadəsi daha çox asanlaşarkən, dördüncü sənaye
inqilabı fərdlərə başqalarına yüksək miqyasda zərər vermək üçün
çox fərqli yollar təqdim edir. Bunun fərqinə varmaq bu mənada na-
rahatlığı daha da artırır.
Ancaq ümidsiz olmaq olmaz. Çünkü texnologiyaya çıxış, eyni
zamanda müharibədə daha çox dəqiqlik imkanı, daha yaxşı qoru-
yucu geyimlər və əhəmiyyətli ehtiyyat hissələrini və ya digər hissələ-
ri döyüş meydanında birbaşa çapetmə qabiliyyətini də qazandırır.
Kiber müharibə
Kiber müharibə, zəmanəmizin ən ciddi təhdidlərindən biri-
ni təşkil edir. Keçmişdə quru, dəniz və havada olduğu kimi kiber
məkan da yeni bir toqquşma sahəsinə çevrilir. Gələcəkdə əsas
T
Ə
S
İ
RL
Ə
R
99
oyunçular arasında hər hansı bir münaqişənin, fiziki dünyada yer-
ləşib-yerləşməməsindən asılı olmayaraq, böyük ehtimalla bir kiber
aspekti olacağını rahat şəkildə iddia etmək olar. Çünki heç bir müa-
sir rəqib, düşmənin sensorlarını, rabitəsini və qərar qəbuletmə im-
kanlarını pozmaq, qarışdırmaq və ya dağıtmaq istəyinə qalib gələ
bilməyəcəkdir.
Bu yalnız müharibənin başlama müddətini azaltmaqla qalma-
yacaq, eyni zamanda müharibə ilə sülhü fərqləndirməyi də çətin-
ləşdirəcəkdir. Çünki, hərbi sistemlərdən mülki enerji mənbələri,
elektrik və su şəbəkələri, sağlamlıq və ya yol hərəkətinə nəzarət
kimi mülki infrastruktura qədər hər hansı bir şəbəkə və ya əlaqəli
cihaz hakerlər tərəfindən ələ keçirilə və hücumlara məruz qala bilər.
Nəticədə, düşmən konsepti də eyni şəkildə dəyişikliyə məruz qalır;
keçmişdəkindən fərqli olaraq sizə kimin hücum etdiyini, hətta hü-
cuma məruz qalıb-qalmadığınızı müəyyən etməkdə çətinlik çəkə
bilərsiniz. İndiyə qədər məhdud sayda ənənəvi düşmən dövlətlərə
yönəlmiş müdafiə, hərbi və milli təhlükəsizlik strateqləri artıq ha-
kerlər, terroristlər, aktivistlər, cinayətkarlar və digər mümkün düş-
mənlərin demək olar ki, sonsuz və qeyri-müəyyən dünyasını nəzərə
almağa məcburdurlar. Kiber müharibə, cinayət fəaliyyətlərindən
“Stuxnet” kimi dağıdıcı cəsusluq hücumlarına qədər (çox yeni və
müqavimət göstərilməsi çox çətin olduğundan əsasən əhəmiyyəti
yetərincə dərk edilməyən və ya yanlış başa düşülən) bir çox müxtə-
lif formaya sahib ola bilər.
2008-ci ildən bu yana konkret ölkələrə və şirkətlərə qarşı kiber
hücumların bir çox nümunələri baş vermişdir. Lakin müharibənin
bu yeni dövrü ilə bağlı müzakirələr hələ başlanğıc mərhələsindədir
və kiber müharibənin dərin texniki məsələlərini anlayanlar ilə ki-
ber siyasətləri inkişaf etdirməkdə olanlar arasındakı boşluq hər gün
daha da artır. Kiber müharibə ilə bağlı nüvə, bioloji və kimyəvi si-
lahlar üçün formalaşdırılmış olanlara oxşar bir sıra açıq normaların
müəyyən edilib-edilməyəcəyi sualı hələ də öz cavabını tapmamışdır.
Nəyin hücum hesab olunacağı və buna adekvat cavabın necə ola-
DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
100
cağı və kim tərəfindən veriləcəyi kimi məsələlərlə bağlı ümumi bir
təsnifat sistemimiz hələ də yoxdur. Bu ssenarini idarəetmə düstu-
runun bir hissəsi də transmilli hərəkət edən məlumatları müəyyən
etməkdir. Bu, digər tərəfdən də daha əlaqəli bir dünyanın müsbət
nəticələrinin qarşısını almadan kiber əsaslı transmilli əməliyyatlara
eff ektiv nəzarətin nə qədər davam edə biləcəyinin göstəricisidir.
Dostları ilə paylaş: |