— Həyat arzularını reallaşdırmaq:
Artan əlaqəlilik sayəsində
başqa ölkələrdə baş verən hadisələrin və yaranan fürsətlərin
daha çox fərqinə varmaq mümkündür. Bu səbəbdən mobillik,
artan dərəcədə, xüsusilə də gənc insanlar tərəfindən müəyyən
bir məqamda edilən həyat seçimi kimi özünü göstərir. Fərdi
motivasiyalar; iş axtarışı, təhsil almaq arzusu, qorunma ehtiya-
cı, ailələri yenidən birləşdirmə arzusu kimi böyük fərqliliklər
göstərməklə yanaşı, həll yolları üçün üfüqə baxmağa daha çox
hazır olan bir bəşəriyyət də mövcuddur.
— Fərdi kimliklərin yenidən müəyyən edilməsi:
Fərdlər öz hə-
yatlarını bir məkanla, etnik qrupla, xüsusi bir mədəniyyət və
ya dil ilə əlaqəli şəkildə müəyyən etməyə öyrəşmişdir. Onlayn
iştirakın yüksəlişi və başqa mədəniyyətlərin fikirlərinə daha çox
açıq vəziyyətə gəlməyimiz kimliklərin hazırda əvvəlki dövrlə
müqayisədə daha çox əvəz edilə bilən olduğu mənasını verir.
İnsanlar indi çoxlu fərqli kimliyə sahib olmaq və onları idarə
etmək baxımından daha rahat davranırlar.
— Ailə kimliyini yenidən müəyyən etmək:
Tarixi miqrasiya nü-
munələri ilə ucuz əlaqəliliyin birləşməsi sayəsində ailə struktur-
ları yenidən müəyyən edilir. Artıq məkana bağlı olmayan ailələr
çox vaxt dünyaya yayılır, rəqəmsal vasitələrlə inkişaf edən ailə-
T
Ə
S
İ
RL
Ə
R
97
daxili dialoq problemsiz davam edir. Ənənəvi ailə birliyi getdik-
cə daha çox transmilli ailə şəbəkələri ilə əvəz olunur.
— Əmək bazarlarının yenidən formalaşması:
İşçilərin mobilliyi
yerli əmək bazarlarını yaxşı və ya pis istiqamətdə transformasi-
ya etmək imkanına sahibdir. Bir tərəfdən, inkişaf etməkdə olan
ölkələrdəki işçilər inkişaf etmiş dünyanın əmək bazarlarında
qarşılanmayan bir çox bacarıq səviyyələrinə cavab verə biləcək
insan resursları ehtiyatını formalaşdırır. Qabiliyyətlərin mobil-
liyi, yaradıcılıq, sənaye innovasiyası və əməyin səmərəliliyi üçün
hərəkətverici qüvvədir. Digər tərəfdən isə miqrant işçilərin yer-
li əmək bazarlarında iştirakı eff ektli bir şəkildə idarə olunmasa,
ev sahibi ölkələrdə əmək haqqı problemlərinə və sosial qarışıq-
lıqlara səbəb ola bilər, həmçinin də miqrantların ölkələrinin
qiymətli insan kapitalından məhrum olmasına gətirib çıxarar.
Rəqəmsal inqilab fiziki mobilliyi tamamlayan və asanlaşdıran
yeni rabitə və “mobillik” fürsətləri yaratdı. İndi fiziki, rəqəmsal və bi-
oloji dünyaların birləşməsi zaman/məkan məhdudiyyətlərini mobil-
liyi təşviq edəcək tərzdə daha da aşdıqca, böyük ehtimalla dördüncü
sənaye inqilabı da oxşar təsir yaradacaqdır. Bu səbəbdən, dördüncü
sənaye inqilabının əsas çağırışlarından biri faydaların tamamilə əldə
oluna bilməsi üçün suverenlik hüquq və öhdəliklərini fərdi hüquq
və istəklərlə birləşdirmək, milli təhlükəsizlik ilə şəxsi təhlükəsizliyi
əlaqəndirmək və artan fərqlilik şəraitində sosial ahəngi qorumanın
yollarını taparaq insan mobilliyini idarə etmək olacaqdır.
Mənbə:
Global Agenda Council on Migration, World Economic Forum
DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
Dostları ilə paylaş: |