DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
110
Təəssüf ki, dördüncü sənaye inqilabı vətəndaşları gücləndirmək-
lə yanaşı, eyni zamanda onların maraqları əleyhinə də istifadə edilə
bilir. Forumun “2016-cı il Qlobal Risklər Hesabatı”nda “zəifl əyən
vətəndaş” anlayışı da irəli sürülür. Hökumətlərin, şirkətlərin və ma-
raq qruplarının yeni texnologiyalardan istifadə etməsi ilə fərdlər və
icmalar eyni anda həm gücləndirilir, həm də kənarlaşdırılırlar (bax:
Haşiyə G: Zəifl əyən vətəndaş).
Rəqəmsal medianın demokratik gücü, onun eyni zamanda döv-
lətdənkənar oyunçular, xüsusilə də zərərli niyyətlərə sahib olanlar
tərəfindən də propaqanda aparmaq və tərəfdarlarını ekstremist
mübarizə yolunda səfərbər etmək məqsədilə istifadə edilməsinə
imkan verir. İŞİD-in və sosial mediadan ustalıqla istifadə edən
digər terrorist təşkilatların yaxın zamanlardakı yüksəlişi buna nü-
munədir. Sosial mediadan istifadənin müəyyənedici xüsusiyyəti
olan paylaşma dinamikalarının qərar qəbuletmə prosesini təhrif
etməsi və vətəndaş cəmiyyəti üçün risk təşkil etməsi kimi bir təh-
lükə də mövcuddur. Rəqəmsal kanallarda bu qədər çox medianın
mövcud olması, məntiqə tərs bir şəkildə, fərdi xəbər mənbələrinin
daralması və qütbləşməsi deməkdir (MIT-də kliniki psixoloq kimi
çalışan elm və texnologiya sosial araşdırmaları üzrə professor Şeri
Törkl [Sherry Turkle] bu nəticəni “səssizlik spirialı” adlandırır). Bu
vacibdir, çünki sosial media kontekstində oxuduğumuz, paylaşdığı-
mız və gördüyümüz hər şey, siyasi və mülki qərarlarımızın forma-
laşmasına təsir göstərir.
Dostları ilə paylaş: