T
Ə
S
İ
RL
Ə
R
113
lərlə onlara qarşı dirənənlər arasında artan ölçüdə bir qütbləşməyə
şahid ola bilərik.
Bu, daha əvvəl təsvir edilmiş ictimai qütbləşmədən daha dərin
bir bərabərsizliyin ortaya çıxmasıdır. Bu onotoloji bərabərsizlik,
uyğunlaşanlar ilə qarşı çıxanları - sözün bütün mənalarında qaza-
nanlar ilə itirənləri – ayırd edəcəkdir. Qazananlar, dördüncü sənaye
inqilabının (gen mühəndisliyi kimi) müəyyən hissələrinin ortaya
çıxaracağı radikal insan təkmilləşdirməsinin itirənlərin məhrum
olacağı bu və ya digər formasından da fayda əldə edəcəkdir. Bu,
daha əvvəl gördüklərimizə qətiyyən bənzəməyən sinfi münaqişələri
və başqa ziddiyyətləri yarada bilər. Bu potensial bölünmə və onun
doğuracağı gərginliklər rəqəmsal bir dünyada yetişmiş və sadəcə
onu tanıyanlar ilə belə olmayan və özlərini uyğunlaşdırmaq məc-
buriyyətində qalanlar arasında nəsil bölünməsi tərəfindən daha da
alovlandırılacaqdır. Bütün bunlar isə bir çox etik məsələni gündə-
liyə gətirəcəkdir.
Bir mühəndis kimi mən texnologiya vurğunuyam və onu daha
tez mənimsəyənlərdən sayılıram. Yenə də bir çox psixoloq və sosial
elm adamı kimi texnologiyanın qarşısıalınmaz formada həyatımıza
inteqrasiya edilməsinin kimlik anlayışımıza necə təsir edəcəyi və
özünəbaxış, empati və mərhəmət kimi insana xas olan bacarıqları-
mızı azaldıb-azaltmayacağı mənə maraqlıdır.
Dostları ilə paylaş: