Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə47/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   43   44   45   46   47   48   49   50   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

106
3.4. Cəmiyyət
Elmi inkişaf, innovasiyanın kommersiyalaşması və yayılması in-
sanların çox fərqli kontekstlərdə öz fikirlərini, dəyərlərini, mənfəət-
lərini və sosial normalarını inkişaf etdirib, mübadilə etdikcə inkişaf 
edən sosial proseslərdir. Bu, yeni texnoloji sistemlərin ictimai təsir-
lərini tam şəkildə anlamağı çətinləşdirir. Çünkü cəmiyyətlərimizə 
təsir göstərən, bir-birilə əlaqədə olan komponentlər və onlar tərəfin-
dən birlikdə istehsal edilən bir çox fərqli innovasiyalar mövcuddur.
Bir çox cəmiyyətlər üçün ən böyük çağırış bir tərəfdən ənənəvi 
dəyər sistemlərimizin bizi qidalandıran tərəfl ərini qorumağa çalışdı-
ğımız halda, digər tərəfdən yeni müasirliyi necə mənimsəyəcəyimiz, 
onlara necə uyğunlaşacağmız sualıdır. Əsas fərziyyələrimizin bir 
çoxunu sınaqdan keçirən dördüncü sənaye inqilabı, öz fundamen-
tal dəyərlərini müdafiə edən dərin dini cəmiyyətlərlə inancları daha 
dünyəvi olan cəmiyyətlər arasındakı mövcud gərginlikləri daha da 
alovlandıra bilər. Qlobal əməkdaşlığa və stabilliyə qarşı ən böyük 
təhlükə tərəqqi əleyhinə ideoloji motivasiyaya sahib olan zorakılıq 
vasitəsilə mübarizə aparan ifrat radikal qruplardan gələ bilər. 
Cənubi Kaliforniya Universitetinin Kommunikasiya və Jurna-
listka Məktəbinin rabitə texnologiyası və cəmiyyət üzrə professo-
ru sosioloq Manuel Kastellsin [Manuel Castells] qeyd etdiyi kimi, 
“Böyük texnoloji dəyişikliyin bütün anlarında insanlar, şirkətlər və 
institutlar dəyişikliyin dərinliyini hiss edirlər, lakin əksər hallarda 
tamamilə onun təsirləri haqqında bilgisizlikləri səbəbindən dəyi-
şikliyin altında qalırlar.”
52 
Xüsusilə də, əgər söhbət müasir cəmiyyəti 
formalaşdıran çox müxtəlif icmaların öz aralarındakı münasibətləri 
necə formalaşdıracaqları və inkişaf etdirəcəklərindən gedirsə, bil-
gisizlik səbəbindən nəyinsə altında qalmaq əslində bizim qaçmalı 
olduğumuz məsələdir.
Dördüncü sənaye inqilabının iqtisadiyyat, biznes, geosiyasət və 
beynəlxalq təhlükəsizlik, bölgələr və şəhərlər üzərindəki fərqli təsir-
ləri ilə bağlı daha öncə apardığımız müzakirənin də göstərdiyi kimi 


 T
Ə
S
İ
RL
Ə
R
107
yeni texnoloji inqilabın cəmiyyət üzərində çox müxtəlif təsirlərinin 
olacağı açıqdır. Bundan sonrakı hissədə dəyişikliyin ən önəmli iki 
hərəkətverici qüvvəsini – artan bərabərsizlik potensialının orta si-
nif üzərində necə təzyiq yaratdığını və rəqəmsal medianın inteqra-
siyasının icmaların formalaşma və öz aralarında münasibət qurma 
tərzini necə dəyişdirdiyini – təhlil edəcəm. 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin