Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri


İctimai və şəxsi məlumatın idarə edilməsi



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə55/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   51   52   53   54   55   56   57   58   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

3.5.3. İctimai və şəxsi məlumatın idarə edilməsi
İnternetin və ümumi olaraq, qarşılıqlı əlaqələrin yüksələn dərə-
cəsinin bizim qarşımıza çıxardığı ən böyük fərdi təhdidlərdən 
biri gizliliklə bağlıdır. Bu getdikcə daha çox əhəmiyyət qazanan 
bir məsələdir, çünki Harvard Universitetinin siyasi filosofu Mişel 
Sandelin [Michael Sandel] müşahidələrinə əsasən, “gizliliyi daimi 
olaraq istifadə etdiyimiz bir çox cihazın yaratdığı rahatlıqla dəyiş-
dirmək üçün get-gedə daha çox istəkli görünürük.”
68
Qismən Edu-
ard Snovdenin [Edward Snowden] açıqlamalarının təhrik etdiyi 
artan şəff afl ıq dünyasında gizliliyin mənası ilə bağlı aparılan qlobal 
müzakirələr hələ yeni başlayıb. Bu kontekstdə internetin azadlıq və 
demokratikləşmənin görünməmiş vasitəsinə çevriləcəyi qədər, heç 
bir fərq olmadan hər yerə və hər kəsə gedib çata bilən ağılasığmaz 
kütləvi nəzarəti təmin edə biləcəyini də görürük.
Gizlilik nə üçün bu qədər əhəmiyyətlidir? Hamımız təbii ola-
raq gizliliyin fərdi varlığımız üçün böyük əhəmiyyət daşıdığının 
fərqindəyik. Gizliliyə xüsusi dəyər vermədiklərini və gizlədilməli 
bir şeylərinin olmadığını iddia edənlər belə başqalarının bilməsini 
istəməyəcəkləri söylədikləri və ya etdikləri nəsə vardır. Hər hansı 


 T
Ə
S
İ
RL
Ə
R
119
bir insanın müşahidə olunduğunu bildiyi zaman davranışının daha 
konformist və adekvat vəziyyətə gəldiyini göstərən çoxlu sayda 
araşdırmalar mövcuddur.
Şübhəsiz ki, bu kitab gizliliyin mənası ilə bağlı uzun fikirlərə 
dalınacaq və ya məlumatlara sahib olmaqla bağlı sualların cavab-
landırılacağı bir yer deyildir. Lakin, mən özümüzə aid məlumatlar 
üzərindəki nəzarəti itirməyin həyatımıza olan təsiri kimi bir çox 
təməl məsələ ilə bağlı müzakirənin qarşıdakı illərdə daha da inten-
sivləşəcəyini gözləyirəm (bax: Haşiyə I: Sağlamlığın və gizliliyin 
sərhədləri).
Bu məsələlər çox qarışıqdır. Mümkün psixoloji, əxlaqi və sosial 
nəticələr haqqında düşünməyə daha yeni başlayırıq. Şəxsi olaraq 
mən gizliliklə bağlı bu problemi təxmin edirəm: bir insanın həyatı 
tamamilə şəff af, kiçik və ya böyük yersiz davranışları hər kəs tərəfin-
dən bilinən vəziyyətə gəldiyi zaman liderlik məsuliyyətini öz üzə-
rinə götürmək cəsarətini kim göstərə biləcəkdir?
Dördüncü sənaye inqilabı texnologiyanı şəxsi həyatımızın hər 
şeyə nüfuz edən əhəmiyyətli bir hissəsinə çevirir və bu böyük texno-
loji dəyişikliyin mənliyimizə necə təsir göstərəcəyini hələ yeni an-
lamağa başlayırıq. Nəhayət ki, texnologiyanın köləsi olmaq əvəzinə 
onun bizə xidmət etməsini təmin etmək vəzifəsi hamımıza aiddir. 
Kollektiv səviyyədə texnologiyanın qarşımıza çıxardığı çağırışların 
düzgün başa düşülməsini və təhlil edilməsini təmin etməyə məc-
buruq. Ancaq bu yolla dördüncü sənaye inqilabının sağlamlığımızı 
pisləşdirəcəyindən daha çox yaxşılaşdıracağına əmin ola bilərik. 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin