Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri


Haşiyə I: Sağlamlığın və gizliliyin sərhədləri



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə56/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   52   53   54   55   56   57   58   59   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

Haşiyə I: Sağlamlığın və gizliliyin sərhədləri
Geyinilə bilən sağlamlıq cihazları sahəsində hazırda reallaşmaq-
da olan proseslər gizlilik məsələsinin mürəkkəbliyi haqqında bizə 
bir fikr verə bilər. Getdikcə artan sayda sığorta şirkəti, sığorta polisi 
sahiblərinə belə bir təklif verməyə hazırlaşırlar: Əgər sağlamlığınızı 


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
120
– nə qədər yatdığınızı və məşq etdiyinizi, hər gün atdığınız addı-
mın sayını, yediyiniz yeməyin kalorisini və növünü və s. – izləyən 
bir cihaz geyinməyi və onun bu məlumatı tibbi sığorta şirkətinizə 
göndərməsini qəbul edərsinizsə, sizə sığorta haqqı ödəmələrində 
endirim edirik. 
Bu, bizi daha sağlam yaşamağa həvəsləndirəcəyi üçün yaxşı qar-
şılamalı olduğumuz bir hadisədir, yoxsa nəzarətin (hökumət və 
şirkətlər tərəfindən) getdikcə daha çox artdığı bir həyat istiqamə-
tində atılan narahatlıq verici bir addımdır? Bir sağlamlıq cihazı ge-
yinməyi qəbul etmək və ya etməmək qərarı; bu nümunənin hazırda 
fərdi seçimlə bağlı olduğu görünür.
Lakin, bunu daha da irəli apararaq, hazırda işçilərin hər birini 
sağlamlıq məlumatlarını sığorta şirkətinə hesabat şəklində ötürən 
bir cihaz geyinməyə məcbur edənin işəgötürən olduğunu fərz edək 
(şirkətin məhsuldarlığını artırmaq və ehtimal ki, tibbi sığorta xərc-
lərini azaltmaq məqsədilə). Əgər şirkət buna qarşı dirənən işçilə-
rinə, əgər onlar bu qərarı qəbul etməsələr, əmək haqqlarının aza-
lacağını bildirsə, o zaman daha əvvəl məqsədli bir fərdi seçim kimi 
görünən hadisə - cihazı geyinmək və ya geyinməmək – indi insanın 
qəbul edilə bilən hesab etmədiyi yeni sosial normalara uyğunlaş-
maq məcburiyyəti məsələsi halına gəlməzmi?



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin