Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə52/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   48   49   50   51   52   53   54   55   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

3.5.1. Kimlik, əxlaq və etika
Biotexnologiyadan Süni İntellektə (Sİ) qədər dördüncü sənaye 
inqilabının təşviq etdiyi mürəkkəb innovasiyalar insan olmanın 
verdiyi mənanı bir daha yenidən müəyyən edir. Bu, həyat dövrü, 
sağlamlıq, idrak və bacarıqlardakı mövcud eşikləri daha əvvəl nü-
munələri yalnız elmi fantastikalarda görünən tərzdə irəliyə aparır. 
Həmin sahələrdəki bilik və kəşfl ər dərinləşdikcə, davam edən əxlaqi 
və etik müzakirələrə ciddi şəkildə diqqət ayırmaq kritik əhəmiyyət 
daşıyacaqdır. Həyat dövrünün uzadılması, dizayn edilən körpələr, 


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
114
beyindən xatirələrin seçilib çıxarılması və bir çox oxşar məsələyə 
insanlar və sosial heyvanlar kimi necə reaksiya verməmizin tələb 
olunduğu haqqında fərdi və kollektiv şəkildə düşünməmizə ehtiyac 
yaranacaqdır.
Başqa bir tərəfdən bütün bu ağılasığmaz kəşfl ərin xüsusi maraq-
lara – və bunlar mütləq cəmiyyətin ümumi maraqları olmayacaq 
– xidmət edəcək tərzdə manipulyasiya edilə biləcəyinin fərqində 
olmalıyıq. Nəzəri fizik və yazıçı Stefan Haukinq [Stephen Haw-
king] ilə onun elmi həmkarları Stüart Rassel [Stuart Russell], Maks 
Teqmark [Max Tegmark] və Frank Vilczekin [Frank Wilczek] süni 
intellektin nəticələri ilə bağlı “Th
e Independent

də yazdıqları kimi, 
“Süni İntellektin (Sİ) qısa dövrdəki təsiri onu kimin idarə etmə-
sindən asılı olacağı halda, uzun dövrdəki təsiri ümumi olaraq idarə 
edilib-edilə bilməyəcəyindən asılı qalacaqdır… Hamımız özümüzə 
faydaları əldə etmə və risklərdən qaçma şanslarımızı artırmaq üçün 
nələr edə biləcəyimiz sualını verməliyik.”
60
Bu sahədəki maraqlı hadisələrdən biri mənfəət məqsədi güd-
məyən bir Sİ araşdırma şirkəti olan “OpenAI”ın yaranmasıdır. 
Bu şirkət 2015-ci ilin dekabr ayında Süni İntellekti maliyyə gəliri 
əldə etmə ehtiyacı ilə məhdudlaşdırılmadan tam şəkildə bəşəriy-
yətə fayda vermək məqsədilə təkmilləşdirmə məqsədini elan etdi.
61 
“Y Combinator”un sədri Sam Altman [Sam Altman] ilə “Tesla Mo-
tors”un “CEO”su Elon Maskın [Elon Musk] idarəetməsində olan 
bu təşəbbüs artıq 1 milyard dollarlıq fondu qarantiya altına almış-
dır. Bu təşəbbüs, daha əvvəl də qeyd edilən əsas bir nöqtəni xüsusi 
vurğulayır: Dördüncü sənaye inqilabının ən böyük təsirlərindən 
biri yeni texnologiyaların inteqrasiyasının gətirəcəyi gücləndirmə 
potensialıdır. Burada, Sam Altmanın qeyd etdiyi kimi, “Əgər fər-
din gücləndirilməsi, insanları daha yaxşı vəziyyətə gətirməklə bağlı 
olarsa və hamı tərəfindən daha sərbəst şəkildə çıxışa imkan verəcək 
hala salınarsa, bu, Süni İntellekt üçün ən yaxşı inkişaf yolu olar.”
62
İnternet və ya ağıllı telefonlar kimi bəzi texnologiyaların insan 
üzərindəki təsiri nisbətən yaxşı anlaşılmış, mütəxəssislər və elm 


 T
Ə
S
İ
RL
Ə
R
115
adamları arasında geniş şəkildə müzakirə edilmişdir. Başqa təsirlə-
rin anlaşılması daha çətindir. Süni İntellekt və sintetik biologiyada 
vəziyyət belədir. Yaxın gələcəkdə dizayn edilən körpələr və bununla 
yanaşı genetik xəstəliklərin kökünün kəsilməsindən insan zehninin 
gücləndirilməsinə qədər, bəşəriyyət üzərində həyata keçirilmiş bir 
sıra başqa dəyişiklikləri görə bilərik. Bunlar, bizim qarşı-qarşıya qal-
dığımız bəzi ən böyük etik və mənəvi problemləri gündəliyə gətirə-
cəkdir (bax: Haşiyə E: Etik sərhəd haqqında).

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin