Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə60/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   56   57   58   59   60   61   62   63   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

126
Yeni bir mədəni intibaha doğru
Şair Reynar Marianın [Rainer Maria] yazdığı kimi “gələcək içi-
mizə doğru irəliləyir… Daha reallaşmadan əvvəl özünü bizim içimizə 
transformasiya etmək üçün.”
73
Biz bunu da unutmamalıyıq: hazırda 
içində yaşadığımız Antropogen və ya İnsan Dövründə dünya tarixin-
də ilk dəfə yer kürəsindəki həyatını davam etdirən bütün sistemləri 
formalaşdırmada insan fəaliyyəti əsas qüvvəyə çevrilmişdir.
Hər şey bizə qalmışdır.
Hazırda, dördüncü sənaye inqilabının başlanğıcında özümüzü 
irəli baxarkən görürük və daha da önəmli olan, onun yoluna təsir 
göstərmə gücünə sahib olduğumuzu anlayırıq.
Bacara bilmək üçün nəyə ehtiyac olduğunu bilmək bir məsələ-
dir, onu edə bilmək isə ayrı bir məsələdir. Bütün bunlar bizi hara 
aparır və biz buna ən yaxşı necə hazırlana bilərik?
Uzun illər hazırda bu kitabı yazdığım yerdən sadəcə bir neçə ki-
lometr uzaqda yaşamış, Maarifçilik dövrünün fransız filosofu və ya-
zıçısı Volter [Voltaire] bir dəfə belə demişdi: “Şübhə narahatlıq do-
ğuran bir haldır, lakin əminlik gülünc bir vəziyyətdir.”
74
Həqiqətən 
də dördüncü sənaye inqilabının bizi hara apardığını tam şəkildə 
bildiyimizi iddia etmək sadəlövhlük olardı, lakin bu istiqamətin nə 
olacağı ilə bağlı qorxu və qeyri-müəyyənliyin bizi ifl ic etməsi də eyni 
dərəcədə sadəlövhlük göstəricisidir. Bu kitabın bütün hissələrində 
qeyd etdiyim kimi, dördüncü sənaye inqilabının nəticədə götürəcə-
yi istiqamət əvvəl-axır bizim onun bütün potensialını üzə çıxaracaq 
bir tərzdə formalaşdırma bacarığımızla müəyyən ediləcəkdir.
Çağırışlar qorxuducu olduqları qədər fürsətlər də cəlbedicidir-
lər. Biz birlikdə bu çağırışların təsirlərinə uyğun şəkildə hazırlana-
raq onları fürsətə çevirə bilmək üçün çalışmalıyıq. Dünya sürətlə 
dəyişir, hiper əlaqəli və daha çox mürəkkəb və getdikcə daha çox 
hissəli hala gəlir, lakin yenə də gələcəyimizi hər kəs üçün faydalı ola 
biləcək tərzdə formalaşdıra bilərik. Bunun üçün fürsət pəncərəsi 
hazırki andır. 


QAR
Ş
IDAKI YOL
127
İlk və həyati əhəmiyyətli addım kimi cəmiyyətin bütün kəsimlə-
rində maarifl ənmə səviyyəsini artırmağa və anlamanı dəstəkləməyə 
davam etməliyik. Bu kitabın hədəfl ədiyi də budur. Qərarlar qəbul 
edilərkən, xüsusilə də bugün qarşı-qarşıya qaldığımız yeni çağırışla-
rın bir-birilərilə getdikcə daha çox əlaqəli vəziyyətə gəldiyini nəzərə 
alaraq, biz bölünmüş şəkildə düşünməyə davam edə bilmərik. Sa-
dəcə əhatəedici bir yanaşma dördüncü sənaye inqilabının gündə-
liyə gətirdiyi bir çox fərqli məsələ ilə məşğul olmaq üçün lazım olan 
anlayışı dəstəkləyə bilər. Bunun üçün fərqli ekosistemlərin inteq-
rasiyasını əks etdirən və bütün sosial maraqlı tərəfl əri tam şəkildə 
diqqətdə saxlayan, dünyadakı müxtəlif arxa planda qalan ən mə-
lumatlı zehinləri və eyni zamanda dövlət və özəl sektorları bir yerə 
toplayan əməkdaşlıq yönlü və çevik strukturlara ehtiyac vardır. 
İkincisi, ümumi bir anlayış təməlində indiki və gələcək nəsillər 
üçün dördüncü sənaye inqilabını necə formalaşdıracağımızla bağlı 
müsbət, ortaq və əhatəedici hekayələr yaratmalıyıq. Bu hekayələ-
rin məzmununu tam bilməsək də, özündə ehtiva etməli olduğu 
müəyyən həlledici xüsusiyyətləri bilirik. Məsələn, gələcək sistem-
lərimizin əks etdirməli olduğu dəyərləri və etik prinsipləri ortaya 
qoymalıdırlar. Bazarlar sərvətin yaradılmasında eff ektli hərəkət-
verici qüvvələrdir, lakin biz fərdi və kollektiv davranışlarımızın və 
bunların qidalandırdığı sistemlərin qəlbində dəyərlərin və etikanın 
mövqe əldə etməsini təmin etməliyik. Bu hekayələr eyni zamanda, 
xoş niyyət və hörmətdən qayğı və şəfqətə qədər həyata baxış bucaq-
larımızın artan dərəcədə yüksək səviyyələrini yarada bilməlidirlər. 
Bütün bunları cəsarətləndirən ortaq dəyərlərin hərəkətverici qüv-
vəsilə insanları gücləndirici və əhatəedici olmalıdırlar. 
Üçüncüsü, yüksələn maarif və paylaşılan hekayələr təməlində 
iqtisadi, sosial və siyasi sistemlərimizi təqdim edilən fürsətlərdən 
tam faydalana biləcəyimiz şəkildə yenidən qurmağa cəhd etməli-
yik. Mövcud qərar qəbuletmə sistemlərimizin və dominant sərvət 
yaratma modellərimizin ilk üç sənaye inqilabı müddətində dizayn 
edildiyi və yalnız tədricən inkişaf etdiyi məlumdur. Belə ki, bu sis-


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
128
temlər artıq dördüncü sənaye inqilabı kontekstində mövcud və 
daha da önəmlisi gələcək nəsillərin ehtiyaclarını təmin edə biləcək 
şəkildə təchiz olunmaqdan çox uzaqdır. Bu açıqdır ki, kiçik ölçülü 
tənzimləmələr və ya marjinal islahatlardan çox sistemli bir innova-
siyaya ehtiyacları vardır. 
Hər üç addımın da göstərdiyi kimi, yerli, milli və beynəlxalq sə-
viyyələrdə bütün əlaqəli tərəfl ərin öz səsini eşitdirə biləcəyi davamlı 
bir əməkdaşlığı və dialoqu olmadan o nöqtəyə çata bilmərik. Biz 
təməldə dayanan şərtləri doğru anlamağa diqqət ayırmalıyıq və sa-
dəcə texniki tərəfl ərə daha çox diqqət yetirməklə kifayətlənməmə-
liyik. Harvard Universitetinin riyaziyyat və bilogiya professoru, tə-
kamülçü alim Martin Nouvakın [Martin Nowak] bizə xatırlatdığı 
kimi əməkdaşlıq “bəşəriyyəti günahlarından təmizləyəcək yeganə 
vasitədir.”
75
Dörd milyard illik təkamülümüzün əsas memarı kimi 
əməkdaşlıq, daim hərəkətverici qüvvə olmuşdur, çünki bizə artan 
mürəkkəblik içində uyğunlaşma bacarığı qazandırır və siyasi, iqti-
sadi və sosial uyğunluğu gücləndirir: əhəmiyyətli inkişaf ancaq belə 
əldə edilə bilər. 
Sosial maraqlı tərəfl ərin eff ektli əməkdaşlığının təmin edilmə-
si şərtləri çərçivəsində mən əminəm ki, dördüncü sənaye inqilabı 
dünyanın hazırda qarşı-qarşıya dayandığı əsas çağırışlarla məşğul 
olmaq və ehtimal ki, onları həll etmək potensialına sahib olacaqdır.
Nəticədə, məsuliyyət xalqların, mədəniyyətin və dəyərlərin üzə-
rinə düşür. Əslində bütün mədəniyyətlər, ölkələr və gəlir qrupların-
dan insanların dördüncü sənaye inqilabı ilə və onun sivilizasiyaya 
olan çağırışları ilə ayaqlaşa bilmək məcburiyyətini anlamasını tə-
min etmək üçün çox intensiv şəkildə çalışmalıyıq. 
Gəlin, insanları mərkəzə qoyaraq, onları gücləndirərək və yeni 
texnologiyaların hər şeydən öncə insanlar tərəfindən və insanlar 
üçün yaradılmış alətlər olduğunu özümüzə daim xatırladaraq, gələ-
cəyi hər kəs üçün faydalı ola biləcək bir şəkildə formalaşdıraq.
Gəlin, bunun üçün innovasiya və texnologiyanın insanlara və 
ictimai mənafeyə xidmət etmə ehtiyacına fokslanacağı bir gələcək 


QAR
Ş
IDAKI YOL
129
üçün kollektiv məsuliyyət daşıyaq və onlardan bizi daha dayanıqlı 
bir inkişafa yönləndirəcəkləri formada istifadəni təmin edək.
Hətta, daha da irəliyə gedə bilərik. Mən, yeni texnologiya döv-
rünün əgər həssas və məsuliyyətli bir şəkildə formalaşdırılarsa, bi-
zim özümüzü daha böyük bir şeyin – real bir qlobal sivilizasiyanın 
– bir hissəsi kimi hiss etməyimizi təmin edəcək yeni bir mədəni 
intibahın katalizatoru ola biləcəyinə inanıram. Dördüncü sənaye 
inqilabı, bəşəriyyəti robotlaşdırma və beləliklə - işləmək, icma, ailə, 
kimlik kimi - ənənəvi anlayış mənbələrimizdən güzəştə getmək 
potensialı daşıyır. Yaxud, dördüncü sənaye inqilabını bəşəriyyəti, 
ortaq tale hissinə əsaslanan yeni bir kollektiv və əxlaqi şüur səviyyə-
sinə yüksəltmək üçün istifadə edə bilərik. Bu sonuncunun gerçək-
ləşməsini təmin etmək tamamilə bizim öhdəmizə düşür.




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin