Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə61/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   57   58   59   60   61   62   63   64   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

131
T
əşə
kkür
Dövlət və özəl sektor əməkdaşlığı üçün beynəlxalq bir təşkilat 
kimi Dünya İqtisadi Forumunda hamımız, tərəfaşlarımız, üzvlə-
rimiz və çevrəmizdəki insanlar ilə əməkdaşlıq edərək, dördüncü 
sənaye inqilabı ilə bağlı ortaya çıxan çağırışların müəyyən edilmə-
sinə töhvə verəcək və sosial maraqlı tərəfl ərə önləyici və əhatələyici 
şəkildə zəruri həll yollarının formalaşdırılmasında köməkçi olacaq 
qlobal bir platforma kimi xidmət etmək məsuliyyətini dərk edirik. 
Bu səbəbdən, Forumun Davos-Klosterdəki 2016-cı il İllik Gö-
rüşünün mövzusu – “Dördüncü Sənaye İnqilabının Öhdəsindən 
Gəlmək” kimi müəyyən edilmişdi. Bütün fəaliyyətlərimizdə, layihə 
və görüşlərimizdə bu mövzu çərçivəsində ortaya çıxacaq konstruk-
tiv müzakirələrdə və əməkdaşlıqlarda katalizator rolunu oynama-
ğı hədəfl əyirik. Forumun 2016-cı ilin iyun ayında, Çinin Tianjin 
şəhərində təşkil ediləcək İllik Yeni Çempionların Görüşü də araş-
dırma, texnologiya, kommersiyalaşma və tənzimləmə sahələrini 
təmsil edən lider və menecerləri bir yerə gətirərək, dördüncü sənaye 
inqilabından hər kəs üçün faydalı ola biləcək şəkildə istifadə edil-
məsi mövzusunda fikir mübadiləsi etmək imkanını təmin edəcək-
dir. Bu kitabın bütün bu fəaliyyətlər üçün bir başlanğıc və bələdçi 
olmasını arzu edirəm. Liderlərə siyasi, sosial və iqtisadi nəticələri 
qavrama və eyni zamanda, bunları yaradan texnologiyadakı irəlilə-
yişləri anlama imkanı təqdim edəcəyini düşünürəm.


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
132
Dünya İqtisadi Forumundakı bütün həmkarlarımın böyük 
dəstəyi və töhfəsi olmasaydı, bu kitabın yazılması mümkün olmaz-
dı. Hər birinə ən səmimi təşəkkürümü bildirirəm. Xüsusilə də, araş-
dırma və yazma prosesində başlıca həmkarlarım olan Nikolas Dey-
vis [Nicholas Davis], Tsierri Malleret [Th
ierry Malleret] və Mel 
Roqersə [Mel Rogers] təşəkkürü özümə borc bilirəm. Eyni zaman-
da, kitabın xüsusi hissələrində əməyi olan həmkarlarım və onların 
komandalarına, xüsusilə də iqtisadiyyat və cəmiyyət mövzularında 
Cenifer Bleynk [ Jennifer Blanke], Marqareta Drzenyek-Hanouz 
[Margareta Drzeniek-Hanouz], Silviya Maqnoni [Silvia Magnoni] 
və Saadia Zahidiyə [Saadia Zahidi]; biznes və sənaye mövzuların-
da Cim Həqemən Sneyb [ Jim Hagemann Snabe], Mark Spelmən 
[Mark Spelman] və Bryus Veyneltə [Bruce Weinelt]; ətraf mühit 
mövzusunda Dominik Vauqraya [Dominic Waughraya]; hökumət-
lər mövzusunda Helena Leurentə [Helena Leurent]; geosiyasət və 
beynəlxalq təhlükəsizlik mövzularında Anca Kaspersenə [Anja 
Kaspersen] və neyrotexnologiya mövzusunda Olivier Oullierə 
[Olivier Oullier] minnətdaram. 
Bu kitabın yazılması Forum işçilərinin müstəsna mütəxəssis key-
fiyyətlərini üzə çıxardı. Mən ideyalarını onlayn və birbaşa mənimlə 
bölüşən hər bir kəsə təşəkkürümü ifadə edirəm. Bu mənada, mən 
xüsusilə də Yeni Texnologiyalar qrupunda Deyvid Qleyşer [Da-
vid Gleicher], Riqas Hədzilakos [Rigas Hadzilacos], Natali Ha-
tour [Natalie Hatour], Fulviya Montresor [Fulvia Montresor] və 
Oliviyer Voefreyə [Olivier Woeff ray] və bu mövzularda dərindən 
düşünən və zamanını sərf edən digər hər kəsə təşəkkür edirəm: Şi-
dioqo Akunili [Chidiogo Akunyili], Klaudiyo Kokorokşiya [Cla-
udio Cocorocchia], Niko Dəsvəni [Nico Daswani], Mehran Gül 
[Mehran Gul], Alecandra Quzmən [Alejandra Guzman], Mayk 
Henley [Mike Hanley], Li Houvel [Lee Howell], Ceremi Curgens 
[ Jeremy Jurgens], Bernays Li [Bernice Lee], Alan Markus [Alan 
Marcus], Adrian Monk [Adrian Monck], Tomas Filbek [Th
omas 
Philbeck] və Filip Şetler-Cons [Philip Shetler-Jones].


T
ƏŞƏ
KKÜR
133
Bundan başqa, mən dördüncü sənaye inqilabı ilə bağlı fikirləri-
min formalaşdırılmasında köməyi dəyən Forum icmasının bütün 
üzvlərinə təşəkkür edirəm. Xüsusilə də, texnoloji innovasiyanın 
təsiri və qarşıda dayanan böyük çağırışlar və fürsətlər ilə bağlı fi-
kirlərimdə məni ruhlandıran Andrey Makeyfi [Andrew McAfee] 
və Erik Brincolfsona [Erik Brynjolfsson] və əgər dördüncü sənaye 
inqilabını qlobal fayda üçün istifadə etmək istəyiriksə, dəyərlərə 
əsaslanan hekayələrə ehtiyacımız olduğunu xüsusilə qeyd edən 
Denis Snover [Dennis Snower] və Stüart Valissə [Stewart Wallis] 
təşəkkür edirəm. 
Eyni zamanda, bu kitab üçün görüşdüyüm və yazışdığım Mark 
Beniof [Marc Benioff ], Katrin Bosley [Katrine Bosley], Castin 
Kassel [ Justine Cassell], Mariet Dikristina [Mariette DiChristina], 
Murali Doreysvami [Murali Doraiswamy], Nita Fərəhəni [Nita 
Farahany], Zev Först [Zev Furst], Nik Qrovinq [Nik Gowing], 
Viktor Halverştat [Victor Halberstadt], Ken Hu [Ken Hu], Li 
Sənq-Yup [Lee Sang-Yup], Alessio Lomussio [Alessio Lomus-
cio], Cek Ma [ Jack Ma], Ellen Makartur [Ellen MacArthur], Pi-
ter Maurer [Peter Maurer], Bernard Meyerson [Bernard Meyer-
son], Andrey Meynard [Andrew Maynard], Viliam Makdonof 
[William McDonough], Ceyms Mudi [ James Moody], Andrey 
Mur [Andrew Moore], Mişel Osborn [Michael Osborne], Fiona 
Paua Şvab [Fiona Paua Schwab], Feyk Sijbesma [Feike Sijbesma], 
Vişal Sikka [Vishal Sikka], Filip Sinkleyr [Philip Sinclair], Hilari 
Satklif [Hilary Sutcliff e], Nina Tanton [Nina Tandon], Fəridə Vis 
[Farida Vis], Ser Mark Valport [Sir Mark Walport] və Aleks Vinat 
[Alex Wyatt] və digər hər kəsə təşəkkürümü ifadə edirəm. 
Forumun Qlobal Gündəlik Şuraları Şəbəkəsi və “gələcək əsas-
lı icmalarımız” mövzu ilə çox maraqlandılar və burada müzakirə 
edilən məsələlərlə bağlı zəngin uzaqgörənlik nümayiş etdirdilər. 
Proqram təminatı və Cəmiyyətin Gələcəyi ilə Miqrasiya və Şəhərlə-
rin Gələcəyi haqqında Qlobal Gündəlik Şuralarına xüsusi təşəkkür 
edirəm. Mən, eyni zamanda, 2015-ci ildə Abu-Dabidə təşkil edilən 


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
134
Qlobal Gündəlik Zirvəsində bu mövzuya zaman və uzaqgörənlik-
ləri ilə comərd şəkildə töhvə verən çoxlu sayda fikir liderlərinə, Fo-
rumun Qlobal Təşkilatçılar, Gənc Qlobal Liderlər və Gənc Alimlər 
cəmiyyətlərinə, xüsusilə də Forumun virtual bilik və əməkdaşlıq 
platforması olan “TopLink” vasitəsi ilə öz fikirlərini bölüşən hər 
kəsə minnətdaram. 
Redaktə işlərinə görə Alecandro Reyzə [Alejandro Reyes], di-
zayn işlərinə görə Skot Deyvidə [Scott David] və daxili tərtibat və 
nəşr işlərinə görə Kamal Kimaoiyə [Kamal Kimaoui] xüsusi təşək-
kürümü bildirirəm. 
2016-cı il İllik Görüşünə yetişməsi üçün bu kitabın bütün dün-
yadan fərqli insanların birlikdə əməkdaşlığı sayəsində üç aydan az 
bir zaman ərzində yazılması lazım idi. Bu, doğurdan da dördüncü 
sənaye inqilabının sürətli dinamik mühitini əks etdirir. Beləliklə, 
son olaraq mənimlə birlikdə bu səyahətə çıxdığınız və dünyanın 
vəziyyətinin yaxşılaşdırılması məqsədilə çalışdığınız üçün siz oxu-
cularıma dərin hörmətimi ifadə edirəm.



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin