Fiziki zəka – bədən Kontekstual, emosional və mənəvi zəka - bunların hamısı dör-
düncü sənaye inqilabı ilə ayağlaşa bilmək və ondan faydalanmaq
üçün əhəmiyyətli xüsusiyyətlərdir. Ancaq onların zəkanın dör-
düncü növündən, yəni şəxsi sağlamlığı təmin etmə və dəstəkləmə
fəaliyyətlərini özündə cəmləşdirən fiziki zəkadan həlledici dəstək
almağa ehtiyacları vardır. Bu çox əhəmiyyətlidir, çünki dəyişikliyin
sürəti artdıqca, mürəkkəblik və qərar qəbuletmə prosesinə daxil
olan oyunçuların sayı artdıqca, təzyiq altında sağlam və soyuqqanlı
qalma ehtiyacı daha böyük əhəmiyyət qazanır.
Ətraf mühitin genlərimizin ifadəsini dəyişdirmə prosesi olan
epigenetika, biologiyanın son illərdə sürətlə inkişaf edən sahələ-
rindən biridir. Bu elm sahəsi, yuxu, qidalanma və idmanın həyatı-
mızdakı həlledici əhəmiyyətini mübahisəsiz bir şəkildə sübut edir.
Məsələn, müntəzəm idman etmənin düşüncə və hisslərimiz üzərin-
də müsbət təsiri vardır. Belə ki, bu, performansımıza və bacarma
gücümüzə birbaşa təsir göstərir.
Fiziki bədənlərimizi, ağlımız, hisslərimiz və ümumi şəkildə dünya
ilə harmoniya şəraitində saxlaya bilmənin yeni yollarını tapmaq və bu
istiqamətdə peşəkarlaşmaq böyük əhəmiyyət kəsb edir. Tibb elmi, ge-
yinilə bilən cihazlar, implant texnologiyalar və beyin araşdırmaları kimi
bir çox sahədə əldə edilən böyük irəliləyişlər hesabına bütün bu möv-
zularda daha çox yeni şeylər öyrənirik. Əlavə olaraq, tez-tez söylədiyim
kimi, bir lider qarşı-qarşıya qaldığımız bir çox sinxron və mürəkkəb ça-
ğırışlara eff ektli cavab verə bilmək üçün “sağlam sinirlərə” sahib olma-
lıdır. Dördüncü sənaye inqilabının fürsətlərini araşdırmaq və onlardan
faydalanmaq yolunda bunun əhəmiyyəti daha da artacaqdır.