DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
136
Dəyişiklik 1. İmplantasiya oluna bilən
texnologiyalar
Dönüş nöqtəsi:
İmplantasiya oluna bilən ilk mobil telefonun
bazara çıxması
2025-ci ildə:
Sorğuda iştirak edənlərin 82%-nin fikrinə görə bu
mümkün olacaqdır.
İnsanlar getdikcə cihazlara daha çox bağlanırlar və bu cihazlar
getdikcə daha çox onların bədənləri ilə əlaqəli hala gəlir. Cihazlar
artıq geyinilə bilməklə yanaşı, həm də bədənlərə implantasiya edilə
bilir. Bu şəkildə rabitə, yerləşmə, davranışların izlənilməsi və tibbi
funksiyaların yerinə yetirilməsini təmin edirlər.
Ürəyi işlək vəziyyətə gətirən batareyalar və koklear implantlar
hələ sadəcə başlanğıc məhsullarıdır. Ardıcıl olaraq bir çox yeni tibbi
cihaz bazara təqdim edilir. Bu cihazlar xəstəliklərin parametrlərini
müəyyənləşdirə biləcək, insanların xəstəliklərə qarşı tədbirlər gör-
məsini təmin edəcək, nəzarət mərkəzlərinə məlumat göndərəcək
və ya ehtiyac olduğu zaman avtomatik olaraq dərman qəbul etdirə
biləcəkdir.
Ağıllı bədən döymələri və digər unikal çiplər kimliyin və yerin
müəyyən edilməsinə yardım edə bilərlər. Ehtimal ki, implantasiya
edilən cihazlar “quraşdırılmış” bir mobil telefon vasitəsilə normal
halda sözlə ifadə edilən fikirlərin çatdırılmasına kömək edəcəklər.
Həm də onlar beyin dalğalarını və ya başqa siqnalları oxuyaraq, ifa-
də edilə bilməyən düşüncələri və ya ruhi vəziyyətləri çatdıra bilə-
cəklər.
Dostları ilə paylaş: