Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə53/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   49   50   51   52   53   54   55   56   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

Haşiyə E: Etik sərhəd haqqında
Texnoloji tərəqqi bizi etikanın yeni hüdudlarına doğru aparır. 
Biologiyadakı heyrətverici yenilikləri yalnız xəstəliklərin müali-
cəsində və yaraların sağaldılmasındamı istifadə etməliyik? Yoxsa 
özümüzü daha yaxşı insana çevirmək üçün də istifadə edə bilərik? 
Əgər sonuncunu qəbul etsək, valideynliyi istehlak cəmiyyətinin bir 
uzantısına çevirmə riskini öz üzərimizə götürmüşmü olarıq? Bu 
halda övladlarımız arzularımızın sifariş əsasında istehsal edilmiş 
əşyaları kimi əmtəələşdirilmiş olmazmı? Və “daha yaxşı” nə demək-
dir? Xəstəliklərdən yaxa qurtarmaqmı, daha uzun həyat sürməkmi
daha ağıllı olmaqmı, daha sürətli qaçmaqmı, yoxsa müəyyən bir gö-
rünüşə sahib olmaqmı?
Süni İntellektlə bağlı da oxşar qarışıq suallarla üzləşirik. Bizdən 
tez və ya hətta bizdən daha yaxşı fikirləşən maşınların olması ehti-
malını təsəvvür edin. “Amazon” və “Netfl ix” artıq indidən bizim 
hansı filmləri izləmək və hansı kitabları oxumaq istədiyimizi təx-
min edə bilən alqoritmlərə sahibdirlər. Tərəfdaş və iş tapmaq üçün 
qurulan saytlar və sistemlər bizə ən uyğun ola biləcəyini düşündüyü 
öz ərazimizdən və ya dünyanın istənilən bir yerindən tərəfdaşlar 
və işlər tövsiyə edirlər. Nə edəcəyik? Bir alqoritmin təqdim etdiyi 
tövsiyəyə, yoxsa ailənin, dostların və ya həmkarların tövsiyəsinəmi 
qulaq asacağıq? Mükəmməl və ya demək olar ki, mükəmməl diaq-


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
116
noz verə bilən Sİ əsaslı bir robotdan, yoxsa bizi illərdir tanıyan və 
güvəndiyimiz bir həkimdənmi məsləhət alaq?
Bu misallara və onların insanlar üçün doğuracağı nəticələrə 
baxdığımız zaman, qeyri-müəyyən bir bölgədə, daha əvvəl yaşadıq-
larımıza heç oxşamayan bir insan transformasiyasının astanasında 
olduğumuzu görürük.
Başqa bir əhəmiyyətli məsələ, süni intellektin və maşın öyrənmə-
sinin təxminetmə gücü ilə bağlıdır. Əgər hər hansı bir vəziyyətdəki 
davranışımız təxmin edilən vəziyyətə gəlirsə, bu təxmindən uzaqlaş-
ma azadlığımız nə qədər olacaq? Bu insanların robot kimi hərəkət 
etməyə başladığı bir dünya doğura bilərmi? Bu daha çox fəlsəfi 
bir sualı da gündəmə gətirir: Müxtəlifl iyimizin və demokratiyanın 
mənbəyi olan fərdiliyimizi rəqəmsal dövrdə necə qoruyacağıq?

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin