Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri


Əlaqəlilik, parçalanma və sosial narahatlıq



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə40/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   36   37   38   39   40   41   42   43   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

Əlaqəlilik, parçalanma və sosial narahatlıq
İnformasiyanın, fikirlərin və insanların hər zaman olduğundan 
daha sürətli səyahət etdiyi hiper əlaqəli bir dünyada yaşayırıq. Eyni 
zamanda, daha öncə təsvir etdiyim kimi əmək bazarında intensiv 
dəyişikliklərin daha da kəskinləşdirdiyi bir fenomen olaraq artan 
bərabərsizliyin mövcud olduğu dünyada yaşayırıq. Sosial təcridin 
genişlənməsi, müasir dünyada etibarlı məna mənbələri tapmaq 
problemi, yerli elita və strukturlardan irəli gələn – təsəvvür edilən 
və ya real – məyusluq ekstremist cəryanları təşviq edir və onlara 
mövcud sistemlərə qarşı zorakı vasitələrlə mübarizə aparmaq im-
kanı yaradır (bax: Haşiyə E: Əhali mobilliyi və dördüncü sənaye 
inqilabı).
2015-ci ildə tarixdə görünməmiş səviyyəyə çatan faciəvi əhali 
yerdəyişmələrinə göstərilən reaksiyalarda da göründüyü kimi, hi-
per-əlqəlilik təbii olaraq daha çox tolerantlıq və ya uyğunlaşma ilə 
nəticələnmir. Bununla belə, eyni hiper-əlaqəlilik fərqliliklərin daha 
çox qəbul edilməsi və anlaşılmasına əsaslanaraq, cəmiyyətləri par-
çalamaq əvəzinə onları bir yerə toplamağa kömək edəcək ortaq bir 
müstəvini əldə etmə potensialına da sahibdir. Əgər bu istiqamətdə 
irəliləyişlər əldə etməyə davam etməsək, o zaman qarşımızdakı al-
ternativ daha çox parçalanma yolunun açılmasıdır.


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
96
Haşiyə E: Əhali mobilliyi və dördüncü sənaye inqilabı
İnsanların dünyadakı mobilliyi həm əhəmiyyətli bir fenomen, 
həm də zənginlik üçün böyük hərəkətverici qüvvədir. Dördüncü 
sənaye inqilabının insanların mobilliyinə necə təsir göstərəcəyini 
söyləmək üçün hələ tez olsa da, mövcud trendlər mobilliyin get-
dikcə cəmiyyətdə və iqtisadiyyatlarda hazırkı vəziyyətdən daha çox 
əhəmiyyətli rola sahib olacağını göstərir. 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin