3.3. Milli və qlobal
Dördüncü sənaye inqilabının yaratdığı köklü dəyişikliklər dövlət
institutlarının və təşkilatlarının fəaliyyət tərzini yenidən müəyyən
edir. Xüsusilə də, regional, milli və yerli səviyyələrdə hökumətləri
vətəndaşlar və özəl sektorla əməkdaşlığın yeni yollarını taparaq özlə-
rini yenidən kəşf etməklə uyğunlaşmağa məcbur edir. Onlar ölkələr
və hökumətlər arasındakı münasibətlərin tərzinə də təsir göstərirlər.
Bu hissədə dördüncü sənaye inqilabını qarşılamaq üçün hökumət-
lərin oynayacağı rolu, siyasətçilərin və onların cəmiyyətdəki rolları ilə
bağlı ənənəvi baxışları dəyişdirən gündəlikdəki qüvvələri təhlil edə-
cəyəm. Vətəndaşların güclənməsi, əhalinin bölünməsi və qütbləşməsi
daha çox artdıqca, bütün bunlar hökumətin idarəetməsini daha da çə-
tinləşdirən və onun eff ektivliyini azaldan siyasi sistemlərlə nəticələnə
T
Ə
S
İ
RL
Ə
R
81
bilər. Bu, yeni elmi, texnoloji, iqtisadi və sosial çərçivələrə keçidi for-
malaşdırmada hökumətlərin əsas tərəfdaş kimi çıxış etməsi tələb olu-
nan indiki dövrdə gündəliyə gəldiyi üçün xüsusilə əhəmiyyətlidir.
3.3.1. Hökumətlər
Dördüncü sənaye inqilabının hökumətlər üzərindəki təsirini
təhlil edərkən qeyd etmək olar ki, idarəetmənin yaxşılaşdırılmasın-
da rəqəmsal texnologiyaların istifadəsi ən yüksək səviyyədədir. Veb
texnologiyalarının daha sıx və innovativ istifadəsi dövlət orqanla-
rının struktur və funksiyalarının ümumi performanslarının – hö-
kumət və idarəçilik proseslərinin gücləndirilməsindən şəff afl ığın,
hesabatlılığın və hökumət ilə vətəndaşlar arasındakı iştirakçılığın
yüksəldilməsinin dəstəklənməsinə qədər – bir çox formada müa-
sirləşməsinə və yaxşılaşmasına kömək ola bilər. Hökumətlər eyni
zamanda, gücün dövlətdən qeyri-dövlət subyektlərinə və mövcud
qurumlardan sərbəst şəbəkələrə keçid etməsinə də uyğunlaşmalı-
dırlar. Yeni texnologiyalar, sosial qruplaşmalar və onların dəstək-
lədiyi qarşılıqlı əlaqələr həqiqətən də öz təsirini hər kəsə, hələ bir
neçə il əvvəl xəyal edilməyəcək tərzdə, göstərmək imkanı yaradır.
Hökumətlər, gücün getdikcə möhkəmlənən müvəqqəti və fani
olma xarakterindən ən çox təsirlənənlər arasındadır. Moyises Nayi-
min [Moises Naim] söylədiyi kimi, “XXI əsrdə gücü əldə etmək asan,
istifadə etmək daha çətin və itirmək isə daha asandır.”
41
Bu gün hö-
kumət idarəetməsinin keçmişlə müqayisədə daha çətin olduğu şübhə
doğurmur. Bir neçə istisnanı çıxmaq şərtilə, siyasətçilər dəyişikliyə
təsir göstərməkdə getdikcə çətinlik çəkir, transmilli, regional, yerli və
bəzən də fərdi səviyyədə rəqib güc mərkəzləri tərəfindən imkanları
məhdudlaşdırılır. Mikro güclər, indi milli hökumətlər kimi makro
güclərin imkanlarını məhdudlaşdırmaq bacarığına sahibdirlər.
Rəqəmsal dövr, dövlət hakimiyyətini qorumaq üçün istifadə
edilən baryerlərin bir çoxunu dağıtmışdır. İdarə edilənlər və ya icti-
maiyyət daha çox məlumat sahibi olduqca və gözləntilərində tələb-
karlıqları artdıqca, hökumətlərin daha az məhsuldar və ya daha az
DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
82
eff ektli olduğu ortaya çıxmışdır. “WikiLeaks” əfsanəsi – dövlətdən
kənar kiçik bir strukturun böyük dövlətlə qarşı-qarşıya gəlməsi –
yeni güc paradiqmasının assimetriyasını və çox vaxt bununla yanaşı
gələn etibarsızlaşmanı ortaya qoyur.
Dördüncü sənaye inqilabının hökumətlər üzərindəki çoxtərəfl i
təsirləri haqqında ayrıca bir kitabın yazılmasına ehtiyac olsa da, vur-
ğulanmalı olan əsas məqam bundan ibarətdir: texnologiya vətən-
daşlara getdikcə daha çox imkanlar yaradacaq, onlara öz fikirlərini
ifadə etmək, cəhdlərini koordinasiya etmək və böyük ehtimalla,
dövlət nəzarətindən yayınmaq üçün yeni yollar təqdim edəcəkdir.
Mən, bunu böyük ehtimalla qeyd edirəm, çünki bunun tamamilə
əksi də baş verə bilər. Belə ki, yeni nəzarət texnologiyaları ifrat gücə
sahib hökumətlərin yaranmasına da yol aça bilər.
Paralel strukturlar, rəsmi hökumət sistemləri əleyhinə ideo-
logiyalarını yaya, tərəfdarlarını toplaya və onların fəaliyyətlərini
koordinasiya edə biləcəkdir. Rəqabət səviyyəsinin artması, yeni
texnologiyaların gücün yenidən bölüşdürülməsini və əks-mərkəz-
ləşdirilməsini gücləndirməsi səbəbindən hökumətlər, siyasətin icra
edilməsi kimi mərkəzi rollarını dəyişdirməyə məcbur qalacaqlar.
Hökumətlər, getdikcə daha çox genişlənən xidmətləri ən məhsul-
dar və fərdiləşmiş formalarda təqdim etmək bacarıqlarına görə qiy-
mətləndirilən ictimai xidmət mərkəzləri kimi qəbul ediləcəklər.
Bütün bunların nəticəsində, hökumətlərin mövcudluq imkanla-
rını onların uyğunlaşma qabiliyyəti müəyyən edəcəkdir. Əgər onlar
eksponent şəkildə dəyişən dünyaya uyğunlaşa bilsələr və rəqabət
üstünlüklərini qorumağa imkan verən strukturlarını şəff afl ıq və
səmərəliliyə açıq formaya salmağı bacarsalar, onda mövcudluqla-
rını davam etdirə biləcəklər. Bununla da onlar, yeni və rəqib güc
strukturlarının olduğu geniş bir çevrədə bütövlükdə daha sadə və
daha səmərəli güc hüceyrələrinə çevriləcəklər.
Bundan öncəki sənaye inqilablarında da olduğu kimi tənzim-
ləmələr yeni texnologiyaların mənimsənilməsi və yayılmasında həl-
ledici rol oynayacaqdır. Belə ki, hökumətlər tənzimləmələrin for-
T
Ə
S
İ
RL
Ə
R
83
malaşdırılması, təft işi və icrası ilə bağlı yanaşmalarını dəyişdirməyə
məcbur qalacaqdır. “Köhnə dünyada” qərar qəbuledicilər xüsusi bir
məsələni təhlil etmək və lazım olan reaksiyanı və ya adekvat tən-
zimləmə çərçivəsini ortaya çıxarmaq üçün kifayət qədər zamana sa-
hib idilər. Bütün bu proses mütləq yuxarıdan aşağı bir yanaşmanın
izlənməsi formasında, xətti və mexaniki olma istiqamətində idi. Bir
çox müxtəlif səbəblərdən bu artıq mümkün deyildir.
Dördüncü sənaye inqilabının ortaya çıxardığı dəyişikliklərin
artan sürəti tənzimləyiciləri daha əvvəl görünməmiş dərəcədə təz-
yiqlərə məruz qoyur. Hazırda, siyasət, hüquq və tənzimləmə orqan-
ları bir çox hallarda hadisələri qabaqlaya bilmir, texnoloji dəyişikli-
yin sürəti və ciddi nəticələri ilə ayaqlaşmağı bacarmırlar. Bu gün 24
saatlıq xəbər dövriyyəsi liderləri hadisələrə həmin anda münasibət
bildirməyə və ya reaksiya verməyə məcbur edir. Ancaq bu, ölçülü,
prinsipial və müəyyən çərçivəni gözləyən reaksiyalar formalaşdır-
maq üçün tələb olunan müddəti də getdikcə azaldır. Hazırda, xü-
susilə də 200 müstəqil dövlətin və minlərlə fərqli mədəniyyət və
dilin olduğu bir qlobal sistemdə əhəmiyyətli məsələlər üzərindəki
nəzarəti itirmək kimi real bir təhlükə mövcuddur.
Bu şərtlər çərçivəsində, siyasətçilər və tənzimləyicilər innovasi-
yanı ifl ic etmədən, istehlakçıların və ümumilikdə cəmiyyətin fay-
dasını qoruyaraq texnoloji dəyişiklikləri necə dəstəkləyə bilərlər?
Cavab çevik idarəetmədir (bax: Haşiyə C: Köklü dəyişikliklər döv-
ründə çevik idarəetmə prinsipləri).
Mövcud tənzimləmə çərçivəsi hazırda gördüyümüz texnoloji
irəliləyişlərin bir çoxunu kifayət qədər diqqətə almır. Bu hal, istər-
istəməz hökumətlərlə vətəndaşlar arasındakı sosial müqaviləni poza
bilər. Çevik idarəetmə, tənzimləyicilərin tənzimlədiklərini daha
yaxşı anlamaq məqsədilə yeni və sürətlə dəyişən mühitə davamlı şə-
kildə uyğunlaşmaq üçün yollar tapmalı olduqlarını nəzərdə tutur.
Bunun üçün hökumətlər və tənzimləyici qurumlar zəruri qlobal,
regional və sahəvi transformasiyaları formalaşdırmaq məqsədilə
biznes və vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq etməlidirlər.
DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
84
Çevik idarəetmə, nə tənzimləmələrdə qeyri-müəyyənlik, nə də
siyasətçilərin hərarətli və fasiləsiz fəaliyyətdə olması demək de-
yildir. Bir tərəfdə artıq vaxtı keçmiş, lakin stabil, digər tərəfdə isə
aktual, lakin dəyişkən bir çərçivə kimi eyni ölçüdə xoş olmayan
iki hüquqi çərçivə arasında qaldığımızı düşünmək yanlışına qapıl-
mamalıyıq. Dördüncü sənaye inqilabı dövründə zəruri olan, daha
çox və ya daha sürətli siyasətlər həyata keçirmək deyil, daha çevik
çərçivələr yarada bilən tənzimləmə və hüquq ekosistemidir. Bu
yanaşmanı dəstəkləmək məqsədilə əhəmiyyətli qərarlar haqqında
ətrafl ı düşünə bilmək üçün zəruri sükunətə daha çox imkan yarat-
maq lazımdır. Əsas məsələ, düşünmə və fikir irəli sürmə prosesinin
məhsuldarlığını artırmaq və bu prosesi innovasiyanın ən yüksək sə-
viyyədə üzə çıxmasına imkan verəcək yanaşmalarla təmin etməkdir.
Nəticə etibarilə, əsas dövlət funksiyalarının, sosial əlaqənin və
şəxsi məlumatın rəqəmsal platformalara keçməkdə olduğu bir dün-
yada hökumətlər ədaləti, rəqabət gücünü, dürüstlüyü, əhatəli əqli
mülkiyyəti, təhlükəsizlik və etibarlılığı qorumaq üçün biznes dün-
yası və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində öz qaydaları-
nı, yoxlama və tarazlıq sistemlərini yaratmağa məcburdurlar.
Bu mövzuda iki konseptual yanaşma mövcuddur. Birincisi,
açıq-aşkar qadağa olunmamış hər şey sərbəstdir. İkincisi, açıq-aşkar
icazə verilməmiş hər şey qadağandır. Hökumətlər bu iki yanaşma-
nın qarışığından istifadə etməlidirlər. Onlar əməkdaşlıq etməyi və
uyğunlaşmağı öyrənməyə və insanın bütün qərarların mərkəzində
dayanmasını təmin etməyə məcburdurlar. Əvvəlki illərdə hökumət-
lər üçün dördüncü sənaye inqilabında olduğu qədər aktual olma-
yan çağırış budur: risklərini mümkün qədər azaltmaqla innovasiya-
nın inkişafına imkan vermək.
Bu məqsədə çatmaq üçün hökumətlərin vətəndaşların daha eff ektli
iştirakına və öyrənməyə və uyğunlaşmağa imkan verən siyasət təcrü-
bələri yaratmağa ehtiyacları vardır. Bu vəzifələrin hər ikisi də hökumət-
lər qədər vətəndaşların da öz rollarını və bir-birilə necə qarşılıqlı əlaqə-
də olacaqlarını yenidən düşünməsinə ehtiyac olduğunu göstərir. Eyni
T
Ə
S
İ
RL
Ə
R
85
zamanda bu, vətəndaşların gözləntilərini açıq şəkildə ifadə etmələrini
və çox müxtəlif perspektivləri nəzərə almalarını, bu yolda nöqsanlara
və yanlış addımlara icazə verməyi qəbul etməli olduqlarını tələb edir.
Dostları ilə paylaş: |