Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə32/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   28   29   30   31   32   33   34   35   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

3.3. Milli və qlobal
Dördüncü sənaye inqilabının yaratdığı köklü dəyişikliklər dövlət 
institutlarının və təşkilatlarının fəaliyyət tərzini yenidən müəyyən 
edir. Xüsusilə də, regional, milli və yerli səviyyələrdə hökumətləri 
vətəndaşlar və özəl sektorla əməkdaşlığın yeni yollarını taparaq özlə-
rini yenidən kəşf etməklə uyğunlaşmağa məcbur edir. Onlar ölkələr 
və hökumətlər arasındakı münasibətlərin tərzinə də təsir göstərirlər. 
Bu hissədə dördüncü sənaye inqilabını qarşılamaq üçün hökumət-
lərin oynayacağı rolu, siyasətçilərin və onların cəmiyyətdəki rolları ilə 
bağlı ənənəvi baxışları dəyişdirən gündəlikdəki qüvvələri təhlil edə-
cəyəm. Vətəndaşların güclənməsi, əhalinin bölünməsi və qütbləşməsi 
daha çox artdıqca, bütün bunlar hökumətin idarəetməsini daha da çə-
tinləşdirən və onun eff ektivliyini azaldan siyasi sistemlərlə nəticələnə 


 T
Ə
S
İ
RL
Ə
R
81
bilər. Bu, yeni elmi, texnoloji, iqtisadi və sosial çərçivələrə keçidi for-
malaşdırmada hökumətlərin əsas tərəfdaş kimi çıxış etməsi tələb olu-
nan indiki dövrdə gündəliyə gəldiyi üçün xüsusilə əhəmiyyətlidir. 
3.3.1. Hökumətlər
Dördüncü sənaye inqilabının hökumətlər üzərindəki təsirini 
təhlil edərkən qeyd etmək olar ki, idarəetmənin yaxşılaşdırılmasın-
da rəqəmsal texnologiyaların istifadəsi ən yüksək səviyyədədir. Veb 
texnologiyalarının daha sıx və innovativ istifadəsi dövlət orqanla-
rının struktur və funksiyalarının ümumi performanslarının – hö-
kumət və idarəçilik proseslərinin gücləndirilməsindən şəff afl ığın, 
hesabatlılığın və hökumət ilə vətəndaşlar arasındakı iştirakçılığın 
yüksəldilməsinin dəstəklənməsinə qədər – bir çox formada müa-
sirləşməsinə və yaxşılaşmasına kömək ola bilər. Hökumətlər eyni 
zamanda, gücün dövlətdən qeyri-dövlət subyektlərinə və mövcud 
qurumlardan sərbəst şəbəkələrə keçid etməsinə də uyğunlaşmalı-
dırlar. Yeni texnologiyalar, sosial qruplaşmalar və onların dəstək-
lədiyi qarşılıqlı əlaqələr həqiqətən də öz təsirini hər kəsə, hələ bir 
neçə il əvvəl xəyal edilməyəcək tərzdə, göstərmək imkanı yaradır.
Hökumətlər, gücün getdikcə möhkəmlənən müvəqqəti və fani 
olma xarakterindən ən çox təsirlənənlər arasındadır. Moyises Nayi-
min [Moises Naim] söylədiyi kimi, “XXI əsrdə gücü əldə etmək asan, 
istifadə etmək daha çətin və itirmək isə daha asandır.”
41 
Bu gün hö-
kumət idarəetməsinin keçmişlə müqayisədə daha çətin olduğu şübhə 
doğurmur. Bir neçə istisnanı çıxmaq şərtilə, siyasətçilər dəyişikliyə 
təsir göstərməkdə getdikcə çətinlik çəkir, transmilli, regional, yerli və 
bəzən də fərdi səviyyədə rəqib güc mərkəzləri tərəfindən imkanları 
məhdudlaşdırılır. Mikro güclər, indi milli hökumətlər kimi makro 
güclərin imkanlarını məhdudlaşdırmaq bacarığına sahibdirlər. 
Rəqəmsal dövr, dövlət hakimiyyətini qorumaq üçün istifadə 
edilən baryerlərin bir çoxunu dağıtmışdır. İdarə edilənlər və ya icti-
maiyyət daha çox məlumat sahibi olduqca və gözləntilərində tələb-
karlıqları artdıqca, hökumətlərin daha az məhsuldar və ya daha az 


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
82
eff ektli olduğu ortaya çıxmışdır. “WikiLeaks” əfsanəsi – dövlətdən 
kənar kiçik bir strukturun böyük dövlətlə qarşı-qarşıya gəlməsi – 
yeni güc paradiqmasının assimetriyasını və çox vaxt bununla yanaşı 
gələn etibarsızlaşmanı ortaya qoyur.
Dördüncü sənaye inqilabının hökumətlər üzərindəki çoxtərəfl i 
təsirləri haqqında ayrıca bir kitabın yazılmasına ehtiyac olsa da, vur-
ğulanmalı olan əsas məqam bundan ibarətdir: texnologiya vətən-
daşlara getdikcə daha çox imkanlar yaradacaq, onlara öz fikirlərini 
ifadə etmək, cəhdlərini koordinasiya etmək və böyük ehtimalla, 
dövlət nəzarətindən yayınmaq üçün yeni yollar təqdim edəcəkdir. 
Mən, bunu böyük ehtimalla qeyd edirəm, çünki bunun tamamilə 
əksi də baş verə bilər. Belə ki, yeni nəzarət texnologiyaları ifrat gücə 
sahib hökumətlərin yaranmasına da yol aça bilər. 
Paralel strukturlar, rəsmi hökumət sistemləri əleyhinə ideo-
logiyalarını yaya, tərəfdarlarını toplaya və onların fəaliyyətlərini 
koordinasiya edə biləcəkdir. Rəqabət səviyyəsinin artması, yeni 
texnologiyaların gücün yenidən bölüşdürülməsini və əks-mərkəz-
ləşdirilməsini gücləndirməsi səbəbindən hökumətlər, siyasətin icra 
edilməsi kimi mərkəzi rollarını dəyişdirməyə məcbur qalacaqlar. 
Hökumətlər, getdikcə daha çox genişlənən xidmətləri ən məhsul-
dar və fərdiləşmiş formalarda təqdim etmək bacarıqlarına görə qiy-
mətləndirilən ictimai xidmət mərkəzləri kimi qəbul ediləcəklər.
Bütün bunların nəticəsində, hökumətlərin mövcudluq imkanla-
rını onların uyğunlaşma qabiliyyəti müəyyən edəcəkdir. Əgər onlar 
eksponent şəkildə dəyişən dünyaya uyğunlaşa bilsələr və rəqabət 
üstünlüklərini qorumağa imkan verən strukturlarını şəff afl ıq və 
səmərəliliyə açıq formaya salmağı bacarsalar, onda mövcudluqla-
rını davam etdirə biləcəklər. Bununla da onlar, yeni və rəqib güc 
strukturlarının olduğu geniş bir çevrədə bütövlükdə daha sadə və 
daha səmərəli güc hüceyrələrinə çevriləcəklər.
Bundan öncəki sənaye inqilablarında da olduğu kimi tənzim-
ləmələr yeni texnologiyaların mənimsənilməsi və yayılmasında həl-
ledici rol oynayacaqdır. Belə ki, hökumətlər tənzimləmələrin for-


 T
Ə
S
İ
RL
Ə
R
83
malaşdırılması, təft işi və icrası ilə bağlı yanaşmalarını dəyişdirməyə 
məcbur qalacaqdır. “Köhnə dünyada” qərar qəbuledicilər xüsusi bir 
məsələni təhlil etmək və lazım olan reaksiyanı və ya adekvat tən-
zimləmə çərçivəsini ortaya çıxarmaq üçün kifayət qədər zamana sa-
hib idilər. Bütün bu proses mütləq yuxarıdan aşağı bir yanaşmanın 
izlənməsi formasında, xətti və mexaniki olma istiqamətində idi. Bir 
çox müxtəlif səbəblərdən bu artıq mümkün deyildir. 
Dördüncü sənaye inqilabının ortaya çıxardığı dəyişikliklərin 
artan sürəti tənzimləyiciləri daha əvvəl görünməmiş dərəcədə təz-
yiqlərə məruz qoyur. Hazırda, siyasət, hüquq və tənzimləmə orqan-
ları bir çox hallarda hadisələri qabaqlaya bilmir, texnoloji dəyişikli-
yin sürəti və ciddi nəticələri ilə ayaqlaşmağı bacarmırlar. Bu gün 24 
saatlıq xəbər dövriyyəsi liderləri hadisələrə həmin anda münasibət 
bildirməyə və ya reaksiya verməyə məcbur edir. Ancaq bu, ölçülü, 
prinsipial və müəyyən çərçivəni gözləyən reaksiyalar formalaşdır-
maq üçün tələb olunan müddəti də getdikcə azaldır. Hazırda, xü-
susilə də 200 müstəqil dövlətin və minlərlə fərqli mədəniyyət və 
dilin olduğu bir qlobal sistemdə əhəmiyyətli məsələlər üzərindəki 
nəzarəti itirmək kimi real bir təhlükə mövcuddur.
Bu şərtlər çərçivəsində, siyasətçilər və tənzimləyicilər innovasi-
yanı ifl ic etmədən, istehlakçıların və ümumilikdə cəmiyyətin fay-
dasını qoruyaraq texnoloji dəyişiklikləri necə dəstəkləyə bilərlər? 
Cavab çevik idarəetmədir (bax: Haşiyə C: Köklü dəyişikliklər döv-
ründə çevik idarəetmə prinsipləri). 
Mövcud tənzimləmə çərçivəsi hazırda gördüyümüz texnoloji 
irəliləyişlərin bir çoxunu kifayət qədər diqqətə almır. Bu hal, istər-
istəməz hökumətlərlə vətəndaşlar arasındakı sosial müqaviləni poza 
bilər. Çevik idarəetmə, tənzimləyicilərin tənzimlədiklərini daha 
yaxşı anlamaq məqsədilə yeni və sürətlə dəyişən mühitə davamlı şə-
kildə uyğunlaşmaq üçün yollar tapmalı olduqlarını nəzərdə tutur. 
Bunun üçün hökumətlər və tənzimləyici qurumlar zəruri qlobal, 
regional və sahəvi transformasiyaları formalaşdırmaq məqsədilə 
biznes və vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq etməlidirlər.


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
84
Çevik idarəetmə, nə tənzimləmələrdə qeyri-müəyyənlik, nə də 
siyasətçilərin hərarətli və fasiləsiz fəaliyyətdə olması demək de-
yildir. Bir tərəfdə artıq vaxtı keçmiş, lakin stabil, digər tərəfdə isə 
aktual, lakin dəyişkən bir çərçivə kimi eyni ölçüdə xoş olmayan 
iki hüquqi çərçivə arasında qaldığımızı düşünmək yanlışına qapıl-
mamalıyıq. Dördüncü sənaye inqilabı dövründə zəruri olan, daha 
çox və ya daha sürətli siyasətlər həyata keçirmək deyil, daha çevik 
çərçivələr yarada bilən tənzimləmə və hüquq ekosistemidir. Bu 
yanaşmanı dəstəkləmək məqsədilə əhəmiyyətli qərarlar haqqında 
ətrafl ı düşünə bilmək üçün zəruri sükunətə daha çox imkan yarat-
maq lazımdır. Əsas məsələ, düşünmə və fikir irəli sürmə prosesinin 
məhsuldarlığını artırmaq və bu prosesi innovasiyanın ən yüksək sə-
viyyədə üzə çıxmasına imkan verəcək yanaşmalarla təmin etməkdir.
Nəticə etibarilə, əsas dövlət funksiyalarının, sosial əlaqənin və 
şəxsi məlumatın rəqəmsal platformalara keçməkdə olduğu bir dün-
yada hökumətlər ədaləti, rəqabət gücünü, dürüstlüyü, əhatəli əqli 
mülkiyyəti, təhlükəsizlik və etibarlılığı qorumaq üçün biznes dün-
yası və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində öz qaydaları-
nı, yoxlama və tarazlıq sistemlərini yaratmağa məcburdurlar. 
Bu mövzuda iki konseptual yanaşma mövcuddur. Birincisi, 
açıq-aşkar qadağa olunmamış hər şey sərbəstdir. İkincisi, açıq-aşkar 
icazə verilməmiş hər şey qadağandır. Hökumətlər bu iki yanaşma-
nın qarışığından istifadə etməlidirlər. Onlar əməkdaşlıq etməyi və 
uyğunlaşmağı öyrənməyə və insanın bütün qərarların mərkəzində 
dayanmasını təmin etməyə məcburdurlar. Əvvəlki illərdə hökumət-
lər üçün dördüncü sənaye inqilabında olduğu qədər aktual olma-
yan çağırış budur: risklərini mümkün qədər azaltmaqla innovasiya-
nın inkişafına imkan vermək.
Bu məqsədə çatmaq üçün hökumətlərin vətəndaşların daha eff ektli 
iştirakına və öyrənməyə və uyğunlaşmağa imkan verən siyasət təcrü-
bələri yaratmağa ehtiyacları vardır. Bu vəzifələrin hər ikisi də hökumət-
lər qədər vətəndaşların da öz rollarını və bir-birilə necə qarşılıqlı əlaqə-
də olacaqlarını yenidən düşünməsinə ehtiyac olduğunu göstərir. Eyni 


 T
Ə
S
İ
RL
Ə
R
85
zamanda bu, vətəndaşların gözləntilərini açıq şəkildə ifadə etmələrini 
və çox müxtəlif perspektivləri nəzərə almalarını, bu yolda nöqsanlara 
və yanlış addımlara icazə verməyi qəbul etməli olduqlarını tələb edir.

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin