Rəqəmsal, fiziki və bioloji dünyaları birləşdirmək
Rəqəmsal, fiziki və bioloji aspektləri birləşdirmək qabiliyyətinə
sahib olan şirkətlər əksər hallarda bütün sektorları və əlaqəli istehsal,
bölgü və istehlak sistemlərini köklü şəkildə dəyişdirməyi bacarırlar.
“Uber”in əksər şəhərlərdəki məşhurluğu müştəri təcrübəsinin
yaxşılaşması ilə başlayır. Bu yaxşılaşmaya mobil cihaz vasitəsilə av-
tomobilin yerinin izlənilməsi, avtomobil standardlarının təsvir edil-
məsi, nöqsansız işləyən ödəmə sistemi və nəticədə, hədəfl ənən yerə
gecikmədən çatmaq aiddir. Təcrübə fiziki məhsulla (bir şəxsin A
nöqtəsindən B nöqtəsinə çatdırılması) birləşdirilməklə və aktivdən
(sürücünün sahib olduğu avtomobil) istifadə optimallaşdırılmaqla
yaxşılaşdırılır. Belə hallarda rəqəmsal imkanlar, yalnız daha yüksək
bir qiymətə və ya daha aşağı bir xərcə çevrilmir, eyni zamanda bir
biznes modelini tamamilə dəyişirlər. Bu, xidmətin əldə edilməsindən
çatdırılmasına qədər davam edən bir proses ilə təmin edilir.
Birləşməyə əsaslanan bu biznes modelləri köklü dəyişikliyin
dərəcəsini göstərir. Bu, rəqəmsal aktivlərin və mövcud rəqəmsal
T
Ə
S
İ
RL
Ə
R
75
platformaların əlaqəli birləşmələri fiziki aktivlərlə olan əlaqəni ye-
nidən təşkil etmək məqsədilə istifadə olunduğu zaman baş verir.
Eyni zamanda, bu, sahiblikdən əlçatanlığa keçidi ifadə edir. Heç
bir şirkət öz bazarındakı aktivlərə sahib deyil: avtomobil sürücüsü
avtomobilə sahibdir və onu istifadəyə təqdim edir, ev sahibi isə öz
otağını istifadəyə təqdim edir. Hər iki halda da, rəqabət üstünlüyü,
üstün təcrübə əsasında əməliyyat və çəkişmə xərclərinin azalması
nəticəsində ortaya çıxır. Bu şirkətlər, eyni zamanda tələblə təklifi
daha sürətli və əlverişli şəkildə görüşdürürlər ki, bu da köhnə şirkət-
lərin biznes modellərini sıradan çıxarır.
Bu bazar yanaşması, daha çox köhnə şirkətlərin mövcud mövqe-
yini zəifl ədir və sektorlar arasındakı sərhədləri ortadan qaldırır. Bir
çox baş menecer gələcək 3-5 ildə sektorların yaxınlaşmasını şirkət-
lərinə təsir göstərəcək əsas amil kimi görürlər.
39
Müştəri, proses çər-
çivəsində bir platformaya etibar etməyə başladığı zaman rəqəmsal
təchizatçının məhsul və xidmətlərini təqdim etməsi çox asanlaşır.
Sürətlə hərəkət edən rəqiblər bir tərəfdən daha ənənəvi sektor
siloslarının (
vəsaitlərin, məhsulların qorunduğu yer, ambar – tərc.
)
və dəyər zəncirlərinin parçalanmasını təhrik edir, digər tərəfdən
isə şirkətlərlə müştərilər arasındakı mövcud münasibətləri aradan
qaldırır. Yeni rəqiblər mövcud rəqiblərlə müqayisədə çevik şəkildə
və daha aşağı xərclərlə miqyas iqtisadiyyatına keçə bilirlər və proses
daxilində şəbəkə təsirlərinin köməyi ilə maliyyə qazanclarını daha
sürətlə artırmağı bacarırlar. “Amazon”un bir kitab satıcısından ildə
100 milyard dollar dəyərindəki pərakəndə şirkətlər qrupuna çev-
rilməsi, müştəri sədaqətinin, seçimlərlə bağlı məlumatlar və güclü
tətbiqlə birləşdiyi zaman çox müxtəlif sektorlarda satışı artırdığını
göstərir. Eyni zamanda, miqyasın səmərələrini də ortaya qoyur.
Demək olar ki, bütün sektorlarda rəqəmsal texnologiyalar məh-
sul və xidmətləri birləşdirmənin yeni inqilabi yollarını yaratdılar
və proses daxilində sektorlar arasındakı ənənəvi sərhədləri ortadan
qaldırdılar. Avtomobil sektorunda avtomobil, indi təkərli kom-
püterdir, çünkü avtomobilin istehsal xərcinin təxminən 40%-ni
DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
76
elektronika təşkil edir. “Apple” və “Google” şirkətlərinin avtomobil
bazarına daxil olma qərarı hazırda bir texnologiya şirkətinin avto-
mobil şirkətinə çevrilə biləcəyini göstərir. Gələcəkdə dəyər elektro-
nikaya doğru yönəldikcə, texnologiya və lisenziyalaşdırılmış proq-
ram istehsalı avtomobil istehsalı ilə müqayisədə strateji baxımdan
daha faydalı ola bilər.
Maliyyə sektoru da oxşar köklü dəyişiklikdən keçir. P2P (bərabər
səviyyəli tərəfl ər arasında) platformalar indi giriş maneələrini aradan
qaldırır və xərcləri aşağı salırlar. İnvestisiya fəaliyyətində yeni “ro-
bo-məsləhətçi” alqoritmləri və müvafiq tətbiqi proqramlar, məsləhət
xidmətləri və portfel alətləri təqdim edir (əvvəlki əməliyyat xərclə-
rinin çox cüzi bir qismi qarşılığında - ənənəvi 2% əvəzinə 0,5%) və
beləliklə, bütövlükdə mövcud maliyyə sektorunu təhdid altına salır.
Sektor, eyni zamanda maliyyədəki mümkün tətbiqi proqramları ilə
hesablaşma və əməliyyat xərclərini 20 milyard dollara qədər azalda
biləcək blokçeynin onun fəaliyyət tərzini qısa zaman ərzində kö-
kündən dəyişdirəcəyinin də fərqindədir. Paylaşılan məlumat baza-
sı texnologiyası müştəri hesablarının saxlanılmasından, transmilli
ödəmələrə və ticarət klirinqi və hesablaşmalarına qədər müxtəlif fəa-
liyyətləri asanlaşdıra bilər. Eyni zamanda, broker olmadan özü-özünü
icra edən ağıllı müqavilələr kimi (məsələn, bir ölkə və ya şirkət ödə-
niş etmədiyi zaman avtomatik ödəniş edən bir kredit derivativi) hələ
mövcud olmayan məhsul və xidmətlər də yarana bilər.
Tibb sektoru da fiziki, bioloji və rəqəmsal texnologiyalardakı
eyni vaxtlı inkişafı əhatə etmək problemi ilə qarşı-qarşıyadır. Yeni
diaqnoz və müalicə yanaşmalarından, geyinilə bilən alətlərlə topla-
nan məlumatın zənginliyindən və implantasiya texnologiyalardan
faydalanmaq ehtiyacı ilə xəstə qeydiyyatlarını rəqəmsallaşdırma eh-
tiyacı kəsişir.
Bütün şirkətlər eyni köklü dəyişmə mövqeyində olmasalar da,
dördüncü sənaye inqilabını yönləndirən qüvvələr tərəfindən bir
transformasiya əyrisi boyunca yuxarı doğru itələnirlər. Sektorlara və
müştəri bazasının demokrafik profilinə görə fərqlər var, lakin qey-
T
Ə
S
İ
RL
Ə
R
77
ri-müəyyənliyin səciyyələndirdiyi bir dünyada uyğunlaşma bacarığı
böyük əhəmiyyət daşıyır. Əgər bir şirkət əyri üzərində yuxarı doğru
getməyi bacarmasa, o zaman aşağı doğru itələnəcəkdir. Sağ qalan və
inkişaf edərək güclənən şirkətlər isə öz innovasiya üstünlüklərini qo-
rumaq və daim kəskinləşdirmək məcburiyyətində olacaqlar. Şirkət-
lər, sektorlar və təşkilatlar daim Darvinçi bir təzyiq altında olacaqlar
və bu səbəbdən də “hər zaman betada olma” (hər zaman təkamüldə
olma) fəlsəfəsi daha keçərli olacaqdır. Bu, sahibkarların və sahibkar
şirkətlərin menecerlərinin qlobal sayının artacağı deməkdir. Kiçik
və orta biznes köklü dəyişmə və innovasiyaya uyğunlaşmaq üçün la-
zım olan sürət və çeviklik üstünlüyünə sahib olacaqdır.
Buna baxmayaraq, böyük şirkətlər miqyas üstünlüklərindən
dəstək kimi istifadə etməklə və startaplardan və kiçik və orta biz-
nesdən təşkil edilmiş ekosistemlərinə daha kiçik və innovativ
şirkətləri satın alma və ya tərəfdaşlığa cəlb etmə yolu ilə investisiya
edərək mövcudluqlarını davam etdirəcəklər. Bu, onlara öz işlərində
müstəqilliklərini qoruma və daha səmərəli və çevik əməliyyatlara
girişmə imkanı verəcəkdir. “Google”ın innovativ xarakterini da-
vam etdirmə və çevikliyini qoruma ehtiyacından irəli gələrək özünü
“Alphabet” adlı bir holdinq şəklində yenidən təşkiletmə istiqamə-
tində qəbul etdiyi qərar bu trendə bir nümunədir.
Nəhayət, bundan sonrakı bölmədə detallı şəkildə təqdim edil-
diyi kimi, tənzimləmə və hüquq sahəsindəki inkişaf prosesləri təd-
qiqatçıların, şirkətlərin və vətəndaşların istifadəçilər üçün dəyər ya-
ratma imkanı verən texnologiyaları və əməliyyat modellərini necə
inkişaf etdirəcəyini, investisiya edəcəyini və mənimsəyəcəyini əhə-
miyyətli dərəcədə təyin edəcəkdir. Yeni texnologiyalar və innovativ
şirkətlər bir çox insanın həyatını yaxşılaşdıracaq məhsul və xidmət-
lər təqdim etdiyi halda, eyni texnologiyalar və onları dəstəkləyən
sistemlər arzulamadığımız təsirlər də yarada bilərlər. Bunlar daha
əvvəl də müzakirə edilən yüksək işsizlikdən və bərabərsizliyin art-
masından başlayıb, avtomatik silah sistemlərinə və yeni kiber risk-
lərə qədər uzanır.
DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
78
Hüquqi tənzimləmələrin düzgün qarışığının nələrdən təşkil
olunacağı mövzusu ilə bağlı perspektivlər fərqli olmaqla yanaşı,
mənim hökumət, biznes və vətəndaş cəmiyyəti liderləri ilə apardı-
ğım danışıqlar hamısının eyni əhatəli məqsədə sahib olduqlarını
göstərir. Bu, innovasiyanın cəmiyyətin stabilliyi və rifahı ilə bağlı
risklərini ən aşağı səviyyəyə endirməklə yanaşı, onların inkişafına
da imkan yaradan çevik və məsuliyyətli tənzimləmə və hüquq eko-
sistemlərini yaratma məqsədi daşıyır.
Dostları ilə paylaş: |