DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
68
həyata keçirildiyi və bazar mallarının birbaşa qapımızda təhvil ve-
rildiyi bir real vaxt dünyasıdır. Bu “indinin dünyası” şirkətlərin öz-
lərinin və ya müştərilərinin harada olmasından asılı olmayaraq, real
vaxt rejimində reaksiya vermələrinin tələb edildiyi bir dünyadır.
Bunun yalnız yüksək gəlirli iqtisadiyyatlarla məhdudlaşdırıldı-
ğını düşünmək yanlış olar. Çindəki internet ticarətinə nəzər yetirək.
“Alibaba” qrupu özünün elektron ticarət xidmətinin bir gündə, 11
noyabr 2015-ci ildə 14 milyard dollardan çox onlayn əməliyyat hə-
yata keçirdiyini və bu satışların 68%-nin mobil cihazlar vasitəsilə
reallaşdığını bildirir.
34
Digər bir nümunə isə, mobil telefon abunə-
likləri sahəsində ən sürətlə böyüyən bölgəyə çevrilən Sub-Səhra
Afrikadır. Burada mobil internet sabit xəttə çıxışı üstələmişdir.
“GSM” Assosiasiyası, Sub-Səhra Afrikada növbəti 5 il ərzində 240
milyon yeni mobil internet istifadəçisi olacağını proqnozlaşdırır.
35
Sosial media ən yüksək sürətlə inkişaf etmiş iqtisadiyyatlarda yayıl-
sa da, Şərqi Asiya, Cənub-Şərqi Asiya və Orta Amerikada da 30%-
lik qlobal orta göstəricini ötmüş və sürətlə artmaqda davam edir.
Çin mərkəzli bir mobil mətn və səsli mesaj xidməti olan “WeChat”
(Weixin) yalnız 12 ay ərzində, 2015-ci ilin sonuna qədər təxminən
150 milyon istifadəçi qazanmışdı ki, bu da ildə ən azı 39%-lik artım
deməkdir.
36
Dostları ilə paylaş: