DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
64
şikliklərin sürətini və innovasiyanın güclənməsini qavramaq və ya
bunları təxmin etmək çox çətindir. Bunlar daimi heyrət qaynağıdır.
Bu kontekstdə, uğurlu şirkət liderlərinin yeni nəslinin əsas fərqi
daim öyrənmə, uyğunlaşma, konseptual və funksional uğur model-
lərinə tənqidi yanaşma qabiliyyətləri olacaqdır.
Bu səbəbdən, dördüncü sənaye inqilabının şirkətlər üzərindəki
təsirinin səbəb olduğu ilk məcburiyyət bir şirkət lideri kimi təkid-
lə özünə və şirkətinə nəzər salmanın zəruriliyidir. Təşkilat və onun
rəhbərliyi öyrənmə və dəyişmə imkanlarına sahibdirmi? Prototip
yetişdirmə və sürətli investisiya qərarları verməklə bağlı təcrübəsi
necədir? Şirkətdaxili mədəniyyət, innovasiyanı və uğursuzluğu qə-
bul edirmi? Mənim gördüyüm hər şey, yarışın sadəcə daha da sürət-
lənəcəyini, dəyişikliklərin daha da dərinləşəcəyini göstərir. Bu sə-
bəbdən səyahət, təşkilatların sürətli və çevik davranış qabiliyyətinə
kəskin və dürüst bir baxışı tələb edir.
Dostları ilə paylaş: