Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə25/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   21   22   23   24   25   26   27   28   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

Köklü dəyişikliklərin mənbələri
Köklü dəyişikliklərin iş həyatına olan müxtəlif təsirləri ortaya 
çıxaran fərqli mənbələri vardır. Təklif tərəfində, əksər sənayelər 
mövcud ehtiyaclara xidmət etmənin tamamilə yeni yollarını or-
taya çıxaran və mövcud dəyər zəncirlərində əhəmiyyətli dərəcədə 
dəyişikliklərə səbəb olan yeni texnologiyaları dövriyyəyə daxil edir. 
Bunun bir neçə nümunəsi var. Enerjidəki yeni saxlanc və şəbəkə 
texnologiyaları, daha əks-mərkəzləşdirilmiş mənbələrə doğru yer-
dəyişməni sürətləndirəcəkdir. Üçölçülü çapetmənin geniş miqyas-
da yayılması paylanmış istehsalı və ehtiyat hissələri təminatını daha 
da asanlaşdıracaq və ucuzlaşdıracaqdır. Real vaxt informasiyası və 
intellekti, müştərilər və digər texnoloji trendləri gücləndirəcək ak-
tivlərdən əldə edilən nəticələr haqqında əvəzsiz məlumatlar təqdim 
edəcəkdir. 
Bundan başqa, köklü dəyişikliyin digər bir mənbəyi kimi araş-
dırma, təkmilləşdirmə, marketinq, satış və bölüşdürmə üçün qlobal 
rəqəmsal platformalara çıxışı olan çevik və innovativ rəqiblər, dəyərin 


 T
Ə
S
İ
RL
Ə
R
65
təqdim edilməsindəki keyfiyyət, sürət və ya qiymətləri yaxşılaşdırmaq-
la mövcud şirkətləri hər zamankından daha tez geridə qoya biləcəklər. 
Bir çox şirkət liderlərinin qarşılaşacaqları ən böyük təhdidin hazırda 
rəqib kimi qəbul edilməyən rəqiblər tərəfindən gələcəyi barədə dü-
şünməsinin səbəbi budur. Burada rəqabətdəki köklü dəyişikliyin-
yalnız startapardan qaynaqlanacağını düşünməyin özü də yanlışdır. 
Rəqəmsallaşma, mövcud böyük şirkətlər üçün də müştəri bazasını, 
infrastrukturunu və ya texnologiyalarını dəstək kimi istifadə edərək 
sektor sərhədlərini aşma imkanı yaradır. Telekommunikasiya şirkətlə-
rinin səhiyyə və avtomobil sektorlarına yönəlməsi buna misaldır. Əgər 
ağıllı idarə edilərsə, miqyas hələ də rəqabət üstünlüyü ola bilər. 
Tələb tərəfindəki başlıca dəyişikliklər də biznes üçün köklü də-
yişiklik doğurur: şəff afl ığın və istehlakçı iştirakçılığının artması və 
istehlakçı davranışının yeni modelləri (daha çox mobil şəbəkələrə 
və məlumatlara çıxışla əlaqədar olaraq) şirkətləri mövcud və yeni 
məhsul və xidmətlərini dizayn etmə, bazara təqdim etmə və çatdır-
ma formalarını uyğunlaşdırmağa məcbur edir. 
Ümumilikdə, mən, dördüncü sənaye inqilabının şirkətlərə olan 
təsirlərini üçüncü sənaye inqilabını müəyyən edən sadə rəqəmsal-
laşmadan daha fərqli görürəm. Həmin fərq, texnologiyaların yeni 
formalarda bir yerə toplanılmasının təməlində dayanan mürəkkəb 
innovasiya formalarına sərt keçiddən qaynaqlanır. Bu, bütün şirkət-
ləri biznes üsullarını yenidən gözdən keçirməyə və fərqli formaları 
seçməyə məcbur edir. Bəzi şirkətlər üçün yeni dəyər imkanlarını 
əldə etmək, bitişik bazar seqmentlərində yeni növ işləri inkişaf et-
dirmək olduğu halda, digər şirkətlər üçün mövcud sektorlarda yeni 
iş imkanlarını müəyyən etmək ola bilər. 
Lakin nəticə eynidir. Şirkət liderləri və əsas menecerləri köklü 
dəyişikliklərin işlərinin həm təklif tərəfinə, həm də tələb tərəfinə 
təsir göstərdiyini anlamalıdırlar. Bu isə, onları iş heyətlərinin irəli 
sürdüyü fərziyyələri mühakimə etməyə və yeni biznes üsullarını ax-
tarıb tapmağa məcbur etməlidir. Bir sözlə, davamlı şəkildə innova-
siya etməyə məhkumdurlar.


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin