Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri


Verilənlərlə təkmilləşən məhsullar



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə27/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   23   24   25   26   27   28   29   30   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

3.2.2. Verilənlərlə təkmilləşən məhsullar
Məhsul və xidmətlər onların dəyərini yüksəldən rəqəmsal qabi-
liyyətlər vasitəsilə inkişaf etdikcə, yeni texnologiyalar təşkilatların 
öz aktivlərini qavrama və idarəetmə formalarını transformasiya 
edir. Məsələn, “Tesla” bir məhsulu (avtomobil) satın alındıqdan 
sonra müəyyən zaman ərzində amortizasiyaya məruz qoymaqdan-
sa, onun yaxşılaşdırılması üçün simsiz proqram yeniləmələri və qo-
şulmalarından necə istifadə edilə biləcəyini göstərir.
Bir tərəfdən yeni materiallar aktivləri daha davamlı və dayanıqlı 
vəziyyətə gətirir, digər tərəfdən də məlumat və təhlillər təmirin ro-
lunu transformasiya edir. Aktivlərə yerləşdirilən sensorlar vasitəsilə 


 T
Ə
S
İ
RL
Ə
R
69
təmin edilən təhlil onların daim müşahidə edilməsini və önləyici 
təmirlərinin aparılmasını mümkün edir. Beləliklə, onlardan maksi-
umum dərəcədə faydalanmaq imkanı yaranır. Problem artıq müəy-
yən xətaları tapmaqla bağlı deyil. Əsas problem, avadanlığın bir 
hissəsinin normal əməliyyat sahəsindən kənara çıxdığını göstərən 
performans meyarlarının (sensorlar tərəfindən təmin edilən ve-
rilənlərə əsaslanan alqoritmlər tərəfindən müşahidə edilən) istifa-
dəsi ilə bağlıdır. Məsələn, təyyarələrdəki hava nəzarət mərkəzləri 
mühərrikin xəta etməyə başladığını pilotdan əvvəl təyin edə bilir. 
Beləliklə, pilotu nə etməli olduğu ilə bağlı istiqamətləndirə bilir və 
təyinat yerindəki təmir komandasını əvvəlcədən hərəkətə gətirirlər. 
Təmirə əlavə olaraq, müəyyən bir aktivin performansını təxmin 
etmə bacarığı yeni biznes modellərinin formalaşdırılmasına imkan 
verir. Aktivin performansı zamanla ölçülə və izlənə bilir. Bunun-
la da təhlil, əməliyyatın xəta payları (
ing. operational tolerances
) ilə 
bağlı informasiya verir və şirkətin təməl ehtiyaclarından olmayan və 
ya strateji əhəmiyyət daşımayan məhsulların kənardan təmin edil-
məsi üçün bir əsas təqdim edir. “SAP”, kənd təsərrüfatına yerləşdi-
rilmiş fiziki məhsullardan topladığı məlumatlar əsasında iş vaxtını 
və faydanı artıran nümunəvi şirkətdir. 
Bir aktivin performansını təxmin etmək qabiliyyəti, eyni za-
manda qiymət xidmətləri üçün də yeni fürsətlər təqdim edir. Lift lər 
və ya yürüş yolları kimi yüksək ötürücülüyə malik olan aktivlər bu 
performans əsasında qiymətləndirilə və xidmət göstərənlərə müəy-
yən bir dövr üçün 99,5% fasiləsiz çalışma həddi ilə müqayisədə real 
performansa görə ödəniş edilə bilər. Yük avtomobilləri nümunə-
sinə baxaq. Uzun məsafələr üzrə xidmət göstərən nəqliyyat şirkət-
ləri vaxtaşırı yeni təkərlər almaq əvəzinə, təkər istehsalçılarına hər 
1000 km yürüşə görə ödəniş edilməsinə maraq göstərirlər. Bunun 
səbəbi, sensorlar ilə təhlilin birləşməsinin təkər şirkətlərinə sürücü 
performansını, yanacaq istehlakını və təkər aşınmasını izləmə və 
nəticədə tamamilə nöqsansız xidmət etmə imkanı verməsdir. 


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin