Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə35/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   31   32   33   34   35   36   37   38   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

Güc asimmetriyası
Müasir informasiya cəmiyyətində informasiya asimmetriyaları 
mühüm güc asimmteriyalarına yol aça bilərlər. Çünki texnologiya-
dan istifadə biliyinə sahib olan icra gücünə də sahib olacaqdır. Kö-
kündə çıxış 
(ing. access)
imkanı dayanan hər hansı bir varlıq demək 
olar ki, hər şeyə qadirdir. Müasir texnologiyaların potensialını və 
əsasında dayanan texniki xüsusiyyətləri tam şəkildə dərk etmənin 
mürəkkəbliyi məlumatlar əldə edildiyi zaman bu texnologiyaları 
anlaya bilən və idarə edə bilən texnoloji baxımdan məlumatlı fərd-
lər ilə anlamadıqları bir texnologiyanın passiv istifadəçiləri olan 
daha az məlumatlı fərdlər arasında artan dərəcədə bərabərsizliklər 
yarana bilər. 
Mənbə:
“A call for Agile Governance Principles in an Age of Disruption”, Global 
Agenda Council on Soft ware & Society, World Economic Forum, November 2015


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
88
3.3.2. Ölkələr, bölgələr və şəhərlər
Rəqəmsal texnologiya heç bir sərhəd tanımadığı üçün, texno-
logiyanın coğrafi təsirini və coğrafiyanın texnologiyaya təsirini 
nəzərdən keçirərkən diqqəti cəlb edən bir çox suallar ortaya çıxır: 
Ölkələrin, bölgələrin və şəhərlərin dördüncü sənaye inqilabında 
oynayacağı rolu nə müəyyən edəcəkdir? Əvvəlki sənaye inqilabla-
rında olduğu kimi bu dəfəki transformasiyalara da Qərbi Avropa və 
ABŞ rəhbərlik edəcəkmi? Hansı ölkələr irəliyə sıçrayış etməyi ba-
caracaqdır? Daha yaxşı cəmiyyət naminə daha çox və daha eff ektiv 
əməkdaşlıq qurula biləcək, yoxsa istər ölkələr daxilində, istərsə də 
ölkələr arasında artan parçalanmalaramı şahidlik edəcəyik? Mal və 
xidmətlərin demək olar ki, hər yerdə istehsal olunduğu, aşağı ixtisa-
sa və ucuz əməyə olan tələbin avtomatlaşdırmanın gerisində qaldığı 
bir dünyada bunu təmin edə bilənlər sağlam institutlara və özünü 
təsdiq etmiş həyat keyfiyyətinə sahib olan ölkələrdəmi toplanmağa 
başlayacaqlar?

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin