Regionlar və şəhərlər innovasiya mərkəzləri kimi
Avtomatlaşmanın bəzi ölkələrin və bölgələrin, xüsusilə də sürət-
lə böyüyən bazarların və inkişaf etməkdə olan ölkələrin əməktu-
tumlu məhsul və xidmətlər istehsalında sahib olduqları müqayisəli
rəqabət üstünlüyünü qəfl dən yox edə biləcək təsirləri ilə bağlı ciddi
narahatlıq içindəyəm. Belə bir ssenari hazırda sürətlə inkişaf etmək-
də olan bəzi iqtisadiyyatları və bölgələri məhvə apara bilər.
Ölkələrin və ya bölgələrin şəhərləri (innovasiya ekosistemləri)
fasiləsiz qidalanmırsa, onların inkişaf etməsinin də mümkün olma-
yacağı bəllidir. Şəhərlər tarix boyunca iqtisadi artımın, rifahın və
sosial tərəqqinin mühərriki rolunda çıxış etmiş, xalqların və böl-
gələrin gələcək rəqabət gücü baxımından da əsas rol oynamağa da-
vam edəcəkdir. Hazırda, dünya əhalisinin yarısından çoxu orta öl-
çülü şəhərlərdən meqaşəhərlərə qədər geniş bir təsnifata sahib olan
şəhər ərazilərində yaşayırlar və dünya üzrə şəhərlərdə yaşayanların
sayı artmaqda davam edir. Ölkələrin və bölgələrin rəqabət gücünə
təsir göstərən, innovasiya və təhsildən infrastruktur və dövlət idarə-
çiliyinə qədər bir sıra faktor şəhərlərin təsir dairəsindədir.
Şəhərlərin texnologiyanı mənimsəmə və istifadə sürəti və geniş-
liyi çevik siyasət çərçivələri ilə dəstəkləndiyi təqdirdə, bu, onların
talantları cəlb etmək bacarığına da təsir göstərəcəkdir. Super sürətli
geniş zolağa sahib olmaq və nəqliyyat, enerji istehlakı, tullantıla-
rın yenidən emalı kimi sahələrdə rəqəmsal texnologiyaları tətbiq
etmək şəhərləri daha məhsuldar və daha yaşanıla bilən vəziyyətə
gətirir və bu səbəblə də digərləri ilə müqayisədə daha cəlbedici ol-
malarına imkan yaradır.
T
Ə
S
İ
RL
Ə
R
91
Buna görə, dünyanın hər yerində şəhərlərin və ölkələrin dör-
düncü sənaye inqilabının əsaslandığı informasiya və rabitə tex-
nologiyalarına çıxışı təmin etməyə diqqət yetirmələri böyük əhə-
miyyət daşıyır. Təəssüf ki, Dünya İqtisadi Forumunun “2015-ci
il Qlobal İnformasiya Texnologiyası Hesabatı”nda qeyd edildiyi
kimi, informasiya və rabitənin texnoloji infrastrukturu hazırda nə
ehtimal olunduğu qədər hökmran mövqedədir, nə də sürətlə yayı-
la bilir: “Dünya əhalisinin yarısının mobil telefonu yoxdur və 450
milyon insan hələ də mobil siqnallardan kənarda yaşayır. Aşağı gə-
lirli ölkələrin əhalisinin təxminən 90%-i, qlobal səviyyədə isə əhali-
nin 60%-i hələ də onlayn mühitdən kənardadır. Nəhayət, mövcud
mobil telefonların əksəriyyəti daha əvvəlki nəsilə aiddir.”
45
Elə məhz buna görə də inkişafın bütün mərhələlərindəki ölkələr-
də hökumətlər, iqtisadi fürsətlər və yeni əməkdaşlıq, məhsuldarlıq
və sahibkarlıq modelləri vasitəsilə bölüşülən bir rifah yaratmaq
məqsədilə, şəhərlərin və ölkələrin əsas zəruri infrastruktura sahib
olmalarını təmin etmək naminə rəqəmsal bölünməni aradan qal-
dırmağa diqqət yetirməlidirlər.
Forumun “Verilənlərə Əsaslanan İnkişaf ” adlı tədqiqatı bu für-
sətlərdən faydalanmaq üçün rəqəmsal infrastruktura çıxışın yeganə
əhəmiyyətli amil olmadığını göstərdi. Bir çox ölkələrdə, xüsusilə də
verilənlərin yaradılma, toplanma, ötürülmə və istifadə tərzləri üzə-
rində məhdudiyyətlərin olduğu qlobal Cənubda mövcud “məlumat
yetərsizliyi”ni təhlil edə bilmək də böyük əhəmiyyətə malikdir. Bu
yetərsizliyə xidmət edən dörd “boşluğu” – verilənlərin mövcudlu-
ğu, əlçatanlığı, idarə edilməsi və istifadəsi – doldurmaq ölkələrə,
bölgələrə və şəhərlərə onların inkişafl arını asanlaşdıracaq yolxucu
xəstəliklərin yayılmasını izləmək, təbii fəlakətlərə qarşı daha yaxşı
reaksiya vermək, yoxsullar üçün ictimai xidmətlərə və maliyyə xid-
mətlərinə çıxışı artırmaq və həssas əhalinin miqrasiya modellərini
anlamaq kimi bir çox əlavə bacarıqlar qazandıracaqdır.
46
Ölkələr, bölgələr və şəhərlər tənzimləmə mühitini sadə şəkildə
dəyişdirməkdən daha çox iş görə bilərlər. Rəqəmsal transformasiya-
DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
92
nın sıçrama taxtalarına çevrilmək kimi bir hədəfə aktiv şəkildə inves-
tisiya qoya bilərlər. Bununla bir tərəfdən sahibkarları və investorları
innovativ startaplara investisiya etməyə həvəsləndirdikləri halda,
digər tərəfdən də mövcud şirkətlərin dördüncü sənaye inqilabının
yaratdığı fürsətlərə doğru yönəlməsini təmin edə bilərlər. Gənc, di-
namik şirkətlər və ənənəvi müəssisələr bir-biriləri ilə, vətəndaşlarla
və universitetlərlə əlaqə yaradarkən, şəhərlər həm təcrübə məkanla-
rı, həm də yeni fikirləri yerli və qlobal iqtisadiyyat üçün real dəyərə
çevirməyə yönələn güclü sıçrayış nöqtələri rolu oynaya bilərlər.
Birləşmiş Krallıqda fəaliyyət göstərən innovasiya təşkilatı
“NESTA”ya görə, innovasiyanı gücləndirmək üçün ən eff ektiv si-
yasətlərə sahib olma baxımından qlobal səviyyədə ən yaxşı mövqe-
də olan beş şəhər vardır: Nyu-York, London, Helsinki, Barselona və
Amsterdam.
47
“NESTA”nın tədqiqatı, bu şəhərlərin xüsusilə rəsmi
siyasət səhnəsindən kənardakı dəyişikliklərə təsir göstərmək üçün
yaradıcı yollar tapmada, nöqsanlara açıq olmada və daha çox sa-
hibkar kimi (bürokratlar əvəzinə) davranmada uğurlu olduqlarını
göstərir. Hər üç meyar da qlobal səviyyədə hazırda şahid olduğu-
muz sinifin ən yaxşı nümunələrini ortaya qoyurlar. Eyni meyarlar
inkişaf etməkdə olan ölkələrdəki şəhərlərə və inkişaf etməkdə olan
dünyaya da tətbiq edilə bilər. Kolumbiyadakı Medellin şəhəri mo-
billiyə və ekoloji dayanıqlılığa innovativ yanaşmalarına görə 2013-
cü ildə “İlin Şəhəri” mükafatını aldı və bu nəticə ilə digər iki final-
çını – Nyu-York və Tel-Avivi geridə qoydu.
48
Dünya İqtisadi Forumunun Şəhərlərin Gələcəyi ilə bağlı Qlobal
Gündəm Şurası 2015-ci ilin oktyabr ayında fərqli problemlərə in-
novativ həll yolları axtarışında olan dünyadakı müxtəlif şəhərlərin
vəziyyətini izah edən bir hesabat nəşr etdi (bax: Haşiyə D: Şəhər
İnnovasiyaları).
49
Bu tədqiqat, dördüncü sənaye inqilabının öz gü-
cünü əsasən vahid perspektivlə yaratdığı fürsətləri – yuxarıdan aşa-
ğıya doğru və aşağıdan yuxarıya doğru – dəstək kimi istifadə etməyi
bacaran ağıllı (şəbəkə əsaslı) şəhərlərin, ölkələrin və regional klaster-
lərin qlobal şəbəkəsindən almasının onu unikal etdiyini qeyd edir.
T
Ə
S
İ
RL
Ə
R
Dostları ilə paylaş: |