Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri


Şəkil 1. 2020-ci ildə bacarıqlara olan tələblər



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə21/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   17   18   19   20   21   22   23   24   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

55
Şəkil 1. 2020-ci ildə bacarıqlara olan tələblər
Mənbə: 
Future of Jobs Report, World Economic Forum
Haşiyə A: Gender fərqləri və Dördüncü Sənaye İnqilabı
Dünya İqtisadi Forumunun “Qlobal Gender Fərqi Hesabatı 
2015”in 10-cu nəşri narahatlıq doğuran iki trendi ortaya çıxardı. 
Birincisi, hazırki irəliləmə sürəti ilə dünya səviyyəsində iqtisadi ola-
raq gender bərabərliyinə çatmaq üçün hələ 118 ilə ehtiyac vardır. 
İkicisi, bərabərlik istiqamətində irəliləmə kifayət qədər zəifdir və o, 
böyük ehtimalla davam etməyəcəkdir.
Bu baxımdan, dördüncü sənaye inqilabının gender bərabərsiz-
liyi üzərindəki təsirini nəzərə almaq kritik əhəmiyyətə malikdir. 
Fiziki, rəqəmsal və biloloji dünyaları birləşdirən texnologiyalarda 
baş verən dəyişikliklərin artan sürəti qadınların iqtisadiyyatda, si-
yasətdə və cəmiyyətdəki roluna necə təsir edəcək?
Vacib suallardan biri də qadınların, yoxsa kişilərin üstünlük təş-
kil etdiyi işlərin avtomatlaşmaya daha uyğun olduğudur. Forumun 
“İş yerlərinin gələcəyi” adlı hesabatı böyük ehtimalla hər iki növ iş-
lərdə də əhəmiyyətli itkilərin olacağını göstərir. Kişilərin üstünlük 
təşkil etdiyi emal, tikinti və quraşdırma kimi sektorlarda avtomat-
laşma nəticəsində işsizlik daha çox artacaqdır. Süni intellektin ar-


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
56
tan bacarıqları və xidmət sektorundakı vəzifələri rəqəmsallaşdırma 
imkanı qadınların üstünlük təşkil etdiyi sektorlarda çoxlu sayda iş 
yerlərini risq altında saxlayır. Bunlar inkişaf etməkdə olan ölkələr-
dəki çağrı mərkəzlərindən (ailədə ilk işləyən çoxlu sayda gənc qadın 
işçilərin dolanışıq mənbəyi) inkişaf etmiş ölkələrdəki pərakəndə və 
inzibati vəzifələrə qədər (aşağı-orta sinif qadınlar üçün əsas işlər) 
geniş miqyasda işləri əhatə edirlər.
İşi itirməyin bir çox hallarda mənfi təsirləri var, lakin ənənəvi ola-
raq qadınlara əmək bazarına daxil olmaq şansı verən iş kateqoriyala-
rındakı əhəmiyyətli itkilərin məcmu təsiri kritik dərəcədə narahatlıq 
doğurur. Xüsusilə, bu aşağı bacarıqlara sahib qadınların başçılıq etdiyi 
tək-gəlirli ev təsərrüfatlarını risk altında saxlayacaq, cüt-gəlirli ailələr-
dəki məcmu gəliri aşağı salacaq və bütün dünyada hazırda narahatlıq 
mənbəyi olan gender bərabərsizliyini daha da dərinləşdirəcəkdir. 
Bəs yeni rollar və iş kateqoriyaları haqqında nə deyə bilərik? 
Dördüncü sənaye inqilabı tərəfindən transformasiya ediləcək əmək 
bazarında qadınlar üçün hansı yeni fürsətlər olacaq? Hələ yaradıl-
mamış sektorlarda tələb ediləcək yetərlilik və bacarıqların xəritə-
sini çıxarmaq çətin olmaqla yanaşı, işçilərin texnoloji sistemlərlə 
birlikdə layihələndirmə işləri ilə məşğul olmasını, inşa etməsini və 
işləməsini və ya bu texnoloji innovasiyaların yaratdığı boşluqların 
doldurulmasını təmin edəcək bacarıqlara olan tələbin artacağını 
məntiqi olaraq qəbul edə bilərik.
Kompüter elmləri, riyaziyyat və mühəndislik peşələrində kişilə-
rin üstünlüyü davam etdiyi üçün ixtisaslaşmış texniki bacarıqlara 
olan tələbin artması gender bərabərsizliyini daha da dərinləşdirə 
bilər. Yenə də maşınların əvəzləyə bilməyəcəyi empati və həssaslıq 
kimi insani xüsusiyyətlərə və qabiliyyətlərə əsaslanan rollara tələb 
arta bilər. Psixoloqlar, terapevtlər, məşqçilər, koçlar, tədbir planlaş-
dırıcıları, tibb bacıları və digər tibbi xidmətlər kimi peşələrin böyük 
əksəriyyətində qadınlar üstünlük təşkil edirlər.
Burada, əsas məsələ fərqli texniki qabiliyyətlər tələb edən rol-
ların zaman və cəhdetmə baxımından nisbi qazancıdır. Çünki şəx-


 T
Ə
S
İ
RL
Ə
R
57
si xidmətlərə və hazırda qadınların üstünlük təşkil etdiyi digər iş 
kateqoriyalarına aşağı dəyərin verilməsi riski vardır. Belə olarsa, o 
zaman dördüncü sənaye inqilabı kişi rolları ilə qadın rolları arasın-
dakı fərqi daha da artıra bilər. Bu, həm ümumi bərabərsizliyi, həm 
də gender bərabərsizliyini yüksəldəcəyi və qadınlar üçün gələcəyin 
iş qüvvəsi daxilində öz qabiliyyətlərindən istifadə etməyi daha da 
çətinləşdirəcəyi üçün dördüncü sənaye inqilabının mənfi nəticəsi 
kimi qəbul edilə bilər. Bundan başqa, artan müxtəlifl iyin yaratdığı 
dəyəri və təşkilatların hər səviyyədə gender tarazlığının qorunduğu-
komandalarda əldə etdiyini bildiyimiz yaradıcılıq və məhsuldarlıq 
kimi qazancları da risk altına qoya bilər. Ənənəvi olaraq, qadınlar 
və qadın peşələri ilə bağlı olan xüsusiyyət və bacarıqların bir çoxuna 
dördüncü sənaye inqilabı dövründə daha çox ehtiyac olacaqdır.
Dördüncü sənaye inqilabının qadınlar və kişilər üzərindəki fərq-
li təsirlərini yetərincə proqnozlaşdıra bilməməklə yanaşı, kişilər qə-
dər qadınların da özlərini tam şəkildə reallaşdıraraq güclənmələrini 
təmin edəcək iş qüvvəsi üzrə siyasətləri və iş tətbiqlərini yenidən 
dizayn etmək məqsədilə transformasiya edən iqtisadiyyatın təmin 
etdiyi fürsətləri yaxşı qiymətləndirməliyik. 
Gələcəkdə yalnız dördüncü sənaye inqilabının deyil, eyni za-
manda, demokrafik təzyiqlər, geosiyasi dəyişikliklər və yeni sosial 
və mədəni normalar kimi qeyri-texnoloji amilərin də təsiri nəticə-
sində bir çox yeni peşə və vəzifələr ortaya çıxacaqdır. Bunların tam 
şəkildə nələr olacağını bu gün görə bilmirik, lakin mən əminəm ki, 
kapitaldan daha çox talant kritik istehsal faktoru rolunda çıxış edə-
cəkdir. Bu səbəbdən böyük ehtimal ki, innovasiya, rəqabət gücü və 
iqtisadi artımın qarşısındakı ifl icedici məhdudiyyət, kapitalın əlça-
tanlılığından daha çox bacarıqlı işçilərin qıtlığı olacaqdır.
Bu vəziyyət, artan səviyyədə aşağı-bacarıq/aşağı-əmək haqqı və 
yüksək-bacarıq/yüksək-əmək haqqı seqmentlərinə görə bölünən 


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
58
əmək bazarı ortaya çıxara bilər və ya yazıçı və Silikon Vadisində 
proqram təminatı üzrə sahibkar olan Martin Fordun öncədən xə-
bər verdiyi kimi bütün bu dəyişikliklərə bugündən hazırlaşmasaq, 
iş qüvvəsi bacarıqları piramidasının təməlinin boşalmasına, bərabə-
rizliyin yüksəlməsinə və sosial gərginliklərin artmasına yol açılması 
mümkündür.
25
Bu təzyiqlər bizi eyni zamanda, dördüncü sənaye inqilabı kon-
tekstində “yüksək bacarıq” deyərkən nə başa düşdüyümüzü yeni-
dən qiymətləndirməyə məcbur edəcəkdir. Bacarıq sahibi olan iş 
qüv vəsi ilə bağlı ənənəvi tərifl ər yüksək ya da ixtisaslaşmış bir təhsi-
lin olub-olmamasına və ya bir peşə, ya da ixtisaslaşma sahəsi çərçivə-
sində müəyyən edilmiş bacarıqlara əsaslanırdı. Texnologiyalardakı 
dəyişikliklərin sürətlə artması şəraitində dördüncü sənaye inqilabı, 
işçilərin daim uyğunlaşma və müxtəlif kontekstlərdə yeni bacarıq 
və yanaşmaları öyrənmə bacarıqlarını daha çox ön plana çəkəcəkdir.
Forumun “İş yerlərinin gələcəyi” adlı araşdırmasının da göstər-
diyi kimi insan resursları menecerlərinin 50%-dən az hissəsi öz təş-
kilatlarının iş qüvvəsi strategiyasındakı bu dəyişikliklərə ən azından 
hazırlaşmağa uyğun olduqlarını düşünürlər. Daha həlledici bir ya-
naşmanın qarşısındakı əsas maneələr inqilabi dəyişikliklərin təbiə-
ti ilə bağlı şirkətin qavrayış yetərsizliyi, iş qüvvəsi strategiyaları ilə 
şirkətin innovasiya strategiyası arasındakı az və ya demək olar ki, 
heç uyğunlaşmanın olmaması, resurs qıtlığı və qısamüddətli mən-
fəətlilik təzyiqləridir. Bu səbəbdən, üfüqdə görünən dəyişikliklərin 
miqyasları ilə şirkətlərin bu çağırışlara cavab vermək üçün gördük-
ləri tədbirlərin nisbətən marjinal hərəkətləri arasında uyğunsuzluq 
ortaya çıxır. Təşkilatların bacarıq ehtiyaclarını qarşılamaq və arzu 
edilməyən sosial nəticələri yumuşaltmaq üçün yeni bir baxış buca-
ğına ehtiyacları vardır.

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin