Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə20/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   16   17   18   19   20   21   22   23   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

Bacarıqlar üzərindəki təsir
Təxmin edilə bilən gələcəkdə avtomatlaşma baxımından aşağı 
riskə sahib olan işlər, xüsusilə qeyri-müəyyən şərtlər daxilində qərar 
qəbul etmək və yeni fikirlər ortaya qoymaq kimi sosial və yaradıcı 
bacarıqlar tələb edən işlər olacaqdır. 
Ancaq bu uzun müddət davam etməyə bilər. Ən yaradıcı 
peşələrdən biri olan yazıçılıq peşəsinə nəzər salsaq, hazırda avto-
matlaşmış hekayə yaratma prosesinin başlanğıcında olduğumuzu 
görərik. Mürəkkəb alqoritmlər spesifik oxucu kütləsinə uyğun hər 
hansı bir tərzdə hekayə yarada bilirlər. Məzmun o qədər insani hiss-
lərə yer verir ki, axırıncı dəfə “New York Times” qəzeti tərəfindən 
təşkil olunan bir testdə insanlar oxşar iki ayrı yazını oxuduğu za-
man hansının insan yazıçı, hansının isə robot tərəfindən yazıldığını 
ayırd edə bilməmişdilər. Texnologiya o qədər sürətlə inkişaf edir ki


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
54
avtomatik hekayə yaradılmasında ixtisaslaşmış “Narrative Science” 
adlı şirkətin həmtəsisçisi Kristiyan Həmmondun [Kristian Ham-
mond] proqnozuna əsasən, 2020-ci illərin ortalarında xəbərlərin 
90%-i müəyyən bir alqoritm tərəfindən və çoxu da heç bir insan 
müdaxiləsi olmadan (şübhəsiz ki, alqoritmin dizaynından başqa) 
yaradılacaqdır.
24
Bu qədər sürətlə dəyişən bir iş mühitində məşğulluğun gələcək 
trendlərini və bunlara uyğunlaşma üçün zəruri olan bilik və bacarıq 
ehtiyaclarını təxmin edə bilmək qabiliyyəti bütün maraqlı tərəfl ər 
üçün daha da kritik səviyyəyə gəlib çatmışdır. Bu trendlər sektorlara 
və coğrafiyaya uyğun olaraq dəyişəcəkdir. Elə buna görə də dördün-
cü sənaye inqilabının sektorlara və ölkələrə xas olan spesifik nəti-
cələrini anlamaq daha çox əhəmiyyət kəsb edəcəkdir. 
Dünya İqtisadi Forumunun “İş yerlərinin gələcəyi” adlı hesaba-
tında 10 sektordan və 15 ölkədən olan ən böyük şirkətlərin insan 
resursları menecerlərindən 2020-ci ilə qədər məşğulluq, iş yerləri 
və bacarıqlar üzərindəki təsiri təsvir etmələrini istədik. Şəkil 1-ə 
əsasən, sorğuda iştirak edənlər inanır ki, 2020-ci ildə mürəkkəb 
problem həlletmə, sosial və sistem bacarıqlarına fiziki qabiliyyətlər 
və ya məzmun bacarıqları ilə müqayisədə daha çox tələb olacaqdır. 
Hesabat, gələcək beş ilin kritik bir keçid dövrü olacağı qənaətinə 
gəlir: ümumi məşğulluq mənzərəsinin stabil olacağı, ancaq bir çox 
sektorda iş yerləri ilə bağlı, bir çox peşədə də bacarıqlarla bağlı tə-
latümlərin baş verəcəyi gözlənilir. Bir çox peşələr üçün verilən ma-
aşlarda və iş-həyat tarazlığında səthi yaxşılaşma gözlənildiyi halda, 
tədqiq edilən sektorların yarısında iş təhlükəsizliyində pisləşmə 
proqnozlaşdırılır. Bu prosesdə qadınların və kişilərin fərqli təsirlərə 
məruz qalacağı da açıq görünür. Bu isə gender bərabərsizliyini daha 
da kəskinləşdirəcəkdir (bax: Haşiyə A: Gender Fərqləri və Dör-
düncü Sənaye İnqilabı).


 T
Ə
S
İ
RL
Ə
R

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin