45
Məhsuldarlıq
Son on il ərzində, texnoloji tərəqqidə və innovativ investisiya-
larda baş verən sürətli artıma baxmayaraq, dünya üzrə məhsuldar-
lıq səviyyəsində (həm əmək məhsuldarlığı, həm də Məcmu Faktor
Məhsuldarlığı - MFM) durğunluq müşahidə edilir.
17
Məhsuldarlıq
paradoksunun ən son təcəssümü – texnoloji innovasiyanın məh-
suldarlığı artıra bilməməsi ilə bağlı təsəvvür – hazırki dövrün ən
böyük iqtisadi sirlərindən biridir. Böyük Resesiyadan öncə ortaya
çıxan bu faktla bağlı hələ də yetərli bir açıqlama yoxdur.
Əmək məhsuldarlığının 1947 və 1983-cü illər aralığında orta
hesabla 2,8%, 2000 və 2007-ci illər aralığında 2,6% artdığı bir
ölkə olan ABŞ-a nəzər salaq. Bu ölkədə əmək məhsuldarlığı 2007
və 2014-cü illər arasında yalnız 1,3% artmışdır.
18
Bu yavaşlamanın
əsas hissəsi texnologiya və innovasiyadan irəli gələn məhsuldarlığın
ən çox istifadə edilən meyarı- Məcmu Faktor Məhsuldarlığındakı
(MFM) azalma ilə bağlıdır. ABŞ Əmək Statistikası Bürosu 2007-
2014-cü illər arasında MFM artımının yalnız 0,5% olduğunu qeyd
edir. Bu göstərici 1995-2007 illərdə qeydə alınan illik 1,4% artımla
müqayisədə çox aşağı göstəricidir.
19
Real faiz dərəcələrinin sıfır ət-
rafında olduğu son 5 il ərzində ən böyük 50 Amerika şirkətinin 1
trilyon dollardan çox nağd aktivləri əllərində cəmləşdirdiyi nəzərə
alınsa, o zaman məhsuldarlıq səviyyəsindəki bu azalma xüsusi nara-
hatlıq doğurmalıdır.
20
Məhsuldarlıq, uzunmüddətli artımın və həyat standartlarındakı
yüksəlmənin ən əhəmiyyətli determinantıdır. Buna görə əgər yetər-
siz məhsuldarlıq səviyyəsi dördüncü sənaye inqilabı boyunca davam
edərsə, o zaman iqtisadi artım da, həyat standartlarındakı yaxşılaşma
da zəif olacaqdır. Yenə də, məhsuldarlığın azaldığını göstərən verilən-
lərlə texnologiya və innovasiyalardakı üstün inkişafın səbəb olduğu
yüksək məhsuldarlıq gözləntilərini necə əlaqələndirə bilərik?
Əsas arqumentlərdən biri istehsal faktorları və istehsal olunmuş
məhsulların ölçülməsindəki, başqa sözlə məhsuldarlığın ayırd edil-
DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
46
məsindəki çətinliklər üzərində dayanır. Dördüncü sənaye inqilabı
dövründə istehsal olunan innovativ məhsul və xidmətlər əhəmiy-
yətli dərəcədə daha yüksək funksionallığa və keyfiyyətə malikdir,
ancaq ənənəvi olaraq bildiyimiz bazarlardan tamamilə fərqli şə-
kildə işləyən bazarlarda təqdim olunurlar. Bir çox yeni məhsul və
xidmət hazırda “rəqibsiz”dir, sıfır marjinal xərcə malikdir və/və ya
daha aşağı qiymətlərə səbəb olan rəqəmsal platformalar vasitəsilə
yüksək rəqabətli bazarlardan istifadə edirlər. Bu şərtlər daxilində,
hələ ki istehlakçının qazandığı əlavə fayda ümumi satış və ya mən-
fəətə tam əks olmadığı üçün bizim ənənəvi statistikamız real dəyər
artımlarını göstərməkdə uğursuz ola bilər.
“Google”ın baş iqtisadçısı Hal Varian tələb iqtisadiyyatının
gücü hesabına mobil tətbiqlə taksi sifariş etmək və ya avtomobil ki-
rayə götürmənin yüksək səmərəliliyi kimi nümunələr üzərində da-
yanır. İstifadə edildikdə səmərəliliyi və məhsuldarlığı artıran digər
oxşar xidmətlər də mövcuddur. Lakin bunların bir çoxu əsasən pul-
suz olduğu üçün evdə və işdə nəzərə alınmayan dəyər yaradırlar. Bu,
milli statistikalarda ölçülən iqtisadi artım ilə müəyyən bir xidmət
vasitəsilə yaradılan dəyər arasında uyğunsuzluq əmələ gətirir. Eyni
zamanda bu, reallıqda iqtisadi göstəricilərimizin ifadə etdiyindən
daha səmərəli istehsal və istehlak etdiyimizi bildirir.
21
Digər bir arqument isə, üçüncü sənaye inqilabının məhsuldarlıq
qazanclarının azalmasına baxmayaraq, dördüncü sənaye inqilabı-
nın yeni texnologiyalar dalğasının məhsuldarlıqda yaradacağı bö-
yük artımların hələ reallaşmadığıdır.
Əslində, praqmatik bir optimist kimi mən, dördüncü sənaye
inqilabının dünya üzərində yaradacağı müsbət təsiri hələ yeni hiss
etməyə başladığımızı əminliklə düşünürəm. Mənim optimist ya-
naşmamın 3 əsas mənbəyi var:
Birincisi, dördüncü sənaye inqilabı 2 milyard insanın hələ də
ödənməmiş ehtiyaclarının qlobal iqtisadiyyata inteqrasiya im-
kanını təklif edir, bütün dünyadan fərdləri və qrupları bir-birilə
T
Ə
S
İ
RL
Ə
R
47
əlaqələndirib gücləndirərək mövcud məhsul və xidmətlər üçün
əlavə tələb formalaşdırır.
İkincisi, dördüncü sənaye inqilabı mənfi kənar təsirləri nəzərə
alma və nəticədə potensial iqtisadi artımı yüksəltmə bacarığımızı
artıracaqdır. Misal olaraq, başlıca mənfi kənar təsirlərdən biri olan
karbon istehsalına nəzər yetirək. Yaxın vaxtlara qədər, yaşıl inves-
tisiyalar yalnız dövlət tərəfindən subsidiyalarla dəstəkləndiyi üçün
cəlbedici idi. Hazırda, bu getdikcə aradan qalxır. Bərpa olunan
enerji, yanacağın səmərəliliyi və enerjinin saxlanılması sahələrində
tətbiq edilən sürətli texnoloji irəliləyişlər yalnız bu sahələrə edilən
investisiyaların rentabelliyini yüksəltmək və ÜDM artımını sürət-
ləndirməklə kifayətlənmir, eyni zamanda, dövrümüzün ən ciddi
qlobal təhdidlərindən biri sayılan iqlim dəyişikliyi probleminin
yumşaldılmasına da kömək edir.
Üçüncüsü, növbəti hissədə də təqdim etdiyim kimi, ünsiyyətdə
olduğum biznes, hökumət və vətəndaş cəmiyyəti liderlərinin hamı-
sı mənə təşkilatlarını rəqəmsal bacarıqların yaradacağı səmərələri-
tam şəkildə reallaşdırmağa imkan verəcək tərzdə transformasiya
etməyə çalışdıqlarını bildirirlər. Hələ dördüncü sənaye inqilabının
əvvəlindəyik və onun tam dəyərini anlamaq üçün bütövlükdə yeni
iqtisadi və təşkilati strukturlara ehtiyacımız var.
Əslində, mənim yanaşmam bundan ibarətdir ki, dördüncü sə-
naye inqilabı dövründə iqtisadiyyatın rəqabət qaydaları digər dövr-
lərdən tamamilə fərqli olacaqdır. Rəqabət güclərini qorumaq üçün
ölkələr və şirkətlər bütün formalarda innovasiyanın ön mövqelə-
rində dayanmağa məcburdurlar. Bu isə ilk növbədə xərcləri aşağı
salmağa üstünlük verən strategiyaların eff ektivliyinin məhsul və
xidmətləri daha innovativ tərzdə təqdim etməyə üstünlük verən
strategiyalarla müqayisədə aşağı olacağı deməkdir. Hazırda müşa-
hidə etdiyimiz kimi, mövcud şirkətlər başqa ölkələrdə və sektor-
larda ortaya çıxan ənənəviliyi pozanların və yenilikçilərin yüksək
təzyiqi altındadırlar. Eyni fikirləri innovasiya ekosistemlərini tələb
DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
48
olunan tərzdə formalaşdırmağa diqqət yetirmək ehtiyacını hələ də
dərk etməyən ölkələr üçün də söyləmək mümkündür.
Beləliklə, struktur amillərin (ifrat borclanma və qocalan cəmiy-
yətlər) və sistemli amillərin (platforma və tələb iqtisadiyyatının
dövriyyəyə daxil olması, azalan marjinal xərclərin artan əhəmiyyəti
və.s) kombinasiyasının bizi iqtisadiyyat kitablarımızı yenidən yaz-
mağa məcbur edəcəyinə inanıram. Dördüncü sənaye inqilabı, həm
iqtisadi artımı sürətləndirmə, həm də hamımızın üzləşdiyi başlıca
qlobal təhdidlərin bəzilərini yüngülləşdirmə potensialına sahibdir.
Eyni zamanda, biz onun yarada biləcəyi mənfi təsirlərin, xüsusilə
də bərabərsizlik, məşğulluq və əmək bazarı ilə bağlı məsələlərin
fərqində olmalı və bunları idarə edə bilməliyik.
Dostları ilə paylaş: |