40
Cədvəl 1. 2025-ci ilə qədər reallaşması gözlənilən dönüş nöqtələri
Dönü
ş
nöqt
ə
l
ə
ri
%
İ
nsanlar
ı
n 10%-nin internet
ə
qo
ş
ula bil
ə
n paltarlar geyinm
ə
si
91,2
İ
nsanlar
ı
n 90%-nin limitsiz v
ə
pulsuz (reklam d
ə
st
ə
kli) saxlanca sahib
olmas
ı
91,0
1 trilyon sensorun internet
ə
qo
ş
ulmas
ı
89,2
AB
Ş
-dak
ı
ilk robot
ə
czaç
ı
86,5
Oxumaq üçün istifad
ə
edil
ə
n eyn
ə
kl
ə
rin 10%-in internet
ə
qo
ş
ulmas
ı
85,5
İ
nsanlar
ı
n 80%-nin r
ə
q
ə
msal varl
ı
ğ
a sahib olmas
ı
84,4
Üçölçülü çapetm
ə
il
ə
ilk avtomobilin istehsal edilm
ə
si
84,1
Ə
hali say
ı
n
ı
n hesablanmas
ı
n
ı
böyük veril
ə
nl
ə
r hesab
ı
na realla
ş
d
ı
ran ilk
dövl
ə
t
82,9
İ
mplantasiya edil
ə
bil
ə
n ilk mobil telefonun bazarda mövcud olmas
ı
81,7
İ
stehlak m
ə
hsullar
ı
n
ı
n 5%-nin üçölçülü çapetm
ə
yolu il
ə
istehsal olunmas
ı
81,1
Ə
halinin 90%-nin a
ğ
ı
ll
ı
telefonlardan istifad
ə
etm
ə
si
80,7
Ə
halinin 90%-nin internet
ə
münt
ə
z
ə
m ç
ı
x
ı
ş
imkan
ı
n
ı
n olmas
ı
78,8
AB
Ş
yollar
ı
ndak
ı
bütün avtomobill
ə
rin 10%-nin sürücüsüz olmas
ı
78,2
Üçölçülü çapetm
ə
istehsal
ı
olan ilk qaraciy
ə
rin n
ə
ql edilm
ə
si 76,4
Ş
irk
ə
t yoxlamalar
ı
n
ı
n 30%-nin Süni
İ
ntellekt (S
İ
) vasit
ə
sil
ə
h
ə
yata
keçirilm
ə
si
75,4
Bir dövl
ə
t t
ə
r
ə
fi
nd
ə
n blokçeyn vasit
ə
sil
ə
ilk d
ə
f
ə
vergi y
ı
ğ
ı
m
ı
n
ı
n h
ə
yata
keçirilm
ə
si
73,1
Evl
ə
r
ə
ged
ə
n internet tra
fi
kinin 50%-d
ə
n çoxunun al
ə
t v
ə
cihazlar üçün
istifad
ə
edilm
ə
si
69,9
Qlobal miqyasda avtomobil payla
ş
ı
m
ı
il
ə
edil
ə
n s
ə
yah
ə
tl
ə
rin
şə
xsi
avtomobill
ə
rl
ə
edil
ə
nl
ə
r
ə
n
ə
z
ə
r
ə
n daha çox olmas
ı
67,2
Yollar
ı
nda tra
fi
k i
ş
ı
q dir
ə
kl
ə
rinin olmad
ı
ğ
ı
50 000-d
ə
n çox
ə
halisi olan ilk
şə
h
ə
r
63,7
Qlobal ÜDM-in 10%-nin blokçeyn texnologiyas
ı
nda saxlan
ı
lmas
ı
57,9
Bir
ş
irk
ə
tin idar
ə
hey
ə
tind
ə
ilk S
İ
ma
ş
ı
n
ı
n
ı
n yer almas
ı
45,2
Mənbə:
Deep Shift – Technology Tipping Points and Societal Impact, Global Agenda
Council on the Future of Soft ware and Society, World Economic Forum, September 2015
41
Üçüncü hiss
ə
T
ə
sirl
ə
r
İnkişaf etməkdə olan texnoloji inqilabın miqyası və genişliyi
proqnozlaşdırılması demək olar ki, qeyri-mümkün olan yüksək
səviyyədə iqtisadi, sosial və mədəni dəyişikliklərdə özünü göstərə-
cəkdir. Yenə də, bu hissə dördüncü sənaye inqilabının iqtisadiyyat,
biznes, hökumətlər və ölkələr, cəmiyyət və fərdlər üzərindəki müm-
kün təsirlərini təsvir və təhlil edir.
Bütün bu sahələrdə ən böyük təsirlərdən biri böyük ehtimal-
la tək qüvvənin nəticəsi olacaqdır: gücləndirmə - hökumətlərin
vətəndaşları ilə, şirkətlərin işçiləri, səhmdarları və müştəriləri ilə,
super güclərin daha kiçik ölkələrlə olan münasibətlərində ortaya
çıxacaq gücləndirmələr. Dördüncü sənaye inqilabının mövcud si-
yasi, iqtisadi və sosial modellər üzərindəki mümkün inqilabi təsiri
güclənən oyunçuların özlərinin daha uğurlu ola bilmək üçün yeni
əməkdaşlıq formalarını tələb edən dağınıq bir güc sisteminin his-
sələrinə çevrildiklərinin fərqində olmalarını şərtləndirir.
3.1. İqtisadiyyat
Dördüncü sənaye inqilabının qlobal iqtisadiyyat üzərində ciddi,
müəyyən birini digərindən ayırmanın son dərəcə çətin olacağı qədər
DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
42
geniş və çoxtərəfl i bir təsiri olacaqdır. Əslində, ağıla gələn bütün makro
səviyyəli parametrlər – ÜDM, investisiya, istehlak, məşğulluq, ticarət,
infl yasiya və s. – təsirə məruz qalacaqdır. Mən burada məsələnin yalnız
ən kritik iki aspekti üzərində dayanacağam: artım (daha çox uzun dövr-
də əsas determinantı olan məhsuldarlıq perspektivindən) və məşğulluq.
3.1.1. Artım
Dördüncü sənaye inqilabının iqtisadi artım üzərindəki müm-
kün təsirləri məsələsi iqtisadçılar arasında fikir ayrılığı olaraq qal-
maqda davam edir. Bir tərəfdə, texno-pessimistlər iddia edirlər ki,
rəqəmsal inqilabın kritik töhfələri çoxdan reallaşmışdır və onun
məhsuldarlıq üzərindəki təsiri artıq başa çatmışdır. Digər tərəf-
də isə texno-optimistlər texnologiya və innovasiyanın hazırda bir
dönüş nöqtəsində olduğunu və onun qısa zaman ərzində məhsul-
darlıq və yüksək iqtisadi artım üzərində yeni bir yüksəliş dalğasını
başladacağını iddia edirlər.
Mən hər iki tərəfin də fikirlərini diqqətə almaqla yanaşı, praq-
matik və xoş niyyətli qalmaqda davam edirəm. Texnologiyanın
potensial defl yasiya xarakterli təsirinin (bu “yaxşı defl yasiya” kimi
ifadə edilsə də) tamamilə fərqindəyəm və onun bəzi paylaşdırıcı tə-
sirlərinin əməklə müqayisədə kapitala üstünlük verdiyi və eyni za-
manda, xərcləri, başqa sözlə, istehlakı azalda bildiyi haqqında məlu-
matlıyam. Ancaq eyni zamanda, mən dördüncü sənaye inqilabının
xeyli insana daha aşağı qiymətlərlə istehlak imkanı yaratdığının və
istehlakı daha dayanıqlı, bu səbəbdən də daha məsuliyyətli hala gə-
tirdiyinin fərqindəyəm.
Dördüncü sənaye inqilabının artım üzərindəki potensial təsir-
lərinin son dövrdəki iqtisadi trendlərlə və artıma töhfə verən di-
gər faktorlarla eyni kontekstdə müzakirə edilməsi əhəmiyyətlidir.
2008-ci ildə başlayan iqtisadi və maliyyə böhranından cəmi bir
neçə il əvvəl qlobal iqtisadiyyat ildə 5% artırdı. Əgər bu sürət da-
vam etsəydi, qlobal ÜDM hər 14-15 ildə ikiqat artardı və bu da
milyardlarla insanın yoxsulluqdan çıxması ilə nəticələnərdi.
T
Ə
S
İ
RL
Ə
R
43
Böyük Resessiyadan dərhal sonra qlobal iqtisadiyyatın əvvəlki
yüksək iqtisadi artım yoluna geri dönə biləcəyi ilə bağlı gözləntilər
geniş yayılmışdı, lakin belə bir hadisə baş vermədi. Qlobal iqtisadiy-
yatın müharibədən sonrakı dövrün orta artım sürətindən də aşağı
bir sürət həddində – illik təxmini 3-3,5% - ilişib qaldığı görünür.
Bəzi iqtisadçılar “yüz ilin çöküşü” ehtimalını irəli sürdülər və
“daimi durğunluq”dan danışmağa başladılar. Böyük Depressiya
dövründə Alvin Hansen tərəfindən irəli sürülən bir termin olan
“daimi durğunluq”, son zamanlarda Lari Sammerz [Larry Sum-
mers] və Pol Kruqman [Paul Krugman] kimi iqtisadçılar tərəfin-
dən də gündəmə gətirilmişdir. “Daimi durğunluq”, tələbdə fasiləsiz
azalmaların davam etdiyini, sıfıra yaxın faiz dərəcələri ilə belə aşıl-
ması mümkün olmayan bir vəziyyəti ifadə edir. Bu fikir elm adam-
ları arasında mübahisə predmeti olsa da, onun artıq əhəmiyyətli
nəticələri var. Əgər doğrudursa, bu qlobal ÜDM artım səviyyəsi-
nin hətta bundan sonra da enməyə davam edəcəyini ifadə edir. Biz
illik ÜDM artımının 2%-ə endiyi ekstremal nöqtədəki bir ssenari-
ni təsəvvür edə bilərik. Bu vəziyyətdə qlobal ÜDM-in ikiqat arta
bilməsi üçün 36 ilə ehtiyac olacaqdır.
Hazırda qlobal artımın niyə azaldığının, kapitalın yanlış böl-
güsündən borclanmaya və demoqrafik dəyişikliklərə qədər bir çox
fərqli izahları vardır. Mən burada onların yalnız ikisi üzərində daya-
nacam: qocalma və məhsuldarlıq. Çünki ikisi də, xüsusi ilə texnolo-
ji inkişafl a sıx, qarşılıqlı əlaqədədirlər.
Qocalma
Hazırda 7,2 milyard olan dünya əhalisinin sayının 2030-cu ildə
8 milyarda, 2050-ci ildə isə 9 milyarda yüksələcəyi gözlənilir. Bu,
məcmu tələbdə bir artıma səbəb olacaqdır. Lakin əlavə olaraq, güc-
lü bir demoqrafik trend də var: qocalma. Ümumilikdə belə bir or-
taq fikir var ki, qocalma daha çox zəngin Qərb ölkələrinə təsir edir.
Amma əslində isə vəziyyət belə deyil. Dünyanın müxtəlif bölgələ-
rində əhalinin doğum səviyyəsi yenilənmə səviyyəsindən aşağıdır.
DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
44
Yalnız azalmanın başladığı Avropada deyil, eyni zamanda, Cənubi
Amerikanın böyük bir hissəsində və Qərib Hövzəsində, Çin və Cə-
nubi Hindistan da daxil olmaqla Asiyanın əksər hissələrində, hətta
Livan, Mərakeş və İran kimi bəzi Orta Şərq və Şimali Afrika ölkələ-
rində də vəziyyət eynidir.
Qocalma iqtisadi təhdid yaradır. Çünki pensiya yaşları cəmiy-
yətin yaşlı üzvlərinin də iş qüvvəsinə qoşulmasına imkan verəcək
(bir çox iqtisadi faydası olan iqtisadi məcburiyyət) şəkildə əhəmiy-
yətli dərəcdə artırılmadığı təqdirdə, bir tərəfdən asılı yaşlıların sayı
artacaq, digər tərəfdən isə əmək qabiliyyətli yaşda olan əhalinin
sayı azalacaqdır. Əhali yaşlandıqca və yetkinlik yaşında olan gənc
insanların sayı azaldıqca, ev, mebel, avtomobil və cihaz kimi ba-
halı məhsulların satış səviyyələri də aşağı düşəcəkdir. Əlavə olaraq,
sahib karlıq risklərini üzərinə götürməyə çalışan insanların sayı da
azalacaqdır. Çünki yaşlanan işçilər yeni bir iş qurmaq əvəzinə, ək-
sinə əlindəki aktivləri gələcəkdə daha yaxşı bir pensiyaçı ömrü ke-
çirmək üçün qorumağa meyillidir. Pensiyaya çıxan insanların top-
lanmış yığımlarını geri çəkmələri bu vəziyyəti tarazlaşdırsa da, yenə
də nəticədə yığım və investisiya səviyyələri aşağı düşəcəkdir.
Qocalan cəmiyyətlər özlərini yeni vəziyyətə uyğunlaşdırdıqca bu
vərdişlər və modellər dəyişə bilərlər. Lakin ümumi trend, yaşlanan
dünyanın texnoloji inqilab məhsuldarlıqda (sadə şəkildə deyilsə, çox
çalışmaqdansa, daha ağıllı çalışmaq bacarığını ifadə edir) böyük sıçra-
yışları təşviq edənə qədər daha zəif iqtisadi artıma məhkum olmasıdır.
Dördüncü sənaye inqilabı bizə daha uzun, daha sağlam yaşamaq
və daha aktiv həyat tərzi keçirmək bacarıqları təqdim edir. Hazırda,
inkişaf etmiş iqtisadiyyatlarda doğulan uşaqların dörddə birindən
çoxunun 100 yaşına qədər yaşayacağı gözlənilir. Bu şərtlər daxilin-
də əmək qabiliyyətli yaşda olan əhali, pensiya və fərdi həyat plan-
laması
16
kimi məsələlər haqqında yenidən düşünməliyik. Bir çox
ölkənin bu məsələləri müzakirəyə çıxarmağa cəhd etməkdə belə çə-
tinliklərlə üzləşməsi dəyişmə güclərini adekvat və proaktiv şəkildə
qarşılamağa hazır olmadığımızın başqa bir göstəricisidir.
T
Ə
S
İ
RL
Ə
R
Dostları ilə paylaş: |