DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
34
Tələb iqtisadiyyatı təməl bir sualı gündəliyə gətirir: Hansına sahib
olmaq daha dəyərlidir, platformaya, yoxsa onun əsasında dayanan ak-
tivə? Medya strategiyası mütəxəssisi Tom Qudvin [Tom Goodwin]
2015-ci ilin mart ayında “TechCrunch”da nəşr etdirdiyi məqaləsində
belə yazır: “Dünyanın ən böyük taksi xidməti şirkəti – “Uber” heç
bir avtomobilə sahib deyil. Dünyanın ən məşhur mediasının sahibi
olan “Facebook” heç bir məzmun yaratmır. “Alibaba” şirkəti, dünya-
nın ən dəyərli pərakəndə satıcı şirkəti olsa da, heç bir inventarı yox-
dur. Eyni zamanda, dünyanın ən böyük qonaqlama təchizatçısı olan
“Airbnb” hər hansı bir daşınmaz əmlakın sahibi deyildir.”
9
Rəqəmsal platformalar, fərdlərin və təşkilatların aktivlərdən or-
taq istifadə və ya xidmətin təmini zamanı ortaya çıxan əməliyyat
və çəkişmə xərclərini dramatik şəkildə azaltmışdır. Hazırda istə-
nilən əməliyyat növü bütün tərəfl ərə iqtisadi fayda təmin etməyə
imkan verəcək formada müxtəlif hissələrə ayrıla bilər. Əlavə olaraq,
rəqəmsal platformalardan istifadə edilən zaman istehsal olunmuş
hər əlavə məhsulun, malın və ya xidmətin marjinal istehsal xərci sı-
fıra yaxınlaşır. Bunun biznes dünyası və cəmiyyət baxımından yara-
dacağı möhtəşəm nəticələri isə Üçüncü Hissədə təqdim edəcəyəm.
Dostları ilə paylaş: