DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
38
cələrə yönəlməsini necə təmin edəcəyimizə diqqət ayırmağımız da
çox vacibdir.
Akademik qurumlar, çox vaxt mütərəqqi fikirlərin arxasınca
gedilən ən önəmli yerlərdən biri kimi qəbul edilirlər. Ancaq yeni
sübutlar göstərir ki, universitetlərdəki karyera təşviqləri və fondları
hazırda cəsur və innovativ proqramların əvəzinə mərhələli və mü-
hafizəkar araşdırmaları seçirlər.
12
Akademik dünyanın araşdırma fəaliyyətindəki mühafizəkarlı-
ğına çarə kimi tədqiqatın daha da kommersiyalaşmış formalarının
təşviq edilməsi düşünülə bilər, ancaq bu prosesin də bir sıra çətin-
likləri var. 2015-ci ildə “Uber Technologies” şirkəti Karneqi Mel-
lon Universitetindən robotlar üzrə 40 tədqiqatçı və alimi işə gö-
türdü. Universitet labaratoriyasının insan kapitalının mühüm bir
hissəsinin bu şəkildə kənarlaşması onun tədqiqat bacarıqlarına təsir
göstərdi və ABŞ Müdafiə Nazirliyi və digər qurumlarla bağladığı
müqavilələrin böyük stres altına düşməsinə səbəb oldu.
13
Cığır açan fundamental tədqiqatları və innovativ texniki tət-
biqləri həm universitetlərdə, həm də biznesdə dəstəkləmək üçün
hökumətlərin iddialı araşdırma proqramlarına yönəlmiş daha aq-
ressiv maliyyələşdirmə siyasətlərinə ehtiyac vardır. Eyni qaydada,
araşdırmalarda dövlət-özəl sektor əməkdaşlığının biliyin və insan
kapitalının hər kəsə fayda verə biləcək şəkildə artırılması istiqamə-
tində strukturlaşdırılması da zəruridir.
Dostları ilə paylaş: