H
Ə
R
Ə
K
Ə
TVER
İ
C
İ
QÜVV
Ə
L
Ə
R
29
Üçölçülü çapetmə
Additiv istehsal kimi də adlandırılan üçölçülü çapetmə, üçölçü-
lü rəqəmsal bir qrafika və ya modeldən lay üzərinə lay çap edərək fi-
ziki bir obyekti formalaşdırmaqan ibarətdir. Bu, arzu olunan forma
əldə edilənə qədər materialın müəyyən təbəqələrinin çıxarılmasına
əsaslananvə hazırki dövrə qədər istifadə edilən subtraktiv istehsa-
lın tam tərsidir. Bunun əksinə olaraq, üçölçülü çapetmə, materialı
rəqəmsal bir şablondan istifadə edərək nəzərdə tutulan üçölçülü
obyekt halına salır.
Bu texnologiya böyükdən (külək turbinləri) kiçiyə (tibbi imp-
lantlar) qədər çox geniş tətbiq dairəsinə malik olsa da, hazırda
daha çox avtomobil, aviasiya və tibbi sektorlarla məhdudlaşmışdır.
Kütləvi istehsal məhsullarından fərqli olaraq, üçölçülü çap məh-
sullarını müştəri tələbələrinə daha asan şəkildə uyğunlaşıdırmaq
mümkündür. Mövcud ölçü, xərc və sürət məhdudiyyətləri aradan
qaldırıldıqca, üçölçülü çapetmə sxem löhvələri kimi mürəkkəb
elektron komponentləri, hətta insan hüceyrə və orqanlarını da
əhatə edəcək qədər geniş sahələrə nüfuz edəcəkdir. Tədqiqatçılar,
elə indidən özü-özünü dəyişdirən məhsulların ətraf mühütdəki is-
tilik və rütubət kimi dəyişikliklərə reaksiya verə bilən yeni nəslinin
yaradılmasını nəzərdə tutan dördölçülü texnologiya üzərində işlə-
yirlər. Bu texnologiya, geyim və ya ayaqqabı kimi məhsullarda, eyni
zamanda da insan vücuduna uyğunlaşa biləcək tərzdə hazırlanmış
implantlar kimi tibbi məhsullarda da tətbiq oluna biləcəkdir.
Dostları ilə paylaş: