Bakı Qızlar Universiteti Elmi əsərlər Cild 11 №1 2020(41)
Qrafik faylların formatları
Çingiz Muxtar oğlu Həmzəyev
ADPU-nun baş müəllimi,
texnika elmləri üzrə fəlsəfə doktoru
E-mail: chingiz.gamzaev@mail.ru
Rəyçilər: p.ü.f.d., dos.S.S. Həmidov,
t.e.ü.f.d., dos.A.M. Quliyev
Açar sözlər: kompüter, kompüter qrafikası, təsvir, rastr, vektor, üçölçülü, format, fayl, sıx-
laşdırma, təsvirin saxlanması, redaktor
Ключевые слова: компьютер, компьютерная графика, изображение, растр, вектор,
трехмерный, файл, сжатие, сохранение изображения, редактор
Key words: Computer,
computer drawing,
description, rastr, vector,
three-dimensional
format, file, being kept of the description, editor
Kompüter qrafikasında təsvirlərin mühafizəsi üçün çoxlu sayda fayl formatları tətbiq edilir.
Çünki sonralar emal etmək üçün təsvirlərin saxlanması problem olduqca mühüm əhəmiyyətə
malikdir. Qrafik faylların bütün əlavələr üçün məqbul hesab edilən vahid formatı mövcud deyil.
Ancaq bəzi formatlar bir sıra predmet sahələri üçün standart olmuşdur.
Vektor (WMF, DXF, CGM və b.) və rastr (TİFF, GİF və b.) formatlarını bir-birindən fərq-
ləndirmək vacibdir. Bildiyimiz kimi vektor formatlı fayllar sadə
qrafiki obyektlərin toplusu
şəklində rəsmlərin təsvirindən ibarətdir. Rastr qrafikası fayllarında şəkildəki
hər bir pikselin
rəngi yadda saxlanılır, ona görə də belə fayllar, bir qayda olaraq, yaddaşda böyük həcmli yer
tutur. Bu problemin mümkün həll üsullarından biri informasiyanın sıxılmasıdır, yəni rastr qra-
fikası faylının ondakı verilənlərin təşkili üsulunu dəyişmək hesabına
ölçülərini azaltmaqdan
ibarətdir. Adətən hər bir konkret alqoritm yalnız müəyyən strukturlu təsvirləri yaxşı sıxlaşdıra
bilir. Məsələn, RLE sıxlaşdırma alqoritmi böyük hissəsi eyni tipli
rəngdən ibarət rəsmlərlə
yaxşı işləyir.
Beləliklə, qrafiki fayl formatlarının xüsusiyyətlərini bilmək təsvirlərin səmərəli mühafizəsi
və müxtəlif əlavələr arasında verilənlər mübadiləsinin təşkili üçün böyük əhəmiyyətə malikdir.
Rastr təsvirlərin saxlanılmasında JPEG, BMP, TİFF, GİF,
PSD və PNG kimi formatlar
istifadə olunur.
Təsvirlər TİFF – Tagged İmage File Format (faylın genişlənməsi - .TİF) formatında
saxlandıqda heç bir sıxılma üsulundan istifadə olunmur. TİFF yeganə formatdır ki,
peşəkar
dizaynerlər yüksək keyfiyyətli təsvirlərin saxlanılmasında istifadə edirlər.
Təsvirlərin sıxılması vacib olduqda JPEG – Joint Photographic Experts Group (faylın ge-
nişlənməsi - .JPG) formatından istifadə olunur. JPEG formatı təsvir faylını 10 dəfələrlə sıxmağa
imkan verir. Bu, İnternet saytlarında təsvirləri saxlamaq üçün ən yaxşı formatdır.
PSD (Photoshop Document) Adobe Photoshop proqramının xüsusi formatıdır. Bu formatda
da sıxılma üsulu yoxdur. Əsasən, rastr qrafikasının emalı üçün istifadə edilir. Bu qrafiki re-
daktorun sonuncu versiyası Adobe Photoshop CS (Creative Suite) adlanır.
GİE (Graphics İntercance Format) İnternet üçün yaradılıb. Bu format milyonlarla rəng ça-
larını 64, 128 və ya 256 rəng çalarınadək azalmasına imkan verir.
GİF ilə, demək olar, analoji olan, pulsuz PNG (Portable Network Graphics) formatından da