1.2. Dərin və sistemli dəyişiklik
Bu kitabın sizlərə vədi, texnologiya və rəqəmsallaşmanın hər
sahədə inqilab yaratdığı və tez-tez, amma çox vaxt yanlış istifadə
edilən “bu dəfə fərqlidir” deyimini reallığa çevirməkdir. Sadə şəkil-
də desək, başlıca texnoloji innovasiyalar bütün dünyada qaçılmaz
şəkildə sürətli bir dəyişikliyi alovlandırmanın astanasındadır.
Dəyişikliyin miqyası və əhatə dairəsi bu transformasiyanın və
innovasiyanın bu gün nə üçün bu qədər təcili olduğunu açıqlayır.
İnnovasiyanın sürəti, istər onun inkişafı, istərsə də yayılması baxı-
mından heç vaxt olmadığı qədər artmışdır. Bugün hamı tərəfindən
bilinən “Airbnb”, “Uber”, “Alibaba” və bu kimi digər qeyri-ənənəvi
markaların cəmi bir neçə il öncə adını belə heç kim eşitməmişdi.
Hər kəs tərəfindən tanınan “Iphone” ilk dəfə 2007-ci ildə bazara
çıxmışdır. 2015-ci ilin sonunda isə dünyada ağıllı telefonların sayı
DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
21
artıq 2 milyarda qədər idi. 2010-cu ildə “Google” tamamilə avto-
matik işləyən ilk avtonom avtomobilini təqdim etdi. Bu kimi avto-
mobillər artıq qısa müddət ərzində yollarda görünəcəkdir.
Bu nümunələri daha da genişləndirə bilərik. Lakin, məsələ yalnız
sürət deyil, miqyasdan əldə edilən qazanclar da eyni dərəcədə heyrət
doğurur. Rəqəmsallaşma avtomatlaşma deməkdir, bu isə şirkətlərin
miqyasdan əldə etdikləri qazancların azalmaması və ya daha az azal-
ması anlamına gəlir. Bunun nə demək olduğunu daha yaxşı görmək
üçün 1990-cı ilin Detroitini (həmin dövrün əsas ənənəvi sənaye
mərkəzlərindən biri) 2014-cü ilin Silikon Vadisi ilə müqayisə edək.
1990-cı ildə Detroitdəki ən böyük 3 şirkətin məcmu bazar dəyəri
36 milyard dollar, məcmu gəlirləri 250 milyard dollar, məcmu işçi
sayı isə 1,2 milyon nəfər idi. 2014-cü ildə Silikon Vadisindəki ən
böyük 3 şirkətin məcmu bazar dəyərinə baxdıqda isə bu rəqəmin
çox-çox yüksək (1,09 trilyon dollar) olduğunu görürük. Həmçinin
bu şirkətlər təxminən eyni səviyyədə (247 milyard dollar) məcmu
gəliri 10 dəfə az sayda (137 000) işçi ilə yaradırdılar.
3
10 və ya 15 il öncəki dövrlə müqayisədə hazırda bir vahid sərvə-
tin daha az sayda işçi ilə yaradıla bilməsinin səbəbi rəqəmsal şirkət-
lərin sıfıra yaxın marjinal xərcə sahib olmalarıdır. Bundan başqa,
rəqəmsal dövrün reallığı, bir çox yeni şirkətin saxlanc, daşınma və
çoxaltma xərcləri həqiqətən də sıfır olan “informasiya malları” is-
tehsal etməsidir. Bəzi qeyri-ənənəvi texnologiya şirkətlərinin bö-
yümək üçün çox az kapitala ehtiyacı vardır. Məsələn, “Instagram”
və ya “WhatsApp” kimi şirkətlərin elə də böyük start kapitalına eh-
tiyacı yoxdur. Başqa sözlə, dördüncü sənaye inqilabı kontekstində
kapitalın və miqyas eff ektinin rolları dəyişir. Ümumilikdə, bütün
bunlar miqyasdan əldə edilən qazancların miqyası daha da təşviq
etdiyini və bütün sistemlərdə dəyişikliyə təsir göstərdiyini ortaya
qoyur.
Sürət və genişlikdən başqa, dördüncü sənaye inqilabı çoxlu
sayda fərqli disiplinlərin və tapıntıların artan harmonizasiyası və
inteqrasiyası səbəbindən də bənzərsizdir. Fərqli texnologiyalar ara-
DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
22
sındakı qarşılıqlı asılılıqlardan ortaya çıxan maddi innovasiyalar
artıq elmi fantastika deyildir. Hazırda, məsələn, rəqəmsal istehsal
texnologiyaları bioloji dünya ilə qarşışlıqlı əlaqə qurmağı bacarır.
Bəzi dizaynerlər və memarlar artıq indidən hesablama dizaynı, ad-
ditiv istehsal (
ing. additive manufacturing
), material mühəndisliyi
və sintetik biologiyanı birləşdirərək mikroorqanizmləri ya da bə-
dənimizlə istehlak etdiyimiz məhsullar, hətta içində yaşadığımız
binalar arasında qarşılıqlı təsiri nəzərdə tutan sistemləri ortaya
çıxarırlar. Beləliklə, fasiləsiz dəyişə bilən və uyğunlaşa bilən əşyalar
istehsal edirlər. Hətta bunlar bitki və heyvanat aləminin xüsusiyyət-
ləri olduğu üçün buna “yetişdirirlər” də deyə bilərik.
4
Erik Brincolfson və Andreu Makeyf “İkinci Maşın Dövrü” adlı
kitablarında kompüterlərin, yaxın gələcəkdə hansı tətbiqi proqram-
lardan istifadə edəcəklərini proqnozlaşdırmamıza imkan verməyə-
cək dərəcədə bacarıqlı olduqlarını iddia edirlər. Süni İntellekt (Sİ),
sürücüsüz avtomobil və dronlardan virtual asistentlərə və tərcümə
proqramlarına qədər bir çox yeniliklərlə bizi əhatə edir. Bunlar hə-
yatımızı transformasiya edir. Sİ, hesablama gücündəki eksponent
artımların və yeni dərmanların ixtirasında istifadə edilən kompüter
proqramlarından mədəni maraq dairəmizi proqnozlaşdıran alqo-
ritmlərə qədər çox geniş verilənlərə çıxışın yaratdığı sürətlə təsire-
dici irəliləyişə nail oldu. Bu alqoritmlərin çoxu rəqəmsal dünyada
buraxdığımız “çörək qırıntısı” kimi iz verilənlərdən öyrənir. Bunun
yaratdığı “maşın öyrənməsi”nin yeni növləri və avtomatik kəşf sayə-
sində “intellektli” robotlar və kompüterlər özü-özlərini proqram-
laşdıraraq ilk prinsiplərdən optimal həll yolları tapa bilirlər.
“Apple”ın “Siri”si kimi tətbiqi proqramlar, Sİ sahəsindəki sürət-
lə inkişaf edən və intellektli asistentlər adlandırılan bir alt-qrupun
gücünü göstərir. İntellektli şəxsi asistentlər hələ iki il öncə ortaya
çıxmağa başladılar. Hazırda səstanıma və süni intellekt o qədər
sürətli bir inkişaf yolundadır ki, qısa zaman kəsiyində kompüterlər-
lə danışmaq bir növ normaya çevriləcəkdir. Bununla da, fərdi robot
asistentlərin hər zaman qeydlər aparmağa və istifadəçi suallarını ca-
DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
23
vablandırmağa hazır olduğu və texnologiya mütəxəssislərinin mü-
hit hesablama (
ing.ambient computing
) adlandırdıqları şey ortaya
çıxacaqdır. Cihazlarımız getdikcə daha çox fərdi ekosistemimizin
bir hissəsinə çevriləcək, bizi dinləyəcək, ehtiyaclarımızı əvvəlcədən
görə biləcək və lazım olanda onlardan istəməsək belə bizə kömək
edəcəklər.
Dostları ilə paylaş: |