Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə18/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   14   15   16   17   18   19   20   21   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

Əməyin əvəzlənməsi
Bir çox fərqli iş kateqoriyası, xüsusilə də mexaniki təkrar və həs-
sas əl əməyi tələb edən iş növləri artıq indidən avtomatlaşmışdır. 
Hesablama gücü artan sürətlə böyüməyə davam etdikcə, başqa işlər 
də bu prosesə qoşulacaqlar. Gözləniləndən daha tez, hüquqçular, 
maliyyə təhlilçiləri, həkimlər, jurnalistlər, mühasiblər, sığorta işçilə-


 T
Ə
S
İ
RL
Ə
R
51
ri, kitabxanaçılar və digər bu kimi çox müxtəlif peşələr qismən və ya 
tamamilə avtomatlaşmanın hədəfi olacaqdır.
Hələki sübutlar budur: belə görsənir ki, dördüncü sənaye inqi-
labı əvvəlki inqilablarla müqayisədə yeni sektorlarda daha az iş yer-
ləri yaradır. Oksford Martin Texnologiya və Məşğulluq Proqramı-
nın qiymətləndirməsinə əsasən, hazırda ABŞ iş qüvvəsinin yalnız 
0,5%-i hələ əsrin əvvəlində mövcud olmayan sektorlarda çalışırlar. 
Halbuki, bu göstərici, yeni sektorlarda 1980-ci illərdə yaradılan iş 
yerlərinin təxminən 8%-dən, 1990-cı illərdə yaradılan iş yerlərinin 
isə 4,5%-dən azdır. Texnologiya ilə məşğulluq arasındakı əlaqəyə 
işıq tutan başqa bir sənəd - ABŞ İqtisadi Hesablama Bürosunun 
yeni hesabatı, bunu bir daha təsdiq edir. Hesabat göstərir ki, infor-
masiya və digər inqilabi texnologiyalarda baş verən innovasiyalar 
əməktutumlu yeni məhsullar istehsal etməkdən daha çox mövcud 
işçiləri əvəzləməklə məhsuldarlığı artırırlar.
Oksford Martin Məktəbindən iki tədqiqatçı, Karl Benedikt Frey 
[Carl Benedikt Frey] və maşın öyrənməsi mütəxəssisi Mişel Osborn 
[Michael Osborne] 702 müxtəlif peşəni avtomatlaşma ehtimalına 
görə, avtomatlaşma riskinə ən az həssas olanlardan (“0” heç bir risqin 
olmadığını ifadə edir) ən çox həssas olanlara (“1” iş yerinin bir növ 
kompüter tərəfindən əvəzlənməsi riskini ifadə edir) qədər sırala-
maqla, texnoloji innovasiyanın işsizlik üzərindəki potensial təsirini 
müəyyən etmişdir.
23
Aşağıda, Cədvəl 2-də avtomatlaşmanın ən çox 
və ən az hədəfi ola biləcək müəyyən peşələr göstərilmişdir. 
Bu tədqiqat, ABŞ-da məcmu məşğulluğun 47%-nin böyük ehti-
malla, gələcək 10 və ya 20 il ərzində risk altında olduğunu göstərir. 
Bu isə iş yerlərinin sıradan çıxmasının əvvəlki sənaye inqilablarında 
əmək bazarlarında baş verən dəyişikliklərlə müqayisədə daha sürət-
li və daha əhatəli olacağına işarədir. Əlavə olaraq, bu trend əmək 
bazarlarında daha böyük qütbləşmələr istiqamətində davam edir. 
Məşğulluq, yüksək gəlirli zehni və yaradıcı işlərdə, aşağı gəlirli əl 
işlərində artır, lakin orta gəlir səviyyəsindəki davamlı və təkrarlanan 
işlərdə böyük dərəcədə azalır.


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin