Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri


Haşiyə C: Köklü dəyişikliklər dövründə çevik idarəetmə



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə33/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   29   30   31   32   33   34   35   36   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

Haşiyə C: Köklü dəyişikliklər dövründə çevik idarəetmə 
prinsipləri
Əmək bazarı
Rəqəmsal texnologiyalar və qlobal rabitə insfrastrukturu işlərin 
və işə görə ödənişin ənənəvi konsepsiyalarını əhəmiyyətli dərəcədə 
dəyişdirir və olduqca çevik və müvəqqəti xarakter daşıyan yeni növ 
işlər ortaya çıxarır (“tələb iqtisadiyyatı” adlanan anlayış). Bu yeni işlər 
insanlara daha çevik iş qrafiki təqdim etməklə yanaşı, əmək bazarında 
da yeni innovasiya dalğasına yol aça bilər. Bununla yanaşı, hər işçinin 
artıq iş təminatından və işdən çıxarılma üzrə kompensasiyadan məh-
rum olan podratçıya çevrildiyi tələb iqtisadiyyatı kontekstində mü-
dafiənin azalması ilə bağlı əhəmiyyətli narahatlıqlar da ortaya çıxır.
Pul və vergitutma
Tələb iqtisadiyyatı, müvəqqəti işçilərin qara bazarda fəaliyyət 
göstərmələrinin daha asan və cəlbedici hala gəlməsi səbəbindən, 
vergi yığımı mövzusunda da ciddi məsələləri gündəmə gətirir. 
Rəqəmsal ödəniş sistemləri əməliyyatları və mikro-əməliyyatla-
rı daha şəff af vəziyyətə gətirməklə yanaşı, həm də hazırda dövlət 
orqanlarının və özəl subyektlərin bu kimi əməliyyatların mənşəyini 
və hədəfini izləmək qabiliyyətini əhəmiyyətli dərəcədə məhdudlaş-
dıran yeni əks-mərkəzləşdirilmiş ödəniş sistemlərini ortaya çıxarır.
Məsuliyyət və qoruma
Dövlət tərəfindən tənzimlənən inhisarlar (taksi sektoru, fərdi 
tibb xidməti göstərənlər və s.) uzun illər daha yüksək təhlil və tə-


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
86
dqiq səviyyəsinə ehtiyac duyan bəzi riskli peşələrin, müəyyən səviy-
yədə təhlükəsizlik və istehlakçı hüquqlarının qorunması məqsədilə, 
yalnız lisenziyalı peşəkarlar tərəfindən yerinə yetirilməsi ehtiyacı ilə 
əsaslandırılmışdır. Dövlət tərəfindən tənzimlənən bu inhisarların 
əksəriyyəti hazırda insanların bərabər səviyyəli şəxslər kimi bir-bi-
rilə qarşılıqlı əlaqəyə girməsinə imkan verən texnoloji inkişafın 
sürətlənməsi və bərabər səviyyələr arasında koordinasiyanı və qarşı-
lıqlı əlaqəni asanlaşdırmaq vəzifəsini icra edən yeni növ vasitəçilə-
rin ortaya çıxması nəticəsində köklü şəkildə dəyişir. 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin