T
Ə
S
İ
RL
Ə
R
49
Bu hərəkətverici amillərin fonunda bir məqam tam dəqiqdir:
yeni texnologiyalar bütün sektorlarda və peşələrdə işləməyin tə-
biətini əhəmiyyətli dərəcədə dəyişdirəcəklər. Ən fundamental qey-
ri-müəyyənlik avtomatlaşmanın əməyi hansı dərəcədə əvəzləyəcəyi,
bunun nə qədər vaxt alacağı və nə qədər irəliyə gedəcəyi ilə bağlıdır.
Bunu müzakirə edə bilmək üçün texnologiyanın
məşğulluq
üzərindəki iki əks təsirini anlamağımıza ehtiyac var. Birincisi, tex-
nologiyanın təşviq etdiyi köklü dəyişmə və avtomatlaşma əməyi
kapital ilə əvəzləyib, işçiləri işsiz qalmağa və ya bacarıqlarını başqa
yerdə sınamağa məcbur etdikcə, dağıdıcı bir təsir ortaya çıxır. İkin-
cisi, bu dağıdıcı təsir, yeni mal və xidmətlərə olan tələbi artırarq,
yeni peşələrin, biznesin, hətta sektorların yaranmasına yol
açan ka-
pitallaşma təsiri ilə müşayiət olunur.
İnsan olaraq, biz, heyrətverici dərəcədə adaptasiya və yaradıcılıq
bacarıqlarına sahibik. Lakin buradakı başlıca sual, kapitallaşma tə-
sirinin dağıdıcı təsiri üstələməsinin vaxtı, miqyası və əvəzləmənin
nə qədər sürətlə reallaşacağı sualıdır.
Yeni ortaya çıxmağa başlayan texnologiyaların əmək bazarı üzə-
rindəki təsiri ilə bağlı bir-birinə əks olan iki düşərgə var: xoşbəxt
sonluğa inananlar texnologiyanın təsiri ilə işsiz qalan kütlənin yeni
iş yerləri tapacağını və texnologiyanın yeni rifah dövrünə start verə-
cəyini iddia edirlər. Qarşı tərəfdə isə
onun kütləvi şəkildə texno-
loji işsizlik yaradaraq sürətlə sosial və siyasi Armaqedona (
yahudi
və xristian inancında dünyanın sonu yaxınlaşdığı vaxt baş verəcəyi
iddia edilən böyük qiyamət müharibəsi – tərc.
) aparacağına inanır-
lar. Tarix nəticənin hardasa ortada bir yerdə olacağını göstərir. Sual
budur: Daha müsbət nəticələri dəstəkləmək və köklü dəyişikliyə
məruz qalanlara kömək etmək üçün nə etməliyik?
Texnoloji innovasiyanın bəzi iş yerlərini tamamilə aradan qal-
dırması, daha sonra isə onların əvəzinə fərqli fəaliyyət üzrə və bö-
yük ehtimalla fərqli bir yerdə yeni iş yerlərini yaratması
hər zaman
müzakirə mövzusu olmuşdur. Nümunə üçün kənd təsərrüfatını
götürək. ABŞ-da kənd təsərrüfatında işləyənlər XIX əsrin əvvəllə-
DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
50
rində bütün işçi qüvvəsinin 90%-ni təşkil edirdi, lakin hazırda, bu
göstərici 2%-dən də aşağıdır. Bu dramatik azalma elə də ciddi sosial
parçalanmalara və ya işsizliyə yol açmadan nisbətən yumuşaq şəkil-
də həyata keçmişdir.
Hazırda, tətbiqi proqram iqtisadiyyatı (
ing. app economy
) yeni
iş ekosisteminin bir nümunəsini təqdim edir. “Apple”ın qurucusu
Stiv Cobz [Steve Jobs] kənar mütəxəssislərdən “iPhone”
üçün tət-
biqlər yaratmalarını istədiyi zaman hələ 2008-ci ilin əvvəlləri idi.
2015-ci ilin ortalarında qlobal tətbiqi proqram iqtisadiyyatının
100 ildən çoxdur ki, mövcud olan film sənayesini ötüb keçərək 100
milyard dollardan çox gəlir əldə etməsi gözlənilirdi.
Texno-optimistlər bu sualı verirlər: Əgər keçmişə baxaraq nə-
ticə çıxarmalı olsaq, bu dəfə nə üçün fərqli olsun? Texnologiyanın
dağıdıcı ola biləcəyini qəbul edirlər, lakin onun hər zaman məh-
suldarlığın və zənginliyin yüksəlməsinə gətirib çıxaracağını iddia
edirlər. Əlavə
olaraq da qeyd edirlər ki, bu proses mal və xidmətlərə
olan tələbi artıracaq və bu tələbi qarşılamaq üçün yeni növ iş yerləri
yaradacaqdır. Arqument belə formalaşır: insanın ehtiyac və arzuları
sonsuzdur, bu səbəbdən onları təminetmə prosesi də sonsuz olma-
lıdır. Normal resessiya və nadir depressiya dövrlərini bir kənaraq
qoysaq, hər zaman hər kəs üçün iş yerləri olacaqdır.
Bunu dəstəkləyən sübutlar varmı və bunlar bizə qarşımızda nələ-
rin dayandığı haqqında məlumat verə bilirmi? İlkin məlmatlar, qarşı-
dakı illərdə çoxlu sektorlarda və iş kateqoriyalarında
əməyin əvəzlən-
məsinə gətirib çıxaracaq bir innovasiya dalğasının olacağını göstərir.
Dostları ilə paylaş: