215
sahibləri, ideyalarına hörmətlə yanaşan ziyalı
şəxsiyyətlər unutmadı. F. Sadıq Məhəmməd
Hadi taleyinə acıyan bir qələm sahibi kimi,
dönməz əqidə sahibinin işini, fəaliyyətini bir el
ağsaqqalının dili ilə belə qiymətləndirir. Böyük
sənətkarın məzarını gah Gəncədə, gah Şirvanda
gəzən,
arayan,
axtaran,
onun
məzarını
soraqlayan şairə verilən cavabda Məhəmməd
Hadi şəxsiyyəti, mənəviyyatı dolğun misralarla
ifadə olunur:
Bir qocadan soruşdum, dedi:
"Axtarma bala.
Özünü yorma bala.
O ki, elə yanırdı:
Ya gərək əriyəydi, ya gərək kül
olaydı.
Ana yurdun dərdinə, el-obanın
dərdinə
Elə yanmadı ki, o, məzarı da
qalaydı.
Zəmanənin
eybəcərliklərinə
dözməyərək
əsərlərində onu ittiham edən Məhəmməd Hadini
Fikrət Sadıq "şairlər şairi" adlandırır. Sabahını bu
gündən görən şairin xalqın başına gətirilən
müsibətləri, irticaçıların apardıqları gizlin məkrli
siyasəti Məhəmməd Hadinin görən gözlərini,
duyan ürəyini pərişan qoymuşdu. F.Sadıq bunu
sənətkar, xalq, vətən, millət düşünən vətəndaşın
vətəndaşlıq borcu bilir. Ona görə də bəzən
216
gördüyünə
dözməyərək
zəmanəsinin
bütün
çirkinliklərini qamçılayırdı:
Uca başı qalın duman,
Həmişə halı pərişan.
Şairi incitsə zaman,
O da qamçılar zamanı.
F.Sadıq bu misralarında Məhəmməd Hadi
ruhlu bir sənətkar olduğunu gizlətmir. O, özü də
bir çox şerlərində M. Hadi kimi alovlu şairdir,
dərdləri ona təsəllidir, "iztirabları" dərmandır. O,
dünənini unudub, bu gününü görməyən, bu
gününü başa vurub sabahını düşünməyənlərə
"vay o millətə" deyib xalqın taleyi nöqteyi-
nəzərindən od tutub yanır.
Millət taleyini, faciəsini şəxsi faciəsi, taleyi
bilən Mirzə Cəlillərin, Sabirlərin yoluna nəzər
salan Fiktət Sadıq, Mirzə Cəlil cəsarətini,
yaratdığı əsərlərin ideya-məzmun gözəlliyini tərif
edir. Mirzə Cəlilin səbrlə, təmkinlə apardığı
mübarizədə xalqının gözünün önündəki qəflət
pərdəsini yırtmaq istəyir, fanatizmin işığında qaz
vurub
qazan
dolduran, şəxsi
xoşbəxtliyini
xalqının bədbəxtliyi üzərində quran şeyx, mürid
adı
altında
fəaliyyət
göstərən
dələduzları,
"Ölülər" əsərində necə ifşa edirsə, "Lal" əsərində
lalları da elə dindirir. Fikrət Sadıq da o cür
reallıqla Mirzə Cəlil şəxsiyyətinin böyüklüyünü
əsərlərinin
fonunda
açıb-tökür.
Gül-bülbül
sevgisindən "eşqnamə"lər yazanlardan fərqli
217
olaraq o məzlum xalqının boş, mənasız elmləri
başına doldurub, cəfəngiyyat biliklərlə özünü əsl
ziyalı, xalq, millət yararçısı bilənləri sadə bir
Azərbaycan anasının " kitabı"yla ibrət dərsi verir.
Sabirləri, zərdabiləri neçə-neçə sənət, qələm
sahiblərini
başına
yığıb,
xalqının
maariflənməsinə, savadlanmasına, cəmiyyətin
inkişafına çalışan Mirzə Cəlilin fəaliyyətini yüksək
qiymətləndirir, onun bu günkü Azərbaycanın
inkişafında rolu olan bir şəxsiyyət kimi yüksəklərə
qalıdrır:
Kimi ulduz tapdı,
Kimi ada.
O tapdı Sabiri
Ulduz axa bilər,
Ada bata bilər.
Amma Sabiri kim unuda bilər?
Mirzə Cəlili kim unuda bilər?
Sabirlərin,
Cəlillərin
onların
timsalında
minlərlə vətən, xalq, millət, dövlət naminə
çalışanların, vuruşanların xalq tərəfindən heç bir
zaman unudulmadığını, işi, əməlləri ilə qan
yaddaşına çökdüyünü bildirir. Şerinə, sənətinə,
yaradıcılığına yüksək qiymət verir. "Yeddi çinar
şairinə" şerində şairin " yeddi çinar" misrasına
münasibətini bildirir, yeddi çinarın biri şairin
özünün, altısının isə şeri, sözü olduğunu söyləyir.
O 1+6 bütövlüyündə kökü Dədə Qorqud əsrində
olub
zirvələri
gələcəyə
baxan,
"rişələri
218
bayatılardan su içən" torpağa məhəbbətdən boy
atan, pöhrələnən və buna görə də "səadət" olan
insan dayanır. O insan dünyanın gözəlliyindən,
yaşıllığından sevinib, Nəsimi, Füzuli dərdindən
yanıb, saralıb, müharibənin dəhşətlərindən üzü
gülməyib. yazıb-yaratdığı, vəsf etdiyi ana təbiətin
gözəllikləri,
sənətkar
ömrünün
faciələri,
ədalətsizliklər, insan taleyi, alın yazısı insan
övladının həm cismən, həm də mənən çəkdiyi
əzablar var.
F.Sadıq taleyinə yazıb yaratmaq düşən
şairlərimizin,
ədəbiyyatşünaslarımızın,
tənqidçilərimizin
acı
taleyini,
yaşamağını,
duymağı bacaran sənətkardır. Onun əsərlərində
Mikayıl Müşfiq, Məhəmməd Hadi neçə-neçə
stalinizm
qurbanlarının
dərd-səri
dil
açır.
"Müəllimim" şerini o illərin ağrı-acısını çəkmiş,
əqidəsinə
görə
ölümə
məhkum
edilmiş,
təsadüfən
sağ
qalanlardan
biri Gülhüseyn
Hüseynoğluna yazmışdır. Düz sözlü, düz ilqarlı,
uşaq kimi kövrək, eyni zamanda çılğın, həqiqətin
gözünə
dik
baxan,
düzü-düz,
əyrini-əyri
söyləyən, şöhrətdən, şandan uzaq "Müşfiq kimi
incidilən
müəllimim" deyə
müraciət
etdiyi
Gülhüseyn Hüseynoğlu "dili şirin, şeri rəvan",
kasıb süfrəsini heç nəyə dəyişməyən, yaxşını,
pisi gözəl tanıyan, sadə, məğrur bir insan kimi
tərənnüm olunur. G. Hüseynoğlu şəxsiyyətinə
hörmətlə yanaşan, onu yüksək qiymətləndirən bir
219
insan kimi ürəyindən keçən hisslərini gözəl bir
şer dililə ifadə etmişdir:
Hər söz bir dən, kağız torpaq,
Yazdıqların yarpaq-yarpaq.
Gələcəyə boy atacaq müəllimim.
Başından əskilməz çənin, xalqa
sözün
vardır sənin.
Əsil oğlusan Vətənin, müəllimim!
"Fikrətdən-Fikrətə" şerindəki
səmimiyyət,
şerlərinin dilinin ahəngdarlığı, axıcıllığı könül
oxşayır. Fikrət Sadığın ağ saçlarını görən Fikrət
Qoca:" Fikrət Sadıq, sən qocalma, Qoca var"-
deyir. Fikrət Sadıq bu misraya könlündən keçən
misraları
da
qoşur, düzür. Şair
ömrünün
incəliklərini tərənnüm edir:
Kim deyir ki, şer yazmaq asandı,
Şer yazan daş deyil ki, insandır.
Düşünəndi, ağlayandı, küsəndi,
Misralardan pillə düzər, ucalar.
"İsi üçün ağı" İsi Məlikzadənin vaxtsız
ölümündən doğan itginin üzüntülü anlarıdır.
Kimdir İsi? F.Sadıq misralarında onun tərcümeyi
halını verir:
O dadlı, duzlu dilinlə
nəsrimizin bir budağı sən idin.
Torpaqların Qarabağı məlum;
Dustaq, əsir.
Adamların Qarabağı sən idin.
220
İsi Məlikzadə Qarabağı əsir olandan "yaralı
qəlbində" sıxıldı, boğuldu, məhv oldu, qırıldı
"yaşamaq hissi". F.Sadıq onun sıxıntısında,
boğulan ilhamında vətən, xalq, Qarabağ dərdi
çəkənləri görür: "Qara tüstülər çıxır hər gün
başımızdan"-deyir: millətin
qara
sabahının
dərdini çəkir. İsi Məlikzadənin dərdi, qüssəsi,
yoxluğu çökmüş bu hüznlü misralarda millət
taleyi, onun sabahı üçün təlaş, onun bu günkü
acılarına dözməyən vətənpərvər şəxsiyyətin
dünyadan vaxtsız köçməsi Azərbaycanını taleyi
ilə səsləşən ideyalar əsasdır:
Vay o millətə ki,
Dünənini unudub.
Bu gününü görmür.
Gecəsini bir təhər başa vurub,
Bilmir necə olacaq.
Sabahının səhərisi.
Görkəmli
aktyorumuz
Abbas
Mirzə
Şərifzadənin həyatından aktyorluq fəaliyyətindən
bəhs
edən
"Səs"
əsəri
Fikrət
Sadıq
yaradıcılığında ən dəyərli əsərlərdən biridir.
Azərbaycan teatr sənətinin inkişafında misilsiz
xidmətləri olan Abbas Mirzə Şərifzadənin keçdiyi
həyat yolu, onun aktyorluq məharəti Azərbaycan
səhnəsinin, teatrının yaradılmasında əvəzsiz rolu
tərənnüm
edilir. Onun
nitqi, səsi, ifaçılıq
qabiliyyəti, aktyorluq istedadı, yaratdığı obrazlar
aləmində öz səsi, öz nəfəsi, ruhu ilə tanınması,
221
teatr sənətinin inkişaf etdirilməsində çəkdiyi
əzablar, ilk "Azərbaycan teatrı"nı yaratmaqda
ona dayaq olan Hüseyn Ərəblinski istedadı vəsf
olunur. Onlar minilik zəncirləri qıraraq səhnəni
yaratdılar. Nəsimisi, Füzulisi
olan
millətin
"səhnəsi də olsun gərək" idealını seçdilər.
Qarşısına çıxan maneələri, keçilməz sədləri
aşdılar. Azərbaycan teatrını inkişaf etdirmək
üçün teatr sənətimizin inkişfında xidmətlərinə
görə adı qızıl hərflərlə yazıldığı Abbas Mizə
Şərifzadə və Hüseyn Ərəblinski taleyi çox
qovğalardan keçdi. Hüseyn Ərəblinskiyə güllə
atıldı. Sakit bir yaz axşamı Bayır şəhərin üstündə
qara çadıra bənzəyən Ç adra küçəsində Hüseynə
atılan güllə teatrı yetim qoysa da, səhnə
çırağımızın birini söndürsə də
Pozulmadı növrağı,
Abbas Mirzə yetişdi.
Qaldırdı al bayrağı.
Şair
böyük
sənətkarlara
hörmət
və
məhəbbətini ifadə etdiyi misralarda onların
uşaqlıq
illərindən, ilk
səhnə
xatirələrindən
danışır, lirik bir dillə danışır. Uşaqlıq illərində
şəbihçilərin
keçirdiyi
mərasimlərdə
əmisiylə
birlikdə iştirakı, əmisinin əli qılıncıl Haris özünün
isə əsir uşaq rolunu necə ifa etdikləri haqqında
xatirələrindən
yararlanan
şair
o
səhnələri,
gətirdiyi yenilikləri şirin bir dillə tərənnüm edir.
Abbas Mizə Şərifzadənin dililə o səhnəni yaradır:
222
Mən Şəbihdə əsir uşaq,
Əmim necə Haris idi.
Əlində siyirmə qılınc
Haris qana həris idi.
Mən Müslümün oğlu idim.
Bu Şəbihdə ölməliydim.
Dizin-dizin sürünərək,
Mən yalvarıb deməliydim.
Haris, səni Tanrı, bizi qurana
bağışla,
Öldürmə bizi, xaliqi sübhana
bağışla.
Sonralar
1908-ci
ildə
"Zorən
təbib"
tamaşasında o ürəkləri riqqətə gətirən, öz
şıltaqlığıyla şəbihi pozan uşaq Lal obrazını
məharətl oynayır. Ondan sonra M.F.Axundovun,
Ə.Haqverdiyevin,
N.Vəzirovun,
Cabbarlının,
Hüseyn
Cavidin
ümidlərini
göyərdəcək
-
Azərbaycan teatrının işıqlı gələcəyini görə bilmək
nəsibləri
olacaq-çünki
yeni
yetişən
aktyor
dünyasının, Azərbaycan teatrının ilk aktyoru oldu
Abbas Mirzə. O, lal ola-ola, bircə kəlmə söz
deməsə də, ilk aktyor sözünü dedi, sənətilə,
əlləriylə, gözləriylə danışan:
Abbas Mirzə səsinin
Gümüşü cingiltisi,
Sonra əsir edəcək,
Qulaq asan hər kəsi.
223
Bir kimsəyə bənzəməyən şəxsiyyət Abbas
Mirzənin səsi "yumulu gözləri açdı", "vicdanları
oyatdı". Hüseyn Ərəblinski kimi bir şəxsiyyətlə
birləşəndən sonra
Tənələrə dözə-dözə,
Addımladı iki təşnə.
İki ürək bir ocaqda
Yandı sənət atəşinə.
Şair bu iki sənət dünyasının nadir incilərini iki
yanar ulduza, səhnəmizi qoruyan iki qanada
bənzədir:
İki irmak qoşalaşıb
Gur çay oldu.
İki arzu birləşib,
Bir haray oldu.
İki şimşək çaxdı göydə.
İki ulduz yandı yerdə,
Gələcəyə boylandılar,
Səhnəmizin dan yerindən.
Bu iki qüdrətli sənətkarın gərgin əməyi ilə şair
demişkən "birinin faciəsi, o birinin inadı ilə" teatr
quruldu, yaradıldı, yaşadıldı. Teatr- Azərbaycan
teatrı mövcud oldu. Şübhələr, qorxular unuduldu.
Sənət, sənəti yaradan qüdrətli sənətkar qaldı,
tariximiz onun adını şərəfli səhifələrinə yazdı. O
qüdrət ki Abbas Mirzə Şərifzadənin qanında idi,
canında onunla birgə böyümüşdü. Anası şer,
sənət vurğunu, atası müəllim olan Abbas Mirzəyə
evdə bir söz deyilməsə də oynadığı tamaşalara
224
getməzdilər. Lakin cəhalətə düşmən aktyor
"başına daşlar yağsa da" söz içində söz demək
eşqiylə yaşamış, ümidlə gələcəyə baxmış,
sabiranə eyhamları ilə səhnədə dediyi hər
sözünün yarada biləcək partlayışını gözləmiş,
qorxmamış və inanmışdı ki, ona bu gün "arsız
deyənlər" bir
gün
gələcək
sənətinə
baş
əyəcəklər."Ölüm
və
ya
olum"
yolundan
çəkinməyən Hüseyn Ərəblinski, Abbas Mizə
Şərifzadə faciəsinin özü ağaları, nadanları
silkələyir. Sənətə, sənətkara qıyanları külək "ora-
bura" çırpıb, illər boyu yatanları Hüseynə atılan
güllənin səsləri oyadır. O "güllə dönüb tufan olub"
hər yerdə-təkcə Çadrasını dəlib keçdiyi Ç adra
küçəsində deyil, bütün Bakının küçələrində əks-
səda verir. Onlüyünü bayrağa çevirib haqq-ədalət
naminə mübarizə meydanına atılan Gavənin
obrazını yaradarkən Abbas Mirzə özü də Gavə
idi; Səhnənin Gavəsi. Şair "onun tərəf müqabili"
kimi dövranı, zamanı görürdü. O dövranı ki,
Abbas Mirzə onun gərdişini "dəyişmişdi". O
zamanı ki, onu əyləmişdi, "dəyişmişdi yerin-
göyün vərdişini". Ürəklərdə elə işıqlı imarətlər
ucaltmışdı
ki, səhnənin
Mirzə
Cəlili
kimi
tanınmışdı o. "Ey mənim müsəlman qardaşlarım,
biz kimik" deyə müsəlman dünyasına, onun
cəhalət yuvasına öz yazıları, öz kəsərli sözləri,
aydın ifadələri ilə elə bir "bomba" atmışdı ki, yer -
göy silkələnib, ağaclar dilə gəlib, insan qəflət
225
yuxusundan oyanıb. Mirzə Cəlilin göstərdiyi yolla
gedib, elmin, savadın işığında yeriyib, yolunu
tapıb, yeriyib. Abbas Mirzə də səhnəmizdə Mirzə
Cəlilə dönüb, cəhaləti öldürüb, nadanlığı boğub.
Fikrət Sadıq da onun qüdrətini elə qüdrətli
kəlamlarla vəsf edib. Şair aktyor sənətinin
incəliklərini, xalqa xidmət meyarlarını tərəzinin
gözündə elə düzgün çəkib ki, Mirzə Cəlil- Abbas
Mirzə böyüklüyünə zərrə qram da "xəyanət
etməyib." Şairin sevə-sevə, məharətlə tərənnüm
etdiyi şirin dilli, təmiz qəlbli, əliaçıq, canıyanan,
"dar
ayaqda
dosta
hayan" başdan-başa
"qayadan" yonulmuş Abbas Mirzə sənətinin,
istedadının
qüdrətini,
ifaçılıq
qabiliyyətini,
yaratdığı
obrazlarda
ümumiləşdirir.
Onu
səhnəmizin "tağı" adlandırır. O tağa bu gün də
xalq, millət onun ziyalısı, fəhləsi, əkinçisi də
səcdə qılır, o səhnəmizin "əbədiyyət" tağıdır. O:
Gah
Nadirdir,
yerdə
canlı
fələkdir.
Gah
Qacardır-
zülmü
ərşə
dirəkdir.
"İblis"ində İblislərə gülüb o.
Arifləri ayıltmağa gəlib o.
"Aydın"ından aydınlaşıb ürəklər,
Sənan yanıb, sənanlaşıb diləklər.
Karl olub, cəsarətdə sınanıb.
Otelloya, otellolar qısqanıb.
Oqtay olub, çəkib könül harayı.
226
Səhnəmizə Firəngizlər arayıb.
Elxan ölər, məsləkini dəyişməz.
Yalnız qorxaq haqq uğrunda
döyüşməz.
-misralarında Abbas Mirzə sənəti, şəxsiyyəti
açılır. Fikrət Sadıq sənət sərrafıdır. Abbas Mirzə
Şərifzadə sənəti, istedadı, onun qüdrəti bu cür də
tərənnüm olunmalıydı.
Abbas Mirzə Şərifzadənin həyatından, onun
sənətkarlıq qüdrətindən, teatrımızın inkişafında
oynadığı misilsiz roldan bəhs edən əsərində şair
xalq oyunlarının motivlərindən yararlanır. Onun
uşaq yaşlarında əmisi ilə oynadığı Şəbih
tamaşalarından söhbət açır. Aktyorluq sənətinə
olan
məhəbbətinin
ilkin
kökləri
xalqımızın
meydanlarda, bayram günlərində xalq içərisində
keçirdikləri xalq dramaları adlanan səhnəciklərlə
bağlıdır. Xalq dramaları sonradan yaranan
dramaturgiyamızın
inkişafında,
onun
müvəffəqiyyət
qazanmasında
mühüm
rol
oynamışdır. Əli Sultanlının dediyi kimi "Maraqlı
bir
inkişaf
dövrü
keçirən
zəngin, dolğun
Azərbaycan
dramaturgiyasının
əsas
doğuş
qaynaqlarından biri xalq dramıdır. Heç şübhəsiz
belə bir təməl olmadan, xalqın milli ənənələri ilə
bağlı, onun fikir çırpıntılarını və qəlb acılarını öz
təffəkkür aynasında cilalandıran dramaturqlar
yetişə
bilməzdi".
Əgər
xalq
dramaları
dramaturqlar yetişdirirdisə, o xalq dramındakı
227
obrazları oynayan şərifzadələr, ərəblinskilər də
onun yetirmələri idi. Şərifzadə evdə ilkin rollarını
şəbihlərdə oynayanda yetişir, kamilləşir. Fikrət
Sadıq onun ilkin oynadığı xalq dramlarında
tapdığı bu sənətə vurğunluğunu qələmə alarkən
hər
bir
sənətkarın
qüdrətli
sənətkar
kimi
yetişməsində xalq sənətinin oynadığı əvəzsiz
rolu ön plana çəkir.
Aktyorun oynadığı və onlarla şöhrət tapdığı
rolları da məhz o dramaturqlar yaratmışdır ki,
onlar da Şərifzadə kimi o xalq dramalarının
işığında böyümüşdü.
F. Sadıq şe'rimizin qayğısını çəkdiyi kimi
istetadsız, sənətə yad adamların ədəbiyyata
gəlişini, boş hay- küyünü tənqid etdiyi kimi,
həqiqəti onların düz gözünün içinə dediyi kimi
musiqimizin, incəsənətimizi cılızlaşdıran, suni,
bayağı yad musiqiləri (əgər belə adlandırmaq
olarsa) zorla
beynimizə
yeritməyə
çalışan
üzdəniraq "bəstəkarları", müğəniləri də tənqid
edir. "Bəstəsi" özünün, "sözü" özünün, oxuyanı
da "özü olan kombayn" müğənniləri tənqid
atəşinə tutur. Dünyaya öz musiqisi, istedadlı
sənətkarları ilə meydan oxuyan Azərbaycan
musiqisini bu kökə salanları, yad musiqiləri "sitat"
adı altında səhnəmizə, efirmizə çıxaranları şair
açıqca tənqid edir:
Səsində məlahət yox.
Sözündə məna yoxdur.
228
Bəstəsi sitat-sitat,
Şeri qırıq-qırıqdır.
Şair elmdə sitat gördüyünü, mahnıda sitat
olduğunu, onu musiqiyə gətirənləri, Azərbaycan
musiqisini "şil-küt" edənləri qınayır, onların
yadına Bülbülü, Xanı, Rəşidi, Şövkəti və neçə-
neçə
Azərbaycan
musiqisini
öz
zəngin
repertuarları ilə göylərə qaldıran sənətkarlarımızı
salır. Qəzəbli şair:
Yoxsa bu diringilər
Hara aparır bizi.
Haray qoparın ellər,
Bir dəstə soyuq, özgə
Rəngəbərng bəstəçilər.
Müğənnilər, şairlər,
Hara aparır bizi.
Nə qədər ki, gec deyil,
Qoruyun mahnınızı,
Qoruyun şerimizi.
Özgə
musiqisindən
gətirilən
"sitat" da
"oğurluqdu" -deyir. İstedadsız bəstəkar ad
naminə, şəxsi marağı naminə nə iş görürsə,
özünü biabır etmiş olur. Xalqın gözü tərəzidir,
istedadsız sənətkarın, yalançı, soyuq, sönük
əsərin ömrü çox uzun olmaz. Ona görə şair
üzünü tutub deyir:
Alim gedib muğamla
Avropanı oyatdı.
Sən burda neyləyirsən?
229
Belə getsə muğamın
Qara çuxası yatdı.
Dünyanı öz zəngulələri ilə heyran qoyan Alim
Qasımov kimi sənətkarların muğam sənətinin
incəliklləri ilə Avropanı heyrətdə qoyduğu bir
zamanda, dünyanın Şərq musiqisinin zəngin
qollarından biri olan Azərbaycan musiqisinə
heyran olduğu bir vaxtda öz içimizdən çıxan,
özünü bəyənməyən, muğama çəpəki baxanlar,
onların
musiqimizə
gətirmək
istədiyi
cılız,
yöndəmsiz, mənasız hərəkətlər, sitatlar şairi
narahat edir.
F.Sadıq yaxşı sənətkarı, şairi ürəkdolusu şirin
bir dillə tərənnüm edir. Hətta onun yoxluğu da
F.Sadığın dilini saxlaya bilmir. "Şair-mütərcim
Vladimir Əbdüləzim oğlunun məzarı başında"
şerində
şair
ürək
yanğısıyla
qərib
bir
məzarıstanda yatan istedadlı sənətkarın sənətini,
şəxsiyyətini, acı taleyini qələmə alır. Fikrət Sadıq
tərcüməçi-şair
sənətkarın
zəhmətini
yüksək
qiymətləndirir." Ey bizi dünyaya tanıdan şair"-
deyə müraciət etdiyi insanı, istedadını, gecələr
sübhə qədər göz yummayıb qalın-qalın, cilid-cilid
kitabları tərcümə edib ölkələrə yaydığını, çəkdiyi
zəhmətin
müqabilində
"mükafat,
ad-san"
ummadığını
açır, şairə, sənətə
hörmətin
azalmasından doğan qəmini-qüssəsini, eyni
zamanda şairə olan hörmətini, onun sənətini,
əməyini yüksək qiymətləndirdiyi bu misralarda
230
F.Sadıq "yerə-göyə sığmayan ustad" adlandırır.
Qismətinə düşən hər əzabı "alın yazısı" kimi
qəbul edən bir insanın ondan sonra da
yaşayacaq
əməlini,
işini
həzin,
kövrək
misralarının mövzusu edir:
Sakit bir güzəran sürdün sadəcə,
Təmtəraq, bərbəzək
bilmədin
nədir.
Sənin millətlərə bəxş elədiyin,
Qədim şerimizin inciləridir.
Şair onun əməyini, zəhmətini "xalvar-xalvar
gördüyü" işi
şəhid-sənətkar
yüksəkliyində,
ucalığında vəsf edir:
Sən dostdan-tanışdan nigaran
getdin.
Son illər nə qədər şəhidimiz var.
Sən şerin, sənətin qurbanı oldun.
Qoy sənə
ad
verim şəhid-
sənətkar.
O Şəhid sənətkar ki, o bütün dünyada şairləri
tanıdıb, amma onu öz yurdunda "tanıyan
yoxmuş." Şair bunun günahını soyuq dövranda
görür. Onun zəhəmətini, əməyini, "Sizif" (əsatir
qəhərəmanı) zəhmətinə bənzədir, özgə qəbirlərin
arasında "yalnız", "qərib" hiss elədiyi şairə-
sənətkara yanır:
Sən ki, yerə, göyə sığmırdın,
ustad,
|