Dünya xalqları öz nadir sənət incilərini



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə12/37
tarix09.02.2017
ölçüsü1,77 Mb.
#7868
1   ...   8   9   10   11   12   13   14   15   ...   37

DAĞLAR MÖVZUSU

Fikrət Sadıq yaradıcılığında insan,  ağac, 

təbiət hər biri bir obrazdır.  Şair bəzən bu

obrazları vəsf edir,  bəzən onlardan incik, 



183

gileylidir,  bəzən bu obrazlar fəlsəfi dünyasının

qəhrəmanlarıdır.  Bütün bunlar kimi Dağlar da

şairin yaradıcılığında bir mövzudur.

Gördüyü,  gəzdiyi,  seyrinə çıxdığı,  məftunu

olduğu dağlar şairin daxili aləmindən, keçirdiyi

sıxıntılardan bəhs etmək üçün bir motiv deyil, 

əksinə,  dağ şairə bəzən kədər,  bəzən sevinc, 

ucalıq bəxş edir.

Bir zamanlar "ətəyi laləli", "qayası şəlaləli" bir

dağı yağan leysan yağışlar yuyub aparmış, onun

"sahmanı dağıl"mışdır.  Gördüyü mənzərə şairn

qəlbində kədər oyadır.  "Yeri düzənlik olmuş" 

dağa şairin baxmağa ürəyi gəlmir.  "Yumdum

gözlərimi, baxa bilmədim" deyən şair dağın belə

qətrə-qətrə əriməsinə başqa bir poetik don

geyindirir,  açıb-ağartmadığı "yerində özü boyda

dağ qal"dığı dağın mənzərəsində,  görünüşündə

bir məna gəzir.  Ç ünki bu qayalı meşələr,  düzlü

dağlar gəzməkdən yorulmadığı, baxdıqca heyran

olduğu səfalı yerlərdir. Şair

Anamın ayağına

Düşüb öpdüyüm kimi

Öpdüm ətəyinizdən-

-dediyi dağların qəlbinə verdiyi işığı,  nuru

tərənnüm edir.  Dağların mənzərələri şairin daxili

əhval-ruhiyyələri ilə bağlı şəkildə tərənnüm

olunur. 


184

Bəzən


dərd

içini


yandıranda,  qəzəbini

coşduranda, 

sinəsini

düşmənə


kin-nifrətlə

dolduranda şair səbrini daha basa bilmir:

Silkələn, uçul, dağıl,

Zalımların başına.

Sənmi həsrət qoymusan,

Qardaşı-qardaşına. 

Eyham,  istehza,  kinayə dolu bu misralarda

şair düşmənini tanıdığını bildirir.  Millətin başına

gətirilən müsibətlərin səbəbkarlarını lənətləyir. 

Şair üçün bir böyük dərd də vardır.  Bu

Azərbaycanın qismətinə yazılan Kür,  Araz, 

Qoşqar,  Savalan,  Camış,  Murov,  Vedidir.  Araz

onun köksünü yarıb sinəsinin üstündən keçir. Kür

dərd dolu,  bulanıq axır.  Vedi Dəlidağa,  Murova

həsrətlə baxır. Savalanın başından duman əskik

olmur.  Dağlar bir-birinə sərhəddimi,  arxadımı, 

yoxsa Azərbaycanın içində böyüyən dərddimi

görən? Budur şairi düşündürən.

"Dərdli

sərhəd


dağları, 

yolları


bağlı" 

olmağından

nigaran

şairin


yaradıcılığında

"dağlar"  mövzusu vətəndaş şairin torpağının, 

dövlətinin,  millətinin

taleyinə


biganə

qala


bilməyən, işğal altında inləyən Şuşanı, Qarabağı, 

Ağdamı,  Zəngilanı,  Cəbrayılı-adını çəkməydiyim

neçə-neçə eli-obası talanan,  çapılan torpağın

əzablarını canının ağrısı kimi qəbul edən Fikrət

Sadıq dünyasını açıb tökmək üçün bədii

priyomdur.



185

Dağlar


bəzən

şairə


öz

daxili-mənəvi

duyğularını da tərənnüm etməyə imkan verir. 

Şair:


Nahaq güvənmişəm mən sizə

dağlar.


Demə üstünüzü qar alacaqdır.

Hardan biləydim ki,  bu ayrılıq

var.

Sevginin ocağı qaralacaqdır.



Belə bir möcüzə görməmişəm

mən.


Gəlin hali edin məni bu sirdən.

Kimin xəyalına gələrdi birdən,

Qartallı dağları sar alacaqdır.

Dağlar


bəzən

şairin


güvənc

yeridir. 

Gəncliyinin ən coşqun çağında yazılmış bu şerdə

dağlar şairin sevdiyi,  inandığı,  arxalandığı bir

gözəldən gördüyü vəfasızlığı,  sınıq könlünün

əzablarını daha təsirli,  bədii cəhətdən qüvvətli

verilməsi üçün yararlandığı vasitədir.  Şairin

güvəndiyi, amma bu güvəncində yanıldığı dağlar

şairin sevgisidir.  Dağlar kimi vüqarlı,  əzəmətli

bildiyi sevgisinə güvənməkdə yanılmış lirik

qəhrəmanın keçirdiyi hisslər poetik bir dillə verilir. 

Şair sevgisini "qartallı dağlara"  bənzədir.  Bu

qartallı dağların üstünü "sar"  (ayrılıq,  hicran) 

alması onu kədərləndirir.  Keçirdiyi narahatçılıq, 

iztirablar lirik bir dillə tərənüm olunur.


186

Ümumiyyətlə, 

"dağlar" 

istər


xalq

ədəbiyyatiının,  istərsə də yazılı ədəbiyyatın ən

çox müraciət etdiyi mövzudur.  Dağ yazılı

ədəbiyyatda lirik qəhrəmanın pənah apardığı, 

həyatdan, 

vəfasız


sevgilisindən, 

öz

zəmanəsindən şikayət etdiyi,  müraciət etdiyi bir



predmetdir. 

"Dağlar" Qafqaz və Azərbaycan poeziyasında

ən çox müracət edilən mövzu olsa da,  onun ən

gözəl nümunələrini yaradan şairlərimiz arasında

Fikrət Sadığın da öz yeri, öz dəsti-xətti var.

Ədəbiyyatımızın

mərdlik,  vüqar,  əzəmət

simvolu olan dağ şairin "Dağlar" şerində dərdlidir, 

"sinəsi dağlı dağlar"dır,  "Yolları bağlı dağlar"dır. 

Sizə nə deyim sizdən -deyə müraciət etdiyi,  üz

tutduğu dağın həsrətinə,  kədərinə öz dərdi, 

kədəri kimi baxır, şair elə bil keçirdiyi vətən, yurd

ağrı-acılıarını ifadə edir:

Bu gözəl yerlər gərək

Kədərli olmayaydı.

Güneydəki bənövşə

Qüzeydəki lalənin

Həsrətini çəkərək,

Saralıb solmayaydı.

Bu

dərdli,  yaralı



dağda

Azərbaycanın

sinəsinə vurulan,  Güneyə,  Qüzeyə parçalanan

bir-birinə həsrət doğmaların göz yaşı var.  Bu

"Necədir o yan dağlar"  sorğusunda Murovun bu

üzünün o üzündəki Kəlbəcər,  Zəngilan,  Göyçə, 



187

Vedi həsrətinin açdığı yaraların göynərtisi, iniltisi

var.  Şair bu həsrətə,  dərdə ürək yanğısıyla

yanaşdığından:

Güclə ayrı salınan,

Qardaşının halına,

Alış dağlar, yan dağlar!-deyir.

Hələ vüqarını,  əzəmətini qoruyub saxlayan, 

hələ dizini düşmən önündə qatlamayan,  hələ

doğmalarına ürək-dirək verəcək görkəmlə üzü

bəri baxan qayaları,  qalalı dağları şair düşmənə

boyun əyməməyə,  dərdi-səri unutmağa,  "yetim

uşaqlar kimi" bir-birinə qısılıb durmamağa, ətalət

zəncirini qırıb dağıtmağa çağırır.  Bir-birinin

çiyninə qısılıb qalan bu dağları mübarizəyə

qalxmağa,  olum-ölüm

mübarizə

meydanına

atılmağa

səslədiyi

dağlarının

timsalında

Azərbaycan

torpağının

tikanlı

məftillərdən



təmizlənib

azadlığa,  müstəqilliyə

qovuşdura

biləcək igid oğullara müraciətdir:

Əzab olarmı bunca,

Vətəni ayırınca,

Odlara qalan, dağlar.

("Dağlar")

F. Sadığın "Dağlar" şerində bir bayatılılıq var. 

"Hələ şifahi xalq ədəbiyyatımızın ilk nümunələri

olan bayatılarda dağlar bəzən ilahi bir qüvvə, 

əfsanəvi bir varlıq,  bəzən insana arxa və

sığınacaq, bəzən də dəhşətli və qorxulu bir varlıq


188

şəklində bədii təsvir və müraciət obyekti kimi

diqqəti cəlb edir"

Məsələn:


Bu dağlar ulu dağlar, 

Çeşməli, sulu dağlar.

Burda bir qərib ölmüş

Göy kişnər, bulud ağlar.

F. Sadığın bu misraları da bayatıya bənzəyir.

Dərdli sərhəd dağları,

Sinəsi dağlı dağlar.

Cığırları tikanlı

Yolları bağlı dağlar.

Dağlar həmişə xalq dastanında qəhramanın

üz tutduğu yerdir.  Yazılı ədəbiyyatda Nizamidən

üzü bəri dağlar poetik obyektə çevrilir.  Bu gün

dağ və onunla bağlı obrazlar bəzən Vətənin

simvolu kimi,  hami,  sirdaş,  arxa,  insanların, 

təbiətin əzizi kimi poetikləşdirir,  qara,  topa-topa

yağış buludları "zəmilərin,  bağların üstündən

ağır-ağır"  keçərək,  sanki təbiətin suya olan

ehtiyacını duymayaraq,  bəlkə də "saymazyana" 

keçərək öz yağışını dağlara boşaldır.  Dağlar isə

buludların "mərhəmət"  saydığı bu yaxşılığı " 

comərdliklə qarşılayır,  dağlar buludların əksinə

olaraq,


Dağlar dözməyir bu namərdliyə,

Yağışı qətrə-qətrə,

Zərrə-zərrə yığıb bir yerə,

Axıdır aşağı, 



189

Axıdır paxıl buludların

  Əsirgədiyi düzlərə.

   ("Dağların böyüklüyü")

Bu

şerdə


dağların

böyüklüyü

onun

mərdliyində, 



haqqı-ədaləti, 

düzlüyü


uca

tutmasındadır. İnsanların cəmiyyətdə dağların bu

"etibarından", "ədalətliyindən" yararlanması üçün

çox şey var.  İnsanlıq rəmzi kimi ümumiləşdirilən

"dağ"  insanın həyat yolunu konkretləşdirir,  Bu

poetik


parçalarda

şair


buludlarla

dağları


özünəməxsus bir şəkildə insana yaxınlaşdırır. 

Dağlar vüqarlı,  curətli,  mərd insan qədər böyük

və ülvidir. 

"Qızıl dağlar ölkəsində "  bağışlanan "  dost

payı"  da dağdır.  Altayda dostları ona "ağır bir

dağ" bağışlayırlar, lirik qəhrəman gücü çatıb özü

ilə gətirə bilmədiyi bütöv bir dağdan iki qəlpə daş

götürə bilir. İki qəlpə çaxmaq daşı! "Bu iki qəlpə

çaxmaq daşında"  olan güc,  qüdrət,  sehr,  cadu

lirik qəhrəmana imkan verəcək ki:

Dara düşsəm,

Bir-birinə çaxacağam. 

Dağlar, qayalar yeriyəcək,

Köməyimə Altaydan.

Belə bir sehr var,

Dost payında.

Şair "qızıl dağlar ölkəsi" adlı ərazini təsvir və

tərənnüm


etməklə

minillik


tariximizin

ən

öncəliklərinə qayıtmış olur.



190

Şair burada türkdilli xalqlarda əsas başlanğıc, 

əcdad,  kök kimi qəbul etdiyi dağ məfhumunu

poetikləşdirir.  Türk dilli xalqlar,  o cümlədən

altaylar

dağ


ruhuna

inanmış,  igid,  cəsur

qəhrəmanı dağların yaratdığına inanmış,  mifik

inamlarında bunu qoruyub saxlamışlar.  İki qəlpə

çaxmaq daşı dağ ruhuyla ilişkəlidir.  F.Sadıq bu

mifik duyuma bir müasirlik gətirməklə onların

işığında oğuz-türk-türkmən-altay birliyini,  bir

kökə,  inama tanımanı ümumiləşdirir M.  Seyidov

"Azərbaycan xalqının soykökünü düşünərkən" 

əsərində yazır:  "Altay xalqının əski əfsanəsində

deyilir ki,  Altay dağları öz yüksəkliklərinə, 

görünüşlərinə görə çox gözəldir,  onlar daşqına

qədər bahadırlar,  igidlər idilər.  Bu bahadırlardan

bir


sırası

valideynlərinin

başqalarının



ovsunundan dağa dönüblər.  Daşqından sonra

elə ki,  torpaq öz əvvəllki vəziyyətinə gəlir.  O

bahadırları öz üzərində saxlaya bilir.  Buna görə

də onların hamısı dağa dönüblər". .

F.  Sadıq poetik bir şəkildə dost payı kimi

qəbul etdiyi o dağ ruhunda bir atanın övladlarını-

türk dünyasının İlkinliyini-əbədiliyini birliyə olan

meylini ümumiləşdirir.  "Üç söz"də isə şair

"toxmaq", "tomraq" şəklində Azərbaycan, hind və

altayca işlənən bu sözün "dəstəkli balta-bıçaq" 

mənasında işlənməsindən çox şair poetik bir dillə

fikrimizi bu sözün "qardaş" olduğuna yönəldir:  

Bir-birinə bu qədər yaxın,


191

Bir-birindən bu qədər uzaq,

Üç qardaş sözə bax!

"Altay" şerində də şair Altayla Qafqaz dağları

arasındakı oxşarlığı,  "Biçiktü"  (Pitikli dağ)  yazılı

dağları ilə Qobustan yazılı qayaları,  Aygöllə-

Göygöl, Xatunsu-Bəysu qovuşduğu yer ilə Arazla

Kürün


qovuşduğu

Suqovuşan

arasındakı

oxşarlığı tərənnüm edərkən sanki türk övladının

qəlbinin incə tellərinə toxunmuş olur,  onun

keçmişini,  türk dünyasının birliyini,  bütövlüyünü, 

türk

qəbilə


birləşmələrinin

ilkin,


toplumsal

şəklində


yaşadığı

dövrü,  onların

ardınca

yaşadıqları ərazini genişləndirməsi,  maldarlıq, 



həyat,  məişət üçün yararlı ərazilərə köçmələrini, 

köçdükləri

yerlərə

öz

doğma



ərazilərinə, 

çaylarına oxşar adları da qoyması,  bir kökdən

qopub,  ayrılıb,  dünya tarixinə öz şərəfli tarixini

yazması türk xalqlarını,  eyni dilə,  mədəniyyətə, 

incəsənətə,  mənəviyyata malik türk övladları

olduqlarını yada salır və F.Sadığın "qızıl dağlar

ölkəsi"nin

sakinləri

onların


doğmaları, 

əzizləridir,  onların-İlkin köçərilərin "hələ tarixin

iməkləyən

çağında"  qurub-quraşdırdığı

bir

mühərriki təsvir edir:



Dirsəkli oxun qütbü-iki:

Yaylaq-qışlaq.

Dörd bölümlü iş;

Yaz, yay, payız, qış.

Dağdan çölə,


192

Ç öldən dağa:

Otlaqdan otlağa!

Şair burada türkdilli xalqlarda--Günbatan, 

günçıxan tərəfləri yaylaq-qışlaq kimi təsvir edir. 

Günəşə tapınan türkdilli xalqlar,  o cümlədən

altaylar

maldarlıqla

mışğul

olduqlarından



yurdlarının da günçıxan tərəfdə salırdılar. Şair öz

sələflərinin məşğuliyyətinə,  həyat şəraitinə,  iqlim

dünyasına dərindən bələd olduğundan, dünyanın

hər yerinə səpələnmiş dili bir, kökü bir  millətinin

hansı bölgədə, hansı səmtdə yaşamasından asılı

olmayaraq qoruyub saxladıqları milli bərabərliyi, 

oxşarlığı tərənnüm edir.  Birbaşa olmasa da

dolayı yolla ulu əcdadlarının qoyduğu qaydalara

əməl etmələrini tərənnüm edir.

Türk


xalqları

üçün


dağ

ucalığı


müqəddəslikdir.  Ümumiyyətlə,  ilkin dövrlərdə

türkdilli

xalqlar

dağların


əhatəsində

yaşadıqlarından dağı mifikləşdirmiş,  ona Tanrı

xislətli bir məfhum kimi baxmış,  özlərinin Dağ

Tanrısını yaratmışlar:"Sibirdəki türk xalqları,  o

cümlədən altaylılar dağı öz ailələrini, soyadlarının

kökü,  başlanğıcı,  yardımçısı saymışlar.  Altaylılar

dağı adətən insan şəklində təsəvvür etdiklərinə

görə onun ayrı-ayrı hissələrini insan bədəninə də

oxşadırdılar. Dağ-aru-tos- müqəddəs başlanğıc

sayıldığından onlara elə gəlirmiş ki, qəhrəmanlar

dağ ruhundan yaranmışlar.


193

Şair Altay-türk- qonağı olduğu ellərin adət-

ənənələrindəki,  məşğuliyyətindəki,  inamlarındakı

ona yaxın olan görüntüləri qələmə alır.  Öz

kökünə, soyuna bağlı türkdilli Altaylıların dağlarla

əhatə olunmuş ərazilərdə bu gün də yaşamaqda

davam etməsi,  maldarlıq məşğuliyyətləri,  onların

övladlarının

da

öz

dağlarına



bəslədikləri

məhəbbəti könül oxşarlığıyla tərənnüm edir. 

Oğuz türkləri kimi Altaylılar da hər bir çaya, dağa, 

gölə,  vadiyə

ad

verib


onları

yaşatmış, 

müqəddəsləşdirmiş, 

nəsilllərdən-nəsillərə

ötürmüşlər.  Bu gün şairin Pitikli dağ-Qobustan, 

Gümüşsu-İstisu,  Aygöl-Göygöl,  Xatunsu-Bəysu-

Kür-Araz adlarında gördüyü bənzərliklər,  özü də

əsrləri adlayıb gələn bənzərliklərdir. Bunların yaşı

minilliklərdən də öncədir.  Qədimdən üzü bəri

bütün dağ zirvələrinin sahibi hesab olunan Altay

ruhu

şairin


tərənnüm


etdiyi

ellərdə


müqəddəsdir. O hər şeyə qadir ruhdur. İnsanlara

qarşı xeyirxah olan bu ruh qışda tufan,  çovğun

göndərib mal-qaranı məhv etmir,  ovçuları ovsuz

qoymur. O, insanların dağdan çölə, çöldən dağa, 

otlaqdan otlağa apardığı mal-qara,  qoyun-quzu

sürülərinə otluq,  bol yemlik nəsib edir.  Onları

qoruyur. Yayda yaylağa, qışda qışlağa köç edən

bu yelərin insanları bolluq içərisində yaşayır, 

lakin Altay ruhu pis insanları cəzalandıra da bilir. 

İnsan onu unutduqda,  şər əməlləri baş alıb

getdikdə,  etibarsızlıq ucbatından onun lənətinə


194

də düçar ola bilər.  Lap qədimdən qurub-

yaratdıqları dirəkli ox köçəri çobanlara imkan

verir ki,  işini ehtiyatlı qursun,  yaylağını,  qışlağını

tanısın.  Şair onların adət-ənənə və inamlarında

Azərbaycan türklərinin adət-ənənələrini görür, 

inamlarını hiss edir. Qoşa çaylar-qovuşan çaylar:

Dəclə-Fərat

Qanq - Camma.

Ceyhun-Seyhun.

Kür-Araz,

Bəy-Xatun,

Bir-birindən xəbərsiz,

Beş Leyli-Məcnun.

-kimi

tərənnüm


olunur.  Dünyanın

çox


yerlərində olan qoşa çaylar arasında məskən

salan insan onları sevib,  onlardan "birləşməyi", 

"Sel olmağı", "ulus olmağı-el olmağı" öyrənib. Bu

çaylar insanlara ilham verib,  yaşamaq,  sevmək

öyrədib.  Bu çayların yaxasında həyat gül açıb, 

insanlara çaylar öyrədib "bir-birinə qovuşmağı, 

qoşalaşmağı", başdan-başa poetik zəngin fəlsəfi

duyğuların qol-qanad açıb pərvazlandığı və insan

qəlbini ehtizaza gətirən bu tərənnümlər Fikrət

Sadığın qələmində belə don geyinib.  Elə

təvazökarcasına,  elə sadəliklə,  elə bir biçimlə

deyilib ki, elə bil elə öz əyninə tikilib. Bu misralar

harda yaşamasından asılı olmayaraq öz milli

mənəvi


dəyərlərinə

görə


elə

bizim


türk

dünyamızın

mənəvi

pasportudur. 



Onu

195

Oğuznamələr,  Dədə- Qorqudlar,  Qədim türk

dastanları,  zəngin poetik folklor nümunələri

nəsildən-nəsilə necə ötürübsə,  o yerlərə verilən

adlar,  o adlardakı onu yaradan,  düzüb-qoşan

xalqın


mənəvi

zənginliyi

bədii

xəzinəsinin



məhsulu olduğu duyulur və Fikrət Sadıq da öz

dövrünün Dədə

Qorqudu kimi gördüklərini

yenidən varaqlara köçürür,  uzunömürlüyünün -

bu millətin milli varlığının ilk qoruyucusu kimi

keşiyində

durur. 

Dədə-baba



türklərimizin

məhəbbətlə suvardığı bu vadilər,  qobular insan

məskənidir.  İnsana əzəldən gərək olan su yeri, 

torpaq yeri onu sevməyə səsləyib,  özünü də

sevdirə bilib.  Elə sevdirib ki,  bu gün onun bir əl

boyda,  bir qarış torpağını özününküləşdirəndə

dözmür,  qana-qan deyir,  şəhid verir,  yiyə durur, 

özündən güclü olan insan İblis,  şeytan əməlli

qonşularına da artıq elə bir dərs verib ki, gec-tez

itirilənlərimiz də geri qaytarılacaq.  Bir zamanlar

döyüş meydanlarında xaincəsinə öldürülən Turan

qəhrəmanlarından Alp Ər Tonqaya,  onun igidlik, 

mərdlik dolu həyatına xalq əvvəlki minilliyin U-U1 

illərində necə ağılar demişsə, o ağılar bu gün də

xalq içərisindədir və bu xalq nə torpağını,  nə o

sevdiyi torpağın yetirmələrini unutmur,  sevincinə

toy-bayram

edir,  kədərinə

ağlayır,  çətinə

düşəndə səsinə səs verir və bu gün də şair bunu

istəyir,  gəzdikcə ulularının torpağındakı adət-

ənənəni öz evində də görür,  bu sevginin,  bu



196

məhəbbətin mayasının hardan gəldiyini duyur, bu

doğmalıq isə onun şair ilhamını coşdurur. 

Gördüklərini uşaq kimi sevinə-sevinə deyil,  bir

müdrik

ağsaqqal


kimi, 

özünəməxsus

şəxsiyyətinin

çəkisi


qədər

bir


zənginliklə

tərənnüm edir.  İnsanın ən böyük varı-dövləti, 

meyarsız çəkisi onun insanlığında,  zəkasınnın

gücündə,  düşüncə zənginliyində pərvəriş tapır. 

İnsanı geyimiylə qəbul edib ağlıyla yola salan

kamil insan bilir ki,  Fikrət Sadıq kimi insanların

varı-dövləti elə onun mənəvi zənginliyidir və

bunlar onun yaratdığı əsərlərində öz çəkisini

saxlayır.  Bir şair ki,  gördüyü,  gəzdiyi türk

torpaqlarında

qorunub

saxlanan


ən

incə


detallarını bu dərəcədə dərindən bilir və onun

haqqı var öz mənsub olduğu xalqı öysün, 

qələminə qüvvət, Ata! 

Şair bu qoşa çayları "Bir cüt qaranquş"a, "bir

cüt sevgili"yə bənzədir və onun nəzərində "bu

çaylar bir -birinin dilini bilir".  Dağ kimi türk

xalqlarında su da etiqad olunan,  tapınılan varlıq

olduğunu şair gözəl bildiyindən türkün suya

bağlılığını

da

məhəbbətlə



tərənnüm

edir. 


Könülisidici misralarla,  şirin bir doğmalıqla vəsf

edir.  Əski dünyası birliyi sevib,  öz yurdunun, 

özününkülərin qayğısına qalıb,  ağıllıları birlikdə

olub,  dəlisovlarının gücünü,  təpərini xalq millət

naminə vuruşa yönəldib,  birləşiblər,  xoşluqla, 

boşluqla,  çəkişə-çəkişə,  bərkiyiblər.  Dünyaya



197

Hun imperiyasını,  Osmanlı imperiyasını,  Böyük

Daşqın dövrünə qədər mövcud olan şumer

dünyasının da izlərini qoyublar.  Bəşəriyyət bu

həqiqətə göz yuma bilməz. İndiki türk dünyasının

ulu əcdadları olan şumerlərin Kramerin dediyi

kimi "Tarix şumerlərdən başlayır"  bir tədqiqatçı, 

tanınmış alimin gəldiyi tədqiqat işlərinin nəticəsi

kimi sübut etdiyi bu həqiqət nə qədər ört-basdır

edilməyə çalışılsa da,  Günəşin nə qədər üstünü

qara buludlar örtməyə çalışsa da, o günəş doğan

kimi bu həqiqət də həmişə hansı yollla olur -olsun

həqiqət kimi qəbul edilir. Və bütün dünya xalqları

kimi türk xalqları da müasir sivilisasiyamızın sivil

dövlətləri kimi öz adlarını bu dünyanın tarix

kitabına yazıblar.  Tarix isə pozulmazdır.  Bütün

bu yüksəkliklərə isə türkün türkə qayğısıyla əldə

edilib.  Bu qayğı çəkmək hissi onları birləşməyə, 

birliyə doğru getməyə,  onu qoruyub saxlamaqla

bir dövlət kimi formalaşmağa aparıb.    Şairin

tərənnüm etdiyi o suqovuşanlarda məskunlaşan

türk xalqları məskunlaşdığı ərazini qorumağı, onu

sevməyi,  ilahiləşdirməyi bacardığından,  əski

vətən onqonu yaradıb.  Türk xalqları yaşadıqları

ərazini, 

yeri, 


onun

təbii


gözəlliklərini

qiymətləndirməyi, 

ona

itaət


etməyi, 

ona


xoşbəxtlik,  firavanlıq gətirən çölləri,  düzləri, 

çayları sevmək,  bir-biriən yaxın dilibir xalqlarla

ünsiyyət saxlamaq,  çətin işlərini asanlaşdırmaq, 

dünyada insan kimi yaşamaq üçün birləşmək, 



198

birlikdə olmaq qabiliyyəti aşılayıb.  İnsan-türk

övladı təbiətin möcüzələri fövqündə özünü

tanıyıb,  bütün canlılardan üstünlüyünü,  qüdrətini

duyub,  insanlığa qiymət verməyə başlayıb.  Yer

üzünün əşrəfi insan onun nəzərində fövqaladə bir

qüdrət sahibi kimi vəsf edilib.  İnsanlıq qiymətini

almağa başladıqca dünyada troya, səlib yürüşləri

yavaş-yavaş da olsa azalmağa başlayıb.  İnsan

şüuru,  düşüncəsi çox həlli olmayan məsələlri

açıb. Bu yolda türkün də öz dəsti-xətti olub. İnsan

məhəbbəti su,  yurd,  torpaq məhəbbətilə birləşib

insanı ali varlıq edib.  İnsan Su Allahını,  yurd

Tanrısını, 

Məhəbbət

ilahəsini

yaradıb, 

yaratdığında özünü tapıb,  mifikləşdiridiyi bu

inamın işığında elə köklənib ki,  dünyaya

Nizamilər,  Füzulilər,  Firdövsilər,  Heredodlar, 

Aristotellər…  verib.  Və zaman keçdikcə hər bir

xalq qadir olduğu işi görüb.  İnsani duyğular

üstündə köklənən türk dünyası ilkin dünyasıyla

seçilib və bu seçimində bu gün də özünün

ilkinliyini qoruyub saxlayır. 

F.Sadıq


bu

günün


insanıdır, 

lakin


minilliklərdlən öncəki adət-ənənənin,  məişətin, 

ona əziz olan bir inamın işığında kökləyir

qələmini.  Suya,  torpağa bağlılıq bu gündə

yaşayırsa, hardan gəlib bu silinməz əbədi qayda-

qanunlar ki,    adət-ənənələri,  inamları belə

qoruyub? Türk xalqlarında su, yerlə bağlı tanrılar, 

"vətən-yurd"  məfhumu

yaranan


formalaşan

Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin