Dünya xalqları öz nadir sənət incilərini



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə13/37
tarix09.02.2017
ölçüsü1,77 Mb.
#7868
1   ...   9   10   11   12   13   14   15   16   ...   37

199

zaman və sonralar,  ehtimal ki,  yer,  su tanrıları

maddi həyat ehtiyacları və həyat tərzi ilə ilişgəli

olaraq ən qüvvətli, ən böyük tanrılardan biri kimi

xalqların inamında kök salmışlar.  Bu tanrılar

guya türk xalqlarının gündəlik maddi və mənəvi

ehtiyaclarının ödənilməsinə yardım edirdilər. 

Ç ünki biri su ilə, biri isə torpaqla, yerlə bağlı idi. 

Türk xalqları hər iki Tanrını birləşdirməklə onun

simasında öz maddi ehtiyaclarının müdafiəçilərini

görürdülər.  Şairin görüb hüsnünə heyran olduğu

türk


xalqları,  o

cümlədən,  altaylılar üçün

müqəddəs bildiyi məbudlara-tanrılara yer,  su

deyilir. "bu məbudlar ya uca dağların zirvələrində, 

eləcə də ölkələri yaşıllaşdıran çayın başında

otururlar".

Azərbaycan xalqının soykökündə duran əski

qəbilə birləşmələri də öz inam və etiqadlarında, 

əkinçilik, ovçuluq,  maldarlıq məşğuliyyətlərinə

görə altaylılarla yaxınlıq təşkil edir. Eyni inam və

etiqadlara söykənən türk xalqlarının milli-mənəvi

dəyərlərinə şair

münasibətində eynidir.  O, 

tərənnüm etdiyi Gəlin Xatun çayını yurdunun

Həkərisi, Arazı, Kürü, Arpası kimi sevir, tərənnüm

edir.  Görünüşündə duyulduğu doğmalıq şairə

imkan verir ki,  qəmzə,  naz donlu,  xanım-xatın

yerişli "Gəlin Xatunu" vəsf eləsin:

Al da yaraşır ona, şal da!

Yenə bəzənib-düzənib,

Görüşə tələsir gəlin Xatun.


200

Bəy gözləyir onu-

Su qovuşanda.

Kür Arazı,  Araz Kürü suqovuşanda necə

gözləyirsə, həzin-həzin nazla axan Xatunu Bəylə

qovuşmağa doğru axımını şair o incəliklə, 

həssaslıqla tərənnüm edir.  Baykaldan Bosfora

qədər,  Türküstandan Yakutiyanın tundrasına

qədər,  Qafqazdan Fars körfəzinə qədər uzanan

nəhəng


türk

dünyasının

qədim

dövrlərdən



mərkəzi hesab olunan Altaya səyahət edən şair

gördüyü, 

eşitdiyi

hadiəsələri, 

rəvayətləri, 

mənzərələri tərənnüm edir.  Altay qoğala-Göy

Anası ulduz yapmaq üçün təndirə yapdığı üstü

xaşxaşlı qoğala bənzədilir:

Göy Ana

təzə qoğal-ulduz yapacaqdı



intəhasız göy təndirə.

Əlləri əsdi.

üstü xaşxaşlı

qoğal -ulduz düşdü yerə.

Göy Ana

əlinin


tini

ilə


qoğalın

üstündə


qobular yaratmışdı.

Dağlar ucaltmışdı.

Ay işığı axıtmışdı,

Əlini çəkdiyi dərələrə

Əlləri əsdi,

Üstü sıra dağlı



201

Qoğal-ulduz düşdü Yerə,

Oldu Altay!

Şairin şerində işlətdiyi Göy Ana ifadəsi

Altaylılar,  eləcə də türk dünyası üçün doğmadır. 

Qədim türk mifologiyasında allahlar panteonunda

Göy Tanrı birinci yerdə durur.  Qədim türklərin " 

əsl dini gerçək inam bəslədikləri"  Tanrı kainata

hakim olan Göydür,  Göyüzüdür.  Hələ yeddinci

əsrdə Bizans tarixçisi Simakattas yazırdı ki," 

qədim türklər yalnız kainatın yaratdığı olaraq

bildikləri və tək ulu qüdrət olaraq qəbul etdikləri

Göy Tanrıya tapınmışlar".  Göy Ana-Göy Tanrı

yaradıcı funksiyaya malikdir.  Dünyanın sahibi

Səma-Göy Ana tarixi mifologiyada hər şeyə

qadir,  yerin

yaradıcısı,  insanın

yaradıcısı, 

dünyada baş verən hadisələri idarə edən, insana

ömür bəxş edən,  müdriklik verən,  günah

işlədənləri

cəzalandıran

qüdrət

sahibidir. 



Altayların bu günə qədər mifik inamlarında

yaşatdığı Göy Tanrı -Səma kultu çox qədim

dövrlərin

qəbilələrinin

mifik

təfəkkürünün



məhsuludur:"Qeyd etmək lazımdır ki, Səma kultu

Mərkəzi Asiyanın bir sıra köçəri tayfaları

arasında

hələ


qədim

türklərdə

dövlət

yaranmasından xeyli əvvəl yayılmışdı.  Həmin



xalqların tərkibində etnik elementlər olduğundan

qədim türklər öz etnik əcdadlarından çox şey

götürmüşdülər.  Asiya köçəriləri içərisində səma

kultunun rolu və əhəmiyyəti o qədər böyük idi ki, 



202

C.P.Ru onu dini tenqrizm baxışları adlandırmağa

cəhd etmişdir". L.P.Potapovun "Altay şamanizmi" 

əsərində göstərilən bu məsələlərdən ətraflı

danışılır.  Fikrət Sadıq bir şair kimi,  həm də türk

mifologiyasına,  Altay,  Mərkəzi Asiya,  Xəzər, 

oğuz,  qıpçaq və digər türkdilli tayfaların Allahlar

panteonuna

dərindən

bələd


olduğu

üçün


şerlərində bu obrazları poetikləşdirmədə çətinlik

çəkmir.  Altay dünyasının yaranışında da bir

ilahilik,  bir müqəddəslik axtarır.  Yaradanın əl

çəkdiyi qayası,  dağı,  ocağı ilə zərif naxışlar

vurduğu,  min bir bəzək tökdüyü Altay ulduza

bənzədilir. Elə bir ulduza ki, onun hər qayasının, 

daşının, ağacının yiyəsi var. Şairin "göydəmir at", 

"keçi başlı" "qaraşamlı", "yalınqat" adlı qayasının, 

ağacının,  yolunun Ulduzununun,  Günəşinin, 

Ayının öz yiyiəsi var və şairin arzusu,  Altaydan

bircə istəyi budur ki,  "bu yurdun təkcə o olsun

yiyəsi" və şair Altayından- türk dünyasının qədim, 

əzəli türk torpağınını sabahından nigaran olduğu

üçün,  bu gün qoynunda yaşadığı Azərbaycan

türk dünyasının başı çəkən müsibətlərdən ibrət

dərsi götürdlüyü üçün onu ehtiyatlı olmağa

çağırır:

Altay sənə ərkim var.

Sənə bir söz deyəsiyəm.

Təkcə sənsən bu yurdun yiyəsi.

Qoru bu çayları, bu ağacları.

Qoru bu dağları, bu yamacları,



203

Qızıl adını qoru.

F.Sadıq Ağac-İnsan varlığında bir oxşarlıq

gəzir.  "Əski türkdilli xalqlarda ağac ana onqon, 

onqonların anası,  hərdən isə doğrudan doğruya

insanların,  qəbilələrin,  xalqların ulu babalarının

anası kimi özünü göstərir.

Şairin dediyi kimi:

Uzun illərdən gələn ağac-insan!-misrasını

bəlkə şair bu mifizmin işığında isinib yaradıb. 

Görününr çox gözəl bilir ki,  Altay eposunda ən

qədim dövrlərdən dünyanın mərkəzində bitən

ağac obrazı ən hörmətli obrazdır.  "Altay dastanı

olan "Maday qara" türk xanlığı dövründən əvvəlki

əsrlərin məhsuludur və burada dağ başında bitən

dörd qayın ağacı yeni batırlar nəslinin anası kimi

qəbul edilir.  Maday Qara təhlükə qarşısında

qalanda


körpə

oğlunu


həmin

ağacların

budağında beşik asıb onun içinə qoyur.  Uca

dağların zirvəsində bitən dörd ağac mifik obraz

olub igidlərin himayəçisidir.  Bir çox folklor

mənbələrində ağacın müqədddəsliyindən söhbət

gedirsə, 

Fikrət


Sadıq

Altay


xalqının

mifologiyasında olduğu kimi ağac birlik, eli-obanı

bir yerə yığan,  ağac heykəl,  ağac insan

cütlüyünə fəlsəfi mifik baxışlarında poetikanın

işığında yenə bədii don geyindirir.

Şair burada "Maday Qara"nın ölməzliyini vəsf

edir. O Maday Qara ki, Altay-türk dünyasının ilkin

bahadırlarındandır. 

Onun

ölkəsi


dağlıq, 

204

düzənlikdir,  yetmiş qollu çayı,  yeddi böyük dağı, 

qalası,  dağlar arasında yeddi vadisi var.  "Yeddi

qollu çayın qırağında,  yeddi dağın ətəyindəki

vadidə

daşdan,  doxsan



künclü

saray-yurd

qurulmuşdur".  Onun xalqı bu yerlərdə yaşayıb, 

onun çoxlu saylı sürüləri,  heyvanları olub.  Varlı

və qara adamlardan ibarət qəbilənin ağası

Maday qara şairin şe'rində yəhər üstə ömür

sürüb,  yaylaqlı,  qışlaqlı alaçıqlarda yaşayıb

qayalarına,  qobularına,  dağlarına,  görümünə, 

biçiminə, boyuna ad verib. O Altayda altmış xanı

məğlub edib "altmış kaanlı (xanlı) ölkənin başçısı

olub.  Qocalanda altına yeddi qat pambıq döşək

salınmış,  başının altına yeddi qat pambıq yastıq

qoyulmuş Maday qara 60  günlük yuxuya gedib

ayılanda sürülərini dağılmış,  qəbiləsinin pərən-

pərən düşdüyünü görüb öz batırlıq qüdrətini

saxlayaraq ayağa qalxır.  60  gündən sonra

oyanıb heyvanlar üçün yeni otlaq,  qəbilə üçün

yeni yurd yeri tapmaq qayğısını başa düşən

Maday qara özünün batır paltarını 62  düyməli

geniş şalvarını alıb geyinir,  90  qatlı çuqun altlı, 

çuqun çəkmələrini ayağına çəkir. Ay kimi işıqlı 62 

qızıl sədəf düyməli,  ikiüzlü sincan kürkünü

geyinir.  Gün kimi parlayan 72  gümüş sədəf

düyməli gün kürkünü çiyninə atır."

Altun dəbilqə qoyan,  tunc kəmər bağlayan, 

üstündən 68  düyməli,  qızıl işləməli tunc geyim

geyinən Maday qaranın bahadırın atı Qarış


205

Qulaq da 62  şəkilli qızıl yüyənlidir.  Altay

bahadırın

Maday


qaranın

yenilməzliyini, 

ölməzliyini,  vətəni Altayda daha yaxşı duyan

F.Sadıq öz bahadırları Koroğlu, Nəbi kimi Maday

qaranı da tərif edir.  Onu dan ulduzundan yerə

enən Altaylı kimi vəsf edir və onun ölməzliyini bu

misralarda ifadə edir;  döyüşdə,  yürüşdə qocalıb

öləndə də şairin qəhrəmanı "dönüb ulduz olur

yenə".  Altayın vadilərində qulaqlarına hələ də

atların kişnərtisinin gəldiyini duyur. Maday qara:

Mahnılarını, nağıllarını,

Ağaclara, axar sulara,

Ayın üzünə yazıb.

Ondan sonra qalan yurd yerləri çaylar, 

qobular dağlar altay qəhrəmanını,  altay xalqının

qədim igid bahadırlar yurdu olduğunudan xəbər

verir.  "Uğursu",  "Arcan qobu",  "Ağdağ"  kimi yer

adlarının doğmalığı şairin qəlbinə ilham gətirir. 

Kövrək qəlbinin həzin tellərini titrədir.  "Qızıl

dağlar ölkəsi"ndə gördüyü mənzərələr,  eşitdiyi

nağıllar, dastanlar, doğma Azərbaycanına bənzər

dağlar dərələr, meşələr, çaylar göllər şairə ilham

verir ki,  "Metenin min il əvvəl Günbatana atdığı

dəmir uclu qayım oxu"nu görsün:

Mən müqəddəs ağ qovağın

Min


il

əvvəl


xəzan

olmuş


yarpağıyam.

Qayıtmışam baxım görüm

Hanı mənim budağım?!-


206

- deyən şair bu budaqdan,  kökdən,  soydan

olduğunu unutmur və unutmaq fikrində də deyil. 

Əgər unutsa onda gərək əslini, kökünü, soyadını

unutmuş ola:

1982-ci il 25  iyul tarixində Vasili Şukinin

yubileyinə

dəvət


alan

şair


ulu

dağların


astanasında "üz tutub Batırqana".  Hər kəsi öz

dilində yad eləyən sənətkar torpaqa olan

sevgisini ümumiləşdirir:

Mən dilimin dil açdığı, 

O çağları unutsam,

Onda gərək bəri başdan

Soyadımı unudum.

Torpaq,  onun hər qarışı,  elə bir dağı da şair

üçün "Son şer"ində bütöv bir dağlar mövzusuna

bərabər  məzmun, ideya  zənginliyinə malikdir:

Göylər niyə zalim olsun,

Tale mənə zamin olsun,

Bir dərə məzarım olsun,

Bir dağı örtün üstümə.



207

SƏNƏT- SƏNƏTKAR- ZAMAN

Fikrət


Sadıq

şəxsiyyətinin

nədənsə

bir


sənətkar kimi "kölgədə"  qalması mənə elə gəlir

ki,  onun təvazökarlığının nəticəsidir.  Ç ünki bu

insan öz səsini qaldırmaq istəyəndə də abır-

həyasına qısılıb,  boğulub,  susub.    Həmişə belə

olub.  Bir zamanlar Məhəmməd Hadi,  Əli Kərim

varlığı da Fikrət Sadıq taleyini yaşayıb.  Mürşüd

Məmmədli bununla əlaqədar olaraq yazır:" 

Zənnimcə,  belə münasibətin əsasında yaradıcı

şəxslərin təvazö hissi ilə özünü reklam etmək

kimi zərərli peşəyə uymamaq mədəniyyəti durur. 

Bəlkə də bu mədəniyyətin kökündə    təbiətin

mahiyyətindən doğan  örnəklər durur. Axı göylərə

ucalan

dağların,  palıdların,  varlığın



əzəli

hikmətlərindən mücdə verən çayların, irmaqların, 

İsaq-Musaq

quşlarının

üfüqdə

qənirsiz


bir

gözəllik lövhəsi yaradan göy qurşağının özünü

təbliğə ehtiyacı yoxdur. Onları Tanrı neməti, tale

qisməti və mənəviyyat ruzisi kimi dəyərləndirmək

çağdaş anlaq və əxlaq sahiblərinin borcudur".

Müasir Azərbaycan poeziyasının inkişafında

öz dəsti-xətti olan şairdir.  Onun gərgin və

məhsuldar

yaradıcılıq

fəaliyyəti

ərzində

qələmindən



çıxmış

ən

yaxşı



əsərləri

ədəbiyyatımızın inkişafında,  onun əldə etdiyi

müvəffəqiyyətlərdə mühüm rol oynamışdır.

Anar yazır:"  F.Sadıq oricinal poeziyasında

heç kəsin təkrarı deyil,  öz üslubu,  öz dəsti-xətti, 


208

həyata öz baxışı olan bənzərsiz şer ustadıdır. 

Fikrət

poeziyasında



dilimizin

incəliklərini

dərindən-dərinə duymaq,  kəlmələri,  ifadələri

zərgər dəqiqliyi ilə seçmək,  sözün müxtəlif

çalarlarından,  sözlərin bir-biriilə qonşuluğundan, 

bir-birinə qoşulmasından,  ya bir-birinə qarşı

çıxmasından doğan gözlənilməz məna və obraz

tapıntılarından faydanlanmaq məharəti onu öz

səsiylə seçilən sənətkarlarımızdan biri kimi təsdiq

etmişdir"

F.  Sadıq öz əsərlərində sənətkara,  onun

sənətinə həmişə hörmət və məhəbbətlə yanaşır. 

Yaradıcılığında Sabir,  onun şəxsiyyəti,  keçdiyi

həyat yolu,  Azərbaycanın işıqlı gələcəyi naminə

mübarizə, əqidə mübarizəsi ayrıca bir mövzudur. 

Bu böyük sənətkarla eyni gündə dünyaya gələn

şair onun hər dəfə məzarını ziyarət edərkən, 

Sabir haqqında deyilən hər sözdə yeni Sabir kəşf

edir.  "Hophopnamə"  müəllifinin

Azərbaycan

satirik poeziyasının inkişafında oynadığı mislsiz

rolu görür. Onu yaratdığı əsərlərdə yenidən tapır. 

M. Ə. Sabir yaradıcılığına həsr etdiyi kiçik həcmli

şerləri ilə yanaşı,  "Ömrün bir günü"  poeması da

onun həyatından,  fəaliyyətindən bəhs edən

mükəmməl,  zəngin bədii dolğunluğa malik bir

əsərdir.  Şairin bu gözəl,  yığcam,  qüvvətli

kompozisiyaya malik əsəri haqqında hələ 60-cı

illərdə Məsud Əlioğlu yazırdı:"  Fikrət Sadıq

Sabirin böyüklüyünü səciyyələndirən ən mühüm



209

və həlledici hadisələri incə təfərrüatlarına qədər

xəyaldan və fikirdən uzun zaman silinməyən bir

şəkildə diqqət və sənətkarlıqla hafizələrə həkk

edə bilmişdir".

F.Sadıq yaradıcılığında Azərbaycan xalqının

maariflənməsində

ədəbiyyatımızın, 

mədəniyyətimizin,  tariximizin inkişafında mühüm

rol oynayan böyük sənət dahilərinə poetik

münasibətin özü əsas mövzulardan biridir.

Sabirin


yaradıcılığı, 

taleyi


haqqında

düşüncələrində şair gözlərimiz önundə məğrur, 

incə,  həssas qəlbli bir şəxsiyyəti canlandırır. 

Azərbaycan xalqının ağır və böhranlı dövründə

yaşamış, yaratmış, olduqca mürəkkəb, ziddiyyətli

həyat,  yaradıcılıq

yolu keçmiş Sabir real

boyalarla tərənnüm olunur.  Fikrət Sadıq onu

Azərbaycan

xalqının


həyatının

çıxılmaz


vəziyyətdən qurtuluşu üçün yol axtaran, cəmiyyət

daxilində fənalıqları görən,  bunları yerli-dibli yox

etmək üçün vasitələr gəzən,  qələmini bu yolda

"süngüyə çevirən", zəmanəyə və cəmiyyətə qarşı

sətiraltı mənalarda əsl üsyankar şair kimi çıxış

edən,  şöhrət,  para,  mənsəb,  vəzifə düşkünlərini

ifşa

edən, 


yaşadığı

cəmiyyətin, 

mühitin

yetimlərinin,  sadə əmək adamlarının,  günahsız



irtica qurbanlarının dərdli faciələrinə "gülməklə", 

daxilində bunları ürək ağrısı və mənəvi sıxıntı

içində qarşılayan,  dini adətlərin qurbanı avam, 

savadsız,  zülmət,  cəhalət qaranlıqları içərisində



210

çabalayan xalqının işıqlı,  xoşbəxt bir həyata

qovuşması,  cəhalətdən qurtulub inkişaf etməsi

üçün çalışan,  bir sözlə,  cəmiyyəti fəlakətlərdən, 

iztirablardan,  həyatın eybəcər sıxıntılarından, 

dəhşət və müsibətlərin pəncəsindən xilas etmək

naminə ömrünü şam kimi əridən Sabir şerinin

işığında yazdığı "Bir dəstə çiçək"  şerində

ümumiləşdirir.  Xalqın dərdini öz dərdi kimi

qarşılayıb,  onun taleyini öz taleyi sanıb xalq, 

millət üçün yaşayb-yaradan böyük sənətkarı

hörmətlə dindirir:

Sən elin dərdini hamıdan əzəl,

Bildirib ağladın, bilib ağladın. 

Sən

gülə-bülbülə



yazmadın

qəzəl.


"Güldürüb

ağladın, 

gülüb

ağladın".



F.  Sadıq Sabirin məzarı önünə bir qələm

ustadı


kimi

deyil,  Sabir şerinə,  sənətinə, 

şəxsiyyətinə vurğun bir Azərbaycan vətəndaşı

kimi gəlir. Təvazökarcasına:

Şair!  Bu müqəddəs məzarına

mən,


Məhəbbət dolusu ürəklə gəldim.

Yaxşı şer demək gəlmir əlimdən

Odur ki, bir dəstə çiçəklə gəldim. 

-deyir.


"Sabir olmasa"  şerində də Sabir sənətini, 

yaradıcılığını

bir

ədəbiyyatşünas alim kimi



211

düzgün


yüksək


qiymətləndirir. 

Onun


poeziyasını yüksəklərə qaldırır və Azərbaycan

poeziyasının zirvələrindən bir sayır.  Sabir şerini, 

sənətini

düzgün


qiymətləndirməyi

bacarmayanların gözünü açmağa çalışır.  Sabir

şerini bu gün qiymətləndirməsək, onda şerimizin

"qiyamət"  günüdür-deyə narahatçılıq keçirir. 

"Doğru sözün hörməti olmaz",  "şerimizdə durum

olar",  "sıra dağlardan bir zirvə əskilər"  deyə

narahatçılığını bildirir və onun sənətini,  yaratdığı

əsərlərin ideya,  məzmun zənginliyinə,  Sabir

poeziyasının Azərbaycanın realist poeziyasının

inkişafına təsirini bilərəkdən-bilməyərəkdən göz

yumanların cavabını verir:

Sabir olmasa,

Şer cəmənimizdə tikan bitər.

Gərəkli şer göyərməz

Yüz min gopgopnamə

Bir "hophopnamə"yə dəyməz.

Mirzə Ələkbər Sabirin 100  illik yubileyi

münasibətilə yazdığı "Ömrün bir günü"  poeması

şairin lirik duyuğularıyla zəngindir.  Burada şair

Sabirin kədərli, pərişan, tutqun baxışlarıyla, qəm-

qüssə, kədər içində qaralan üzüylə, başındakı zil, 

qara papaqda oxşarlıq,  bənzərlik görür.  Tutqun

görkəmi ilə dostlarını kədərləndirən,  düşmənini

sevindirən Sabir kasıb,  köhnə sınıq-salxaq

daxmalarda çürüyən,  dilənçi kökündə yaşayan, 

bəy,  qoluzorlular əlində döyülən,  söyülən,  əzilən



212

günahsız xalqının taleyinə acıyır.  Təmtaraqlı, 

varlı evlərdə kef çəkən,  kəndlilərin əməyini

istismar edən bəylərin,  qoçuların,  hökümət

adamlarının əməllərinə hirsələnir:

Qəlbində bir millətin

Ç əkə biləcəyi dərd.

Dözə biləcəyi qəm,

Əlində qəlbi kimi

Sınıq, qurşun bir qələm

-olan şairin masasının üstündə özünün

dediyi kimi "vicdanı kimi təmiz bir neçə bəyaz

varaq və bir də dərdlərin əlindən,  ahından sönə

biləcək çıraq oturub milləti,  xalqı düşünür bu

cəfakeş,  fədakar millət fədaisi.  Vətən qan

ağladığı bir zamanda aşiqanə ruhlu qəzəllər, 

mərsiyələr çıxmadı şairin qələmindən.  O bunu

özüunə rəva da bilmədi.  Qəflət yuxusunda

yatmış millətini top,  tüfəng gücünə deyil,  söz

gücünə oyatmağa çalışır:

Sözdür mənim silahım,

Tuşladığım hədəfə.

Sözü düz atmaq gərək!

Sözlə yatan milləti,

Sözlə oyatmaq gərək.

İkiyə bölünmüş Vətənin özünün də şəhərlərə, 

şəhərlərin

məhlələrə

bölünməsi, 

sünni-şiə

qarşıdurmasının

yaratdığı

ziddiyyətlər,  din

xadimlərinin,  bəzi ziyalıların vətənə,  xalqa, 

millətin acı həqiqətlərinə qarşı laqeydliyi,  şairin


213

yazdığı həqiqətlərə qarşı    hücumlar,  hədə-

qorxular,  "millətdən sən nə var,  şairsən güldən

yaz,  millət

özümüzündür,  özümüz

bilərik, 

öldürmək də,  yaşatmaq da öz işimizdir"- deyən, 

xalqa öz əmlakı kimi baxan tacirlərin, mollaların, 

bəylərin hədələri şairi qorxutmur. Şair Sabirin:

"Millət necə tarac olur-olsun,  nə

işim var,

Düşmənlərə möhtac olur, olsun, nə

işim var"

-

misralarını



xatırladır.  Bu

misraların

arxasında gizlənən eyhamları, şərəfsizlərin çirkin

sifətləri, vətəni, xalqı, milləti hərraca qoyanları öz

dililə necə ifşa etdiyini nəzmə çəkir:

Bu sözləri molla dedi,

Tacir dedi, bəy, xan dedi,

Şair yazdı.

Ürək duydu, vicdan dedi,

Şair yazdı…

Ədaləti, həqiqəti

Zəncirləyən dövran dedi,

Şair yazdı.

Şair bu lirik poemada Sabiri xalq şairinə, 

sənətkarına çevirən,  onu haqqın-ədalətin carçısı

edən,  gördüklərinə göz yummayıb düzü düz, 

əyrini

əyri


olduğu

kimi


yazan,  millətinin

düşmənlərini

öz dililə,  öz sözləri ilə ifşa

edən,  bir ordunun gücünə bərabər poetik

gücüylə,  sözün qüvvəsiylə xalqının,  millətinin


214

vəkilinə


çevrilən,  insan

hüquqlarını,  insan

azadlığını

tərənnüm


edən,  yazdığı

ölməz


"Hophopnamə"si ilə tarixdə qalan xalq şairinin

işini,  əməlini,  ideyalarını lirik bir ustalıqla

tərənnüm edir.  Sabir kimi bir şairin arzu, 

ideyalarını yaradıcılığında davam etdirən -Sabir

ənənələrinin

davamçısı

olmaq

şərəfindən



məmnun olan Fikrət Sadıq satirik şair olmasa da

bir çox yazılarında Sabiranə deyimləri ilə ona

bənzəyir.  Hər bir sənətkar öz əsərlərində

zəmanəsinin çatışmamazlıqlarını görüb,  onlara

göz yuma bilmirsə,  yaratdığı əsərlərdə onları

tənqid edirsə,  bu onun vətəndaşlıq borcu kimi

qiymətləndirilməlidir. Fikrət Sadıq belələrindəndir.

F.Sadıq milli istiqlaliyyəti və azadlığı, xalqının

mənəvi ehtiyaclarını öz əsərlərində əks etdirən

Məhəmməd Hadi yaradıcılığına hörmət və

məhəbbətini ifadə edir.  Vətənpərvər millətini, 

xalqını dərin məhəbbətlə sevən Məhəmməd Hadi

zəmanəsinin təlatümlü,  keşməkeşli bir vaxtında

qismətinə yaşamaq,  yaratmaq düşdü.  Xalqının, 

dilinin başına gətirilən müsibətlərə dözməyərək

milli istiqlaliyyəti,  azadlığı hər şeydən üstün

tutduğundan,  yaratdığı əsərlərdə öz ideyalarına

sadiq qaldığından bir müddət yeridilən siyasətin

qurbanı

oldu, 


yaradıcılığı, 

şəxsiyyəti

qiymətləndirilmədi.  Ürəyi,  qəlbi qələmiylə ancaq

xalqına,  vətəninə,  millətinə    xidmət edən bu

cəfakeş sənətkarı Fikrət Sadıq kimi qələm


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin