1
GİRİŞ
Dünya xalqları öz nadir sənət incilərini
yaradıb.
Xalq
ədəbiyyatı
dünya,
kainat,
məhəbbət, dostluq, xeyirlə şərin mübarizəsi kimi
zəngin bəşəri duyğular üstündə köklənib. Bu
köklənmədən Nizami, Füzuli kimi böyük dühalar
yararlanıb və onlar və onların ən yaxşı sələfləri
xalq ədəbiyyatının ən dəyərli inciləri səviyyəsində
duran hikmətli fikirləri özündə yaşadan sənət
əsərləri qoyub getmişlər.
XX əsr Azərbaycan poeziyasının inkişafında
ən
yüksək
mərhələyə
çatır. Azərbaycan
ədəbiyyatına
xalq
ədəbiyyatından, Xaqani,
Nizami, Füzuli, Nəsimi, Həsənoğlu, Qətran
Təbrizi və digər klassik ədəbiyyatımızın ədəbi
məktəblərindən dərs almış şairlər gəlir. Səməd
Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd
Rahim,
Osman
Sarıvəlli,
Şəhriyar
kimi
sənətkarlar Azərbaycan poeziyasını ən yüksək
zirvələrə qaldırır. Kommunist ideologiyasına
xidmət edən poeziya tərkibində elə bəşəri
duyğuları, mövzuları, ideyaları özündə yaşadan
lirik əsərlər meydana gəlir ki, onlar bu gün də,
sabah da, gələcəkdə də əsil sənət əsərləri kimi
öz bədii dəyərini qoruyub saxlayacaqdır.
Müəyyən bir müddət ərzində istedadın
hüdudsuz aləmini çərçivə daxilində öz eqoist
ideologiyalarına xidmət etmək üçün saxlamağa
2
çalışsa da, sovet ədəbiyyatı, sovet poeziyası o
çərçivəni dağıdıb çıxan bir-birindən istedadlı
sənətkarlar yetişdirdi və sonra gələn sənətkarlar
da bu yolla getdilər. Ədəbiyyatımız bu möhtəşəm
kök üstündə sənətkarlar yetişdirdi və onlar
sənətkar azadlığını hər şeydən yüksək tutdu.
Xalqının, millətinin işıqlı gələcəyini arzulayan və
bu yolda gizli-açıq şəkildə mübarizələr aparan
B.Vahabzadə, Xəlil Rza kimi sənətkarların
ədəbiyyat aləminə gəlməsi, öz sözünü deməsi
üçün geniş yollar açılmışdı. Sovet ədəbiyatının
20-30, 40-50, 60-70-ci illər arasındakı inkişaf
mərhələlərini nəzərdən keçirdikdə ədəbiyyata
gələn, poeziyamızda öz əksini tapan ideyaların,
mövzuların
rəngarəngliyi-
insan
taleyi,
bəşəriyyətin sabahı, gələcəyi üçün narahatlıq,
dünyanı yaşatmaq istəyi, müharibələrin törətdiyi
və gələcəkdə də törədə biləcəyi müdhiş faciələrin
qabağını almaq üçün qələmə alınan nəsihətamiz,
tərbiyəvi xarakterli mövzular öz zəngin məzmun
və
ideyalarına
görə
dünya
ədəbiyyatı,
mədəniyyəti üçün əsil sənət nümunələri- oxucu
kütləsinin marağını, məhəbbətini qazana bilən
əsərlər yarandı.
Belə sənətkarlardan biri də Azərbaycanın
görkəmli şairi, Respublika Dövlət mükafatı
laureatı, istedadlı
şair, mübariz
şəxsiyyət,
novator sənətkar, məhsuldar bir yaradıcılıq yolu
keçmiş Fikrət Sadıqdır. O, müxtəlif canrlarda
3
köklənmiş, öz oricinallığı ilə fərqlənən şerlər,
poemalar, hekayə və ədəbi-tənqidi, publisist
məqalələrlə ədəbiyyatımızı zənginləşdirmişdir.
Qələmini söz sənətinin müxtəlif canrlarında
sınamış, bir-birindən mənalı, oxunaqlı əsərlər
yaradan Fikrət Sadıq heç kimi təkrar etməyən, öz
oricinallığı ilə seçilən əsərləri ilə Azərbaycan
ədəbiyyatının öncülləri sırasındadır.
Çağdaş XX əsr Azərbaycan ədəbiyyatının
inkişafında böyük xidmətləri olan sənətkarlarla
çiyin-çiyinə
çalışan, oxucu kütləsinin dərin
məhəbbətini
qazanan
Fikrət
Sadıq
həyat
hadisələrini yaradıcılıq süzgəcindən keçirərək
onlara lirik-romantik vüsət vermək bacarığı olan
şairdir. Əsərlərində lirik qəhrəmanın daxili aləmini
şirin bir dillə "şərh" etmək qabiliyyətinə malikdir.
Onun qələmə aldığı mövzuların həcmindən asılı
olmayaraq demək olar ki, hamısında bədii
material, mövzu, sücet xalqımızın həyatından,
onun tarixi keçmişindən, mübarizələrlə dolu
tarixindən götürülmüşdür. İnsan taleyi, zəhmət
adamlarının fədakarlığı, xalqımızın milli-mənəvi
dəyərlərini özündə yaşadan və bu gün də xalq
yaradıcılığının
zəngin
xəzinəsinə
çevrilən
sətirlərində doğma xalqına, vətəninə sədaqət
prinsiplərini qoruyub saxlayandır. Vətənpərvərlik
duyğuları, qəhrəmanlıq dolu tarixi keçmişimizi
özündə
yaşadan
hadisələri
əks
etdirən,
4
ümumbəşəri dəyərləri özündə əxz edən mövzular
şair üçün zəngin bədii materialdır.
O, yaradıcılığında müasir həyatla səsləşən
mövzulara daha çox müraciət edir. Mövzu və
canr etibarı ilə zəngin və rəngarəng olan
yaradıcılığını nəzərdən keçirdikdə iki aspekt
diqqətimizi daha çox cəlb edir. Birinci cəhət
xalqımızın zəhmətkeş təbəqəsinin, ulularımızın
müsbət mənəvi keyfiyyətlərinin tərənnümüdürsə,
ikinci cəhət insani duyğulardan uzaq olan
yaltaqlığın, paxıllığın, kasıblığın, ehtiyacın,
cəmiyyəti içindən yeyib-tökən rüşvətxorluğun,
pulun və digər mənfi halların özünəməxsus
oricinal bir şəkildə tənqididir.
Yaratdığı əsərlərində milli-mənəvi dəyərlərə,
klassik mədəniyyətimizə, dünya ədəbiyyatının ən
yaxşı ənənələrinə söykənir.
Sadə və həyati mövzuları mənalandırmaq,
ona fərdi yaradıcılıq prizmasından yanaşmaqla
lirik
vüsət
aşılamaq,
müasirlik
F.Sadıq
yaradıcılığının
mühüm
cəhətləridir.
Onun
yaradıcılığında xalqımızın qəhrəmanlıqlarla dolu
tarixi keçmişi, bəşəri mövzular, xalqımızın son
onilliklərdə həm mədəni, həm siyasi, həm ictimai
sahədə əldə etdiyi möhtəşəm yeniliklər, mənəvi-
psixoloci
aləmi,
Azərbaycan
dilinə,
mədəniyyətinə, əxlaq kodeksinə, torpağına, onun
təbiətinə, milli-mənəvi dəyərlərinə hörmət əsas
mövzudur.
5
F.Sadığın əsərləri həm ədəbi baxımdan, həm
də ədəbiyyatımıza gətirdiyi yeniliklər baxımından
əhəmiyyətlidir.
İstər lirik, istərsə də epik yazılarında F.Sadıq
Azərbaycan dilinin sadiq keşikçisinə bənzəyir.
Xalqımızın
qüdrətli
sərkərdəsi,
ümummilli
liderimiz
Heydər
Əliyev
Yazıçıların
X
qurultayında dilimizin qorunub saxlanmasında,
zənginləşdirilməsində şair və yazıçılarımızın
əməyini yüksək qiymətləndirmişdir: " Azərbaycan
dilinin formalaşmasında, inkişaf etməsində, bu
günkü səviyyəyə çatmasında yazıçılarımızın,
şairlərimizin,
ədəbiyyatşünaslarımızın,
dilçi
alimlərin böyük xidməti var. Dil bizim ən böyük
sərvətimizdir. Xalqı xalq edən, milləti millət edən
onun ana dilidir. Layiqli ana dili olmayan, ana
dilindən istifadə edə bilməyən, ana dilindən
bəhrələnə bilməyən xalq, millət, millət ola
bilməz". Sənətkar əməyinə verilən bu qiymətdən
Fikrət Sadığın da öz payı var.
F.Sadıq məhz bu sahədə bəlkə də dövrünün
bütün ziyalılarını qabaqlamış, dil məsələlərini
daima diqqət mərkəzində saxlamış, yazdığı
əsərlərində dilimizin saflığı naminə mübarizə
aparan qələm sahibidir. Onun əsərlərinin dili
sadə, canlı və təbiidir. O, poetik ovqatı qafiyə və
vəznlə ölçmür. Onun yaratdığı əsərlərdə bədii
ümumiləşdirmə güclüdür.
6
Yaratdığı əsərlər zamanın səsinə səs verən
əsərlərdir. 37-ci illərin repressiyasının dəhşətli
nəticələri, imperialist qüvvələrin Azərbaycanda
gedən milli-azadlıq hərəkatını boğmaq cəhdləri,
bu yolda şəhidlər verən Azərbaycan xalqının
mübarizliyi,
əzmkarlığı,
ikiyə
parçalanmış
Azərbaycanın dərdinin üstünə gələn Qarabağ,
Qərbi Azərbaycan dərdi, torpaq həsrəti, yurd
göynərtisi,
didərginlik
taleyi
yaşayan
soydaşlarımızın
düşdüyü
sarsıdıcı-psixoloci
vəziyyət, ictimai bəlalardan olan rüşvətxorluq,
haramçılıq böyük cəsarətlə təsvir edilir.
"Vətənin əl boyda daşı", "20 ildən sonra",
"Ömrün bir günü", "On üç şam", "Ana əli", "Arzu
bulağı" və s. poemaları, "Yaşıl xatirələr" silsilə
şerləri və digər əsərləri onun sənətkarlıq
imkanlarını güzgü kimi özündə əks etdirir.
F.Sadıq xalq ədəbiyyatına, milli kökümüzə,
milli mədəniyyətimizə, klassiklərimizə hörmətlə
yanaşan bir sənətkardır. Onun Füzuli, Mirzə
Ələkbər Sabir, Məhəmməd Hadi, Abbas Mizə
Şərifzadə, Qabil, Məmməd Araz, Əli Kərim,
Rəsul
Rza
və
digər
böyük
şəxsiyyətlər
haqqındakı yazıları şairin yüksək intellektual
səviyyəsindən, geniş dünyagörüşündən, nəzəri
hazırlığından xəbər verir.
Fikrət Sadıq yaradıcılığını bütünlüklə tədqiq
etmək, müxtəlif
canrlarda
yazdığı
əsərləri
ümumiləşdirib qiymətini vermək, onun zəngin
7
yaradıcılıq yolunu açmaq, araşdırmaq, müasir
Azərbaycan
ədəbiyyatının,
poeziyasının
inkişafında
onun
yerini,
rolunu
düzgün
qiymətləndirmək
müasir
ədəbiyyatşünaslığın
vəzifələrindəndir.
Əlbəttə, onun yaradıcılığı Azərbaycan ədəbi
tənqidinin, sənətşünasların diqqət mərkəzində
olmuşdur. Yeni nəşr olunan hər bir kitabı,
mətbuatda dərc olunan əsərləri haqqında ədəbi
tənqid, sənətsevərlər, şairlər, yazıçılar ictimaiyyət
yüksək qiymətini vermişdir. Rəsul Rza, Bəkir
Nəbiyev, Mirvarid Dilbazi, Xəlil Rza Ulutürk,
Bəxtiyar Vahabzadə, Elçin, Ağamusa Axundov,
Məmməd Araz, Qabil, Anar və onlarla
sənətsevərlər Fikrət Sadıq yaradıcılığı haqqında
dəyərli fikirlər söyləmiş, resenziyalar, məqalələr,
kitablarına ön sözlər yazmışlar.
Hər bir sənətkarın tərcümeyi-halı, yaşadığı,
boya-başa çatdığı şərait onun yaradıcılığında da
öz silinməz izlərini qoyur. Fikrət Sadığın geniş,
elmi
tərcümeyi-halı, yaradıcılıq yolu
bu
monoqrafiyada
bir
küll
halında
nəzərdən
keçirilmiş, dərc olunmuş ilk əsərlərindən tutmuş
bu günəqədər yaratdığı digər əsərlər müasir
dövrün
konteksti
baxımından
yenidən
araşdırılmış, qələmindən çıxan şer, poema,
dram, nəsr əsərləri, oçerk, məqalə və s.
nümunələri müxtəlib bölmələr, fəsillər daxilində
8
tədqiq edilmiş ədəbi mühitlə və zamanla əlaqəli
şəkildə tədqiqata cəlb edilmişdir.
Monoqrafiyada bu vaxta qədər toxunulmamış
və ya az araşdırılmış məsələlər üzərində daha
çox
dayanılmış, nəşr
edilməmiş
bir
sıra
əlyazmaları da nəzərdən keçirilmişdir.
9
FİKRƏT SADIĞIN HƏYATI
Fikrət Abbas oğlu Sadıqov (Fikrət Sadıq)
1930-cu ilin may ayının 30-da Azərbaycanın
səfalı yerlərindən olan Şamaxıda hörmətli bir
ziyalı ailəsində anadan olmuşdur. Atası Sadıqov
Abbas
Qulu
oğlu
Şamaxıda
Şıxminas
məhəlləsində doğulub. Uşaqlıq illəri Şirvan
torpağında keçmişdir.
Lap körpəlikdən əzizlərini itirmiş Abbas bir
müddət dayısının himayəsində yaşayıb. Ona
görə də ona "Yetim Abbas" deyirlərmiş. (Hal-
hazırda hörmtəli şairimiz, Abbas kişinin oğlu
Fikrət Sadıq onun həyatından bəhs edən "Yetim
Abbas" povesti üzərində işləyir.) Yetim Abbas
gənclik yaşına çatanda Ordu sıralarına hərbi
xidmətə göndərilib. Çalışqan, ölkədə gedən
ictimai işlərdə fəal iştirak edən Abbas tez bir
zamanda diqqəti cəlb etmiş, komsomol sıralarına
qəbul olunmuş, əvvəlcə rayonun komsomol,
sonralar
rayon
partiya
komitəsində
məsul
vəzifələrdə çalışmışdır. Şamaxıda rayon icraiyyə
komitəsinin sədri vəzifəsində işləyərkən öz
fəallığı,
insanpərvərliyi
ilə
sadə
zəhmət
adamlarının hörmətini qazanmışdır.
Sonra Abbas Sadıqov Yevlax rayon icraiyyə
komitəsinə məsul vəzifəyə göndərilmişdir.. 1937-
38-ci illərdə stalinizmin qara tufanı onun üstünə
10
də öz kölgəsini salmış, namuslu, əməksevər, saf
insan olmasına baxmayaraq "xalq düşməni" kimi
damğalanıb, Bakıda həbsxanada saxlanmış, bir
çox işgəncələrə məruz qalmış, tutarlı dəlillər
tapılmadıqda Sibirə sürgün edilmiş, ömrünün
iyirmi ilini qarlı-şaxtalı Uzaq Sitbir çöllərində
məcburi əməklə keçirmiş, hər an ölüm, dəhşət
içərisində yaşamağa məcbur edilmişdir. Öz
vicdanını saflığına, əməlinə bələd olan Abbas
Sadıqov hər cür əzablara, təhqirlərə məruz qalsa
da dözmüş, haqqın-ədalətin qalib gələcəyinə
inanmış, ailəsinin, nəslinin qarşısında gözükölgəli
olmayacağına inamla ölümün qara pərdəsini
yırtıb çıxmış, nəhayət stalinizmin digər qurbanları
kimi onun da heç bir təqsiri olmadığı sübuta
yetirilmiş, evinə- ailəsinə dönmüşdür.
O, sürgün həyatı keçirərkən ailəsi təqib
olunmuş, uşaqları, eləcə də Fikrət Sadıq bu ağrı-
acını daha çox dadmış, mənən əzilsə də qohum-
qonşuların, camaatın atasına münasibətindən
bilmişdir ki, o çox saf, Vətənini, xalqını sevən
insan olmuşdur və bu da ona mənən rahatlıq
gətirmiş və inanmışdır ki, gec-tez haqq öz yerini
tapacaqdır. Ömrü yetimliklə keçən bir insan heç
bir vaxt vətəninə, xalqına qarşı çıxmaz. Atasının
həbsindən
sonra
Şamaxıda
ona
"xalq
düşməninin oğlu" deyirdilər. 70 yaşlı şair o
günləri dönə dönə xatırlayır:" Yaxşı yadımdadır,
bir dəfə Şamaxıya bərk qar yağmışdı. Biz onda
11
balaca uşaq idik. 6-7 yaşımız olardı. Birinci
sinifdə oxuyurduq. Qar az qala 70-80 santimetrə
çatırdı, yolu-izi qar basmışdı. Hərəkət etmək
olmurdu. Müəllimlər, valideynlər hərə bir uşağı
çiyninə alıb evlərinə aparırdılar. Mən bir küncdə
qalmışdım. Mənim haqqımda heç fikirləşən yox
idi. Axırda bir müəllim gözləri yaşara-yaşara
dedi:"Hamı getdi, bəs bu uşağı- yetim Abbasın
oğlunu kim aparacaq?"
Vəziyyəti ağır görən dayıları Əbdülkərim və
Qədir onları Kürdəmirə aparır. Hətta burada da
onu gözümçıxdıya salırlar. Şair öz xatirələrində
yazır:" Kürdəmirdə altıncı sinfə qədər oxudum.
Özü də pis oxumurdum. Ümumiyyətlə, həmişə bu
fikirdə olmuşam ki, atasız uşaqlar yaxşı
oxuyurlar, çünki onlar bütün varlıqları ilə çalışırlar
ki, oxuyub bir tərəfə çıxsınlar. Nə isə,
dərslərimdən 4 və 5 qiymətlər alırdım. Amma
nədənsə Bakı sənət məktəbinə uşaq göndərmək
lazım
gələndə mənim
də
adımı siyahıya
saldırdılar. Yəqin bilirsiniz o vaxtlar sənət
məktəbinə heç bir prespektivi olmayan, dəcəl,
şuluq, müəllimlərin
canını
boğazına
yığan
uşaqları göndərirdilər… Digər tərəbdən, Böyük
Vətən müharibəsinin ən şiddətli çağında, yəni
müharibə illərində orta məktəbdə pis oxuyan
yuxarı sinif şagirdlərini Bakıya peşə məktəbinə
oxumağa göndərirdilər. Ç ünki əli qüvvətli kişilər
demək olar ki, hamısı cəbhədə idi. Belə
12
vaxtlarda fəhlələrə arxa cəbhədə də böyük
ehtiyac duyulurdu…mənim atam 1938-ci ildə xalq
düşməni damğası ilə həbs edilmişdi. Və o vaxtlar
bizi Stalin, rayonuna, indiki Bayıla 3 nömrəli
sənət
məktəbinə
göndərdilər.
Buruqların
arasında yerləşən bu sənət məktəbi ancaq neft
sənayesi
üçün
müxtəlif
ixtisaslı
fəhlələr
hazırlayırdı. Və burada ixtisaslar könüllü seçilirdi.
Mən də siyahını oxudum və elektrik mantyoru
peşəsini seçdim. Boydan da bir az balaca, zəif
olduğuma görə müəllimim də dedi ki, sən
qazmaçı ola bilməzsən. Elə yaxşı ki, bu sənəti
seçmisən".
Sabaha ümidinin üzməyən gənc mənən
sıxılsa da, başı bəlalar çəksə də, tay-tuşlarının
məktəblərdə təhsil aldığını görüb onlara həsəd
aparsa da əmək fəaliyyətinə başlayır. Sənət
məktəbini bitirib Naftalanda, Qazanbulaqda,
Gəncədə "Kirovabad neft kəşfiyyatı" idarəsinə
Naftalanın elektrik mantyoru ixtisasında işə
göndərilib, Tərtərdə işıq, telefon, radio mantyoru
işləyir. Sonralar bu illər onun yaradıcılıq taleyində
də öz rolunu oynayır. Şair özü demişkən "
sonralar nə yazmışamsa həmin o illərdən
bəhrələnmişəm,
fəhləlik
illərim-həyat
məktəbimdir".
Hələ
Şamaxıda, Ç uxuryurdda
işləyəndə
istirahət
günləri
"Yeni
Şirvan"
qəzetinin
redaksiyasına gələr, orada yaratdıqları şer
13
dərnəyində iştirak edər, yazdıqlarını oxuyar,
müzakirə edərdilər. Həmin dərnəkdən sonralar
Fikrət Sadıq, Musa Yaqub, Oqtay Şamil və
başqaları yetişdi, ədəbiyyat aləminə öz dəsti-
xətləri ilə gəldilər.
Sonra
Ordu
sıralarına
hərbi
xidiətə
çağırılmış, tərxis olunduqdan sonra Bakıda bir
müddət kinomexanik, Kürdəmirdə dəmir yolunda
mantyor işləmiş, əmək fəaliyyəti ilə yanaşı
təhsilini də davam etdirmişdir. 1956-1961-cı
illərdə
Azərbaycan
Dövlət
Universitetinin
filologiya fakültəsini bitirmişdir.
İlk "Tüfəngim" şerini hələ orta məktəbdə
oxuyarkən məktəb divar qəzeti üçün yazmış və o
zaman ədəbiyyat müəlliminin diqqətini cəlb etmiş
və ona " yazsan səndən bir şey çıxar" demişdi.
Bayılda sənət məktəbində oxuduğu illərdə 14
yaşında Həsənoğlunun qəzəlinə nəzirə olaraq
yazdığı, sual-cavab şəklində klassik üslubda
qurulmuş bu misralar onun istedadından xəbər
verirdi.
Gəldim
məktəbxanəyə, elmi-fənni-dərsi
qanım,
Nə məktəb, məktəbi-sənət, nə sənət,
zəhməti-şanım.
Gənc yaşlarında da şerə, ədəbiyyata həvəs
göstərmiş, şerlər yazmış, univesitetdə oxuduğu
illərdə mətbuatla yaxından əlaqə saxlamış,
14
universitetin
nəşriyyatının
buraxdığı
almanaxlarda şerləri ilə çıxış etmişdir.
İlk şeri 1946-cı ildə Bakıda "Azərbaycan
gəncləri" qəzetində dərc olunan "Bahar" şeri idi.
Bu şer onu isitmədi, əksinə ömrünə qış gətirdi.
Bu şeri dərc eyləyən hardansa öyrənib bilmişdi
ki, Fikrət Sadıq "xalq düşməni"nin oğludur, ondan
sonra onun yazılarını dərc etmədilər. On il
mətbuat onun üzünə bağlı qaldı. Yalnız 19560-cı
ildə ADU-nun birinci kursunda oxuyarkən "Aprel
çiçəkləri" almanaxında yenidən onun əsərləri işıq
üzü gördü və həmin almanaxda "Ana əli" şeri
nəşr olundu. Fikrət Sadıq yazır: "
Anam mənim- savadsız idi. Amma folkloru
gözəl bilirdi. Məni şerə həvəsləndirən Şamaxı
olmayıb, anam olub. "Ana əli" onun danışdığı
nağıl idi. Nəzmə çəkmişdim. Mən o şerdən
çıxmışam."
Anası Şirmayı xanım Xankişi qızı Kürdəmirdə
doğulub. Fikrət Sadığın ana babası Xankişinin
Kürdəmirdə karvansarası, Kür üstə su vurma
stansiyası (bir malakan ilə şərikli) od dəyirmanı,
onlarca mülkü vardlı.
1957-ci ilə atası bəraət alandan sonra Fikrət
Sadığın qəlbi kimi sənəti də qol- qanad açdı,
buxovlardan, təqiblərdən yaxasını qurtardı. 1963-
cü ildə şairin "Cığır" kitabı çapdan çıxdı və şair
bu "cığır"la yaradıcılığının elə bir zirvəsinə gəlib
çatdı ki, xalqımız, dövlətimiz, eləcə də digər
15
xalqlar
onun
əsərlərini
sevə-sevə
oxudu,
ədəbiyyatşünaslar onun yaradıcılığını gördülər,
rəsul rzalar sənətə gələn bir qələmin zənginliyinə
inandılar və o cığırın hamar olacağına sevindilər.
Və sonra o cığırla getdi şair; iki-üç ildən bir yeni
bir nəşri ilə ədəbiyyat aləmində getdikcə
məşhurlaşdı. Hansı vəzndə yazmasından asılı
olmayaraq xalqın gözündə ən sevimli şair-
sənətkar Fikrət Sadıq oldu və o da bu məhəbbəti
birdən-birə qazanmadı. Özünün dediyi kimi
xalqına, onun sənətinə bağlılıq onu xalqa
sevdirdi.:" Mən kənd uşağı olmuşam. Eşitdiyim
nağıllar, bayatılar, atalar sözləri olub. Ona görə
də heca vəznindən uzaq qaça bilməzdim. Hecanı
mən doğma vəznim hesab edirəm. 60-cı illərdə
isə mən sərbəst şer yazmağa başladım. O vaxt
gənc idim, gənclik çağında ipə-sapa yatmır,
vəznə sığmır, bu səbəbdən sərbəst vəznə
keçməyim təbii sayılmalıdır".
Şamaxıda "Yeni Şirvan" qəzetində ədəbi
işçi,
Azərbaycan
Dövlət
Universitetində
ədəbiyyat
kabinetinin
müdiri
və
laborant,
Azərbaycan
Sovet
Ensiklopediyası
redaksiyasında ədəbi redaktor, şöbə müdiri,
"Gənclik" nəşriyyatında redaktor, şöbə müdiri,
"Cəfər Cabbarlı" adına Kinostudiyada sənədli
filimlər üzrə şöbədə baş redaktor, Azərbaycan
Yazıçılar birliyində təbliğat şöbəsinin müdiri
işləyib.
16
Universitetdə təhsil aldığı illərdə ömür-gün
yoldaşı Sevil xanımla tanış olmuş, aralarında
böyük səmimiyyət yaranmış və bu səmimiyyət
onlar arasında bir sevginin təməlini qoymuş,
universiteti qurtardıqdan sonra hər ikisi təyinatını
Şamaxıya almış, Fikrət müəllim Ç uxuryurd, Sevil
xanım Məlhəm kəndində müəllim işləmişlər. Şair
xatirələrində yazır ki, "aramızda bir güllü-çiçəkli
kiçik dağ vardı. 3 km məsafə və mənə çox
doğma olan "Buna hicran deyirsən" şerini onda
yazmışdım. Sevilin anası deyirdi ki, mən öz
qızımı "220"yə, yəni
rayonluya vermərəm. Onda rayonlarda işıq
220 volt idi, şəhərdə 127 volt idi. Yəni rayondan
fərqlənirdi. Şəhərliyə "127" deyirdilər. Sonralar
işıq həm rayonda, həm də şəhərdə 220 volt oldu.
Bərabər oldu. Qaynanamın bəhanəsi kəsildi.
Qəribə burasıdır ki, ömrünün neçə ilini işıqçı
işləyən adamı işıqla sınağa çəkirdilər. Bir az
sonra biz evləndik". Ailə quranda maddi çətinlik
də Fikrət Sadığı az sıxmayıb. Amma onun
köməyinə böyük sənətkarlar gəlib. Özü demişkən
onu evləndirən də "Sabir" olub. "1961- ci ildə M.
Ə. Sabirin yüz illik yubileyi qeyd edilirdi. O vaxt
mən Şamaxıda müəllim işləyirdim. "Ömrümün bir
günü" adlı 300 misradan ibarət kiçik bir poema
yazmışdım. Poema "Azərbaycan" dərgisində
dərc olundu və onun dərcindən aldığım qonorar
həm nişana, həm də toya bəs elədi. Bir sözlə
Dostları ilə paylaş: |