81
bilər. Sipinoza xoşbətliyi insanın "Ağıl və
zəkasında" öz aydın ideyalarında axtarmaqda
görürsə,
F.Sadıq
xoşbətlik
haqqında
düşüncələrində
böyük
filosoflara
bənzəyir.
Sipinoza bildirir ki, "insanını həqiqi xoşbəxtliyi və
səadəti yalnız onun müdrikliyində və həqiqəti
dərk etməsindədir. Dünya insan üçün geniş
məfhumdur. İnsan- dünya fəlsəfəsi müxtəlif
baxışları özündə yaşadır. İnsanın dünyanı necə
dərk etməsi haqqında baxışlar zəngin və
müxtəlifdir: "insan nə qədər dünyanı və özünü
dərindən dərk edərsə bir o qədər azad olar,… öz
hiss və ehtiraslarına düzgün nəzarət edə bilər.
Dünyanın dərk olunması ruha ən ülvi sakitlik
verir. Əsil xoşbəxtlik, səadət, nəşə, sevinc
mənbəyinə çevrilir. Dünyanı və özünü dərk etmə
insana onun səadəti üçün son dərəcə vacib olan
təmkinlik
verir, ətraf
mühitdə
baş
verən
hadisələrə səbrlə aydın, ağıllı, yanaşmağı, tez-
tez özündən çıxmağı, hirslənməyi, qəzəblənməyi
öyrədir.".
Şairin gözündə Ç örək bu dünyanın ən
qiymətli sərvətidlir. Gövdəsi saman çöpü olsa da,
bütün yer kürəsi "Söykənib çiyninə" deyir şair:
hər evdə əziz, müqəddəs sayılan çörək insanın
ilk kəşfidir görən? Odu Olimpdən gəlib, Prometey
oğurlayıb insanlara veribsə, insanını özünün də
kəşfi balaca kəşf deyildir.
Ç örəyi ilk dəfə kəşf edib insan,
82
Ç örəyi tapıblar ana torpaqdan.
Ç örək insana torpağın verdiyi gücün rəmzidir.
Ç örək təkcə yaşamaq üçün yeyilmir. Ç örəyin bir
loğması nəyə qadir deyil?
Yeddi dağ aşırır təkcə bir loğma.
Bu doğma torpağın gücü deyilmi.
Ç örək torpaqdan cövhər, günəşdən nur alır.
Kəhrəba rəngli, qızıl sünbülsüz "arzular solar"
deyə- şair onu nəvazişlə oxşayır. Onu dən-dən,
tel-tel olmağa səsləyir, çünki onunla sevinir
insan. Ç örək insan övladının qeyrət, təpər
rəmzidir. Ç örəyi bol olan vətən basılmaz. Ç örək
insanı dost qapısına apardığı kimi, düşmən
ayağına da aparmaq qüdrətinə sahibdir. Ona
görə də şair ana torpağın kəhrəba rəngli buğda
zəmilərini oxşayır, sevir, çöllərinin, çəmənlərinin
sünbüllə bəzənməsini arzulayır və istədiyi də
budur ki, "vətənin çörəyi bol olsun gərək". Bəli
gərək çörək bol olsun ki çörəyə olan ehtiyac ona
dost - düşmən qapısı döydürməsin. Ç örək şair
üçün
dünyanın
hər
cür
var-dövlətindən
qiymətlidir. Şirvanın, Muğanın bərəkəti, buğdanın
bir ovucunu bir ovuc mirvariyə dəyişməz şair.
Dünya insanı qayğı, qüssə, dərdlə yükləyib.
Bəzən bu dərd, qəm şairin lirik qəhrəmanını
"çaşbaş" salır və bu çaşbaşlıqda dərd də özünü
itirir. Səbrini dalğalar "oy"muş insanın nə üz
tutulası ada, nə söz deyiləsi adamı, nə yaxın bir
sirdaşı qalır. Bomboş qəfəsə bənzətdiyi ürəyinə
83
yaxın qardaş-bacı yoxluğu, həyəcan, qüssə dolu
bu dünyadan şairə ancaq təlaş qalıb:
Dərd mənimlə tutub qurşaq.
Bilirəm ki, o yıxacaq.
Ömür boyu mənə ancaq
Yaşamaq yox, təlaş qalıb.
("Qalıb")
İnsan övladı üçün ümid həyatdır. Ümidsizlik
ölümə
aparar
insanı. Fikrət
Sadığın
lirik
qəhrəmanı ümidə də daha bel bağlamır. Dərd
onu üstələyib, yaraları daha ağtırdır.
Yep yekə bir ümid istə.
Gətir qoyum yaram üstə.
Ölçüsü düşməz üst-üstə.
Yaram dərin-batar ümid.
Lirik qəhrəman fikirlərində təzadlıdır. İnsanı
yarı yolda qoyan ümid, yaranın dərinliyində batan
ümid yenə "yoxdan" yaxşıdır. Ona da "taleyin
naxşı", Allahın "bəxşi" kimi baxır, əl tutacağına
inanır. Nə yaxşı ki ümid var, o ümid ki, insanı
ovundurur, bəzən aldadır, qışının, baharının
gələcəyi ümidi ilə yaşayır insan. Demək ümid
insan üçün yaşamağa, inama çağıran bir
qüvvədir, yaxşı istəkdir:
Həyat ümidlə xoş olar.
Ümiddə bu cazibə var.
Ç əkib bizi də aparar.
Ömür boyu qatar-ümid.
84
Ümid- ömür çəkib aparan qatar. İnsan ümidlə
yaşayır, gecənin zülmətinin günəşli gündüzlə
əvəz olunacağına ümidini itirmir, pis, çətin
günlərin ömrü az olacağına ümid edir. Ç ətinə
düşəndə insan sabaha ümidlə baxır. Ümid insan
ömrünün həm də meyarıdır. Bu ümid də elə bil
ruhun köməkçisidir, insanın qəlbinin harasındasa
gizlənib, ona lazım olanda karına gəlir, köməyinə
çatır. Fikrət Sadığın yaradıcılığında ümidin
imkanları belə çox, zəngindir.
Şair üçün insan ömrü boyu çalışmalıdır.
Onun arzuları, işi tükənməməlidir. İnsan işdə,
hərəkətdə özünü görməlidir. İşini qurtarmışlar
onun nəzərində ölmüşlərdir. İnsan daima nə isə
etməlidir, ömrünün axırına qədər, elə son anına
qədər də:
Yaşasın işi yarımçıq qalanlar.
Son anadək narahat olanlar.
Ç ünki şairin nəzərində "işini qurtarıb ölənlər,
çoxdan ölmüşlərdi".
Azərbaycanın bu günkü ictimai-siyasi, elmi-
texniki səviyyəsi özündən əvvəlki dövrlərdən
tamamilə fərqlidir.
Fəsillər imkan verir ki, şair insan-ömür
haqqında düşüncələrini vəsf etsin. Bahar qıza,
yay oğlana, payız ata-anaya bənzədilir. Bar
gətirən, qayğı çəkən Bahar fəsillərin "ağlayıb-
gülən"i, həm də şairin nəzərində "sevginin,
dözümün, inamın" son zirvəsidir. Bahar şıltaq bir
85
qıza, yay dəliqanlı bir cavana, payız mehriban,
qayğıkeş ata-anaya bənzədildiyi halda qış qoca
qarı kimi təqdim edilir. Şair insan ömrünü bu
fəsillərə bölür, dörd fəsli bütöv bir ömür kimi vəsf
edir və onu sənət aləmində dörd misrada
verilmiş, bitkin bir şer forması olan rübaiyə
bənzədir və bütün bu tərənnüm etdiklərinin
səbəbkarı dünyanı bilir.
Dünya, bunlar sənin işindir,
Dörd əlin var sənin.
Dördü də uzun dünya!
Dörddür sənin üzün dünya!-
Yaz əliylə gətirən, payız əliylə aparan, yay
əliylə nur əliyən, payızında yazı ağlayan
Dünyaya şair başqa bir ömür arzulayır. Elə bir
ömür ki, onun insan ömrünün payızı olduğu
halda Dünyanın payızı olmasın."qoy Dünya
həmişə bahar olsun!" -deyir şair və bilir ki, insan
gəldi-gedərdir, "Dünya var olsun! " Dünyanın
əbədiliyini, varlığını arzulayan şair onu sevir.
Dünya sevgisi onun qəlbində yegənə məşəldir. O
məşəlin işığında dünyada onu əvəz edəcək
nəslini, soyunu görür, çünki bir nəvə eşqilə diz
çöküb Allahına "mənə bir nəvə bəxş elə"- deyib
dua edəndə də dünyanın varlığının etibarlılığının
işığında istəyini bəyan edirdi. Dünyanın varlığını
arzulayan şair elə o varlıqda əzəli əbədi insanı
da görmək istəyir. Dünya öz fəsilləriylə qoy
yaşasın. Nə qədər həyat var, insan övladı
86
yaşasın, elə o özü də razıdır ki, nə qədər ki həyat
var, ona yaşamaq nəsib olsun, ona xəzan
yağışlarını görmək nəsib olsun. Dünyanın hansı
üzü olur-olsun insan üçün həyat deməkdir, elə
qarlı qışı da, payızı da. Şair razıdır ki, dünya onu
qışına, payızına düçar eləsin, çünki bu payız ona
ömrünü xatırladır, özünü xatırladır:
Bir daha "payızdan nə qaldı"-
demə,
Bircə yarpağından yazmışam
hələ.
Bu gün payız mənə daha
əzizdir,
Kəsişib ömrümün payızı ilə.
Şair
təxəyyülünün
yaratıdığı qəribə
bir
oxşarlıq, bənzərlik misralardakı lirizm şairə imkan
verir ki, ürəyindən keçən hissləri bu qarın
yaratdığı mənzərə daxilində açıb töksün. Hər
tərəfə yağan qar ayaq altında əziləcək qar-çiçəyə
bənzəyir, insan onu tapdayıb üstündən keçsə bu
qar-çiçək əziləcək. Bunun üçün isə " təbiətin
haqqı yoxdur" insanları qınaya. Ç ünki insanın
əzizləri də o torpaq altındadır. Qar yağması,
küləyin, şaxtanın onu buza döndərməsi, Günəşin
o buzu, şaxtanı əritməsi, qarın ağ nura
boyanması şairi mətləb üstünə gətirir:
Qara baxıb,
Qara demək
Ağ yalandır.
87
Daha ağı,
Qara görmək,
Qaralandı.
Və şair qarı tərənnüm edir, şişirtmədən,
aydın, təbii bir şəkildə və bir gün onun
"sürüşkən"lik bəhanəsiylə qazınıb kürünməsində
başqa
bir
məna
gəzir; insanlar
arasında
yaxşıların,
istedadlıların
mənən
məhv
edilməsindən narahatlığını ifadə edir.
F.Sadığın
qələmə
aldığı
mövzular
rəngarəngdir. O müşahidə etdiyini, gördüklərini,
bildiklərini, onu narahat edən həyat problemlərini
bədii sözün gücü ilə müxtəlif poetik formalarda
vermək
qabiliyyətinə
malikdir. Hay-küydən,
şablon ifadələrdən uzaq həyat həqiqətlərini
sənətkarlıqla
öz
əsərlərində
əks
etdirən
sənətkardır. Onun müraciət etdiyi mövzular-təbiət
gözəllikləri, ata-ana sevgisi, övlad məhəbbəti,
müharibənin
törətdiyi
ağrı-acılar, fəlakətlər,
müasir həyat, ziddiyyətli cəmiyyət hadisələri, ailə
sevgi münasibətləri, müxtəlif şəxsiyyətlərin həyat
və fəaliyyətinin tərənnümü, uşaqlıq illəri ilə bağlı
acılı-şirinli xatirələri təşkil edir.
Dünya təzadlarla dolu olsa da şair öz vətənini
təzadlar içində görmək istəmir. Ç ünki o bilir ki,
bütün
aləm
təzadlarla
doludur. Bir-birinə
bənzəməyən barmaqlar, qocaya-cavana, ağa-
qaraya,
əsgərə-qoçuya
bölünən, bir-birinə
bənzəməyən, peşələri də müxtəlif insanlardır bu
88
düynanın sahibləri. Hər canlının öz gücü, hər
meyvənin öz dadı var, bir ananın övladları bir-
birinə bənzəmir. Vaxt da bir-birinə bənzəmir.
Dünyanın bütün bu təzadlarında şair bir təbiilik
görür. Lakin onu insanlıq üçün qəbul edə bilmir.
Bu duyumlar "Baş daşına yazılmış biri vardı,
biri yoxdu" şerində də qəlb göynədicidir. Şair
daşa yazılmış bu sözləri göz yaşına bənzədir.
"Biri vardı" ilə başlayan, "biri yoxdu" ilə sönən
həyat insan üçün nədir?-sualına cavab verir:
Uyu nağıl yaşlı yavru!
Torpağın qu tükü olsun!
Onsuz da bu dünyada hamını
"Biri vardı, biri yoxdu" yaşadır.
Şair "Biri vardı, biri yoxdu" nağıl başını yanıqlı
fəryada, "daş beşikdə ana laylası"na bənzədir.
"Biri vardı" ilə başlayır, "biri yoxdu" ilə həyat sona
yetir. Nağıla bənzəyən ömür, onun kədəri,
qüssəsi, dərdi, itkidən doğan göz yaşı dolu bu
şerdə "budağında sınmış qönçə"nin başdaşına
yazılan yazı şairin bu misraya geydirdiyi poetik
don həyat fəlsəfəsidir, insan fəlsəfəsidir, olum-
ölüm fəlsəfəsidir. Dünyanın bütün sevincinə
bərabər tutulan bir damla göz yaşının fəlsəfəsidir.
İnsan üçün iztirab, dərd fəlsəfəsidir. Dünya sirlər
dünyasıdır, bir yandan boşalır, bir yandan dolur.
Birinə sevinc, birinə qəm, birinə qönçəsində
solmaq, birinə artıq çəliyini belə əlində saxlamaq
imkanı olmamaq, ömründən bezar yaşamaq,
89
qocalıb əldən düşmək, qismətinə yazılan tale
yazısı, yarımçıq ömür, əziz itkidən doğan kədər-
nə istəsən taparsan Fikrət Sadığın "Biri vardı, biri
yoxdu" misrasının içində. Bəlkə də nə qədər görə
bilmədiyimiz məsələlər var bu misralarda. Bir
epopeyadır; Yarımçıq insan ömrü haqqında
epopeya, ümidlərin işığında yaşayan insan
haqqında, ümidləri üzülən insan haqqında… nə
ad verirsinizsə verin, bu şer belədir, olduğu
kimidir. Ölçüsü, meyarı olmayan insan kədərini
duyan, insanlığın qayğısını, dərdini öz şəxsi
dərdi, qüssəsi kimi qəbul edən kövrək ürəkli, saf
insanların qəlbindən qopub gələ bilən bu
misralarda insan dərdi var.
Müharibə -insan həyatına ən ağır müsibətlər
gətirən dəhşətli kabusdur. Fikrət Sadıq Böyük
Vətən müharibəsinin, İkinci Dünya müharibəsinin
dəhşətlərini yaşamış sovet adamlarındandır.
Müharibə dövründə bütün sovet adamlarının
qapısını qara kağızlar döyüb. Müharibənin ağrı-
acıların əsrlər keçsə də yaddan çıxmaz. Fikrət
Sadıq
Macarıstanda,
Berlin
yaxınlığındakı
döyüşlərdə qardaşı həlak olmuş belarus yazıçısı,
dostu İvan Novikova "13-lər" adlı bir poema həsr
etmişdir. 45--ci ilin baharında həlak olmuş on üç
əsgərin qələbəyə az qaldığı bir vaxtda həlak
olmaları onu mütəəsir edir. Onları "durna
qatarından" ayrılıb qalan, bahar buludundan
"qırılıb qaçan" onüçlər adlandırır. On üç əsgərin
90
qara mərmər başdaşları qarşısında dayanıb
düşüncələrə dalan şair dostunun qəlbindən
keçənləri ürəkdən duyur, onun kədərinə şərik
olur:
Sən bu uzun yolu qardaş deyib gəlmisən,
Bu daşı deyib gəlmisən.
Təsəllindən əsa alıb,
Ümiddən çarıq geyib gəlmisən.
Sənin gözlərində oxudum davanı,
Sənin gözlərində gördüm davanı.
On üç məzarın önündə şam yandıran "əllərə
baş əyirəm"
-deyən şair onları doğma, əziz adamları kimi
qiymətləndirir.
Müharibə çox ölkələri, yerləri viranə, çox
övladları yetim, qadınları dul, qocaları dilsiz
qoydu. İkinci dünya müharibəsi tarixə Xatın
kəndinin müsibətini gətirdi. Şair bu kəndi gəzir,
müharibənin törətdiyi qanlı hadisələrin şahidi
olur, müharibəni lənətləyir. Hər qarışı "ötən
hərbin daşa dönmüş bir dastanı" kimi gördüyü
Xatın kəndi öz görkəmi ilə insanların ürəyində
daş
kimi
asılıb
qalır. Bu
kədər, qüssə
dözülməzdir, çünki burda insan övladına, insanlıq
dünyasına divan tutulub. İndi bu kənd bir
qəbiristan kənddir. Bütün əhalisi yandırılmış,
güllələnmiş,
meşələri,
bağçaları,
əkinləri,
quyuları, doqqazları insansız qalmış, ocaqsız,
odsuz qalmış, gəlin baxışlı, Xatın görünüşlü,
91
Xatın kəndinin sinəsinə çəkilmiş dağdır. O yerləri
gəzmək də mümkün deyil.
Sənin yaslı torpağına qədəm basmaq asan
deyil.
Zənglərinin naləsinə qulaq asmaq asan
deyil.
Ah çəkməklə qəzəb sönməz, amma susmaq
asan deyil.
Körpələrin yandırılıb, civil-civil,
Gəlinlərin güllələnib xanım- xatın,
Gəldim Xatın, gördüm Xatın.
Belarusiyanını Minski vilayətinin keçmiş Xatın
kəndinin yerində Alman faşist işğalçılarının
tamamilə
məhv
etdiyi
Belarus
kəndləri,
əhalisinnin xatirəsinə yaradılmış bu kompleks
Belarusiya
Böyük
vətən
müharibəsi
tarixi
muzeyinin bir filialı kimi bu gün də bütün
muharibə sevənlərə, faşistlərə ibrət dərsidir.
Onun əsərlərində müharibə insanı fiziki və
mənəvi cəhətdən şikəst edir. Bunlarda qəzəb,
mərdlik, dözüm, ləyaqət, müharibə törədənlərə
qarşı nifrət güclüdür. Müharibənin qayğılarını
ödəmək üçün bütün işçi qüvvələrinin döyüşə
getməsi, təsərrüfatın
qadın
və
uşaqların,
qocaların öhdəsinə buraxılması, ölkənin kənd
təsərrüffatının dağılması nəticəsində yaranan
aclıq, qıtlıq, çörəyin talonla verilməsi, insanların
gecə-gündüz çörək növbəsinə durması onları
əvəz edən daşların düzümündə, görkəmində
92
bədiiləşdirilir, müharibəyə nifrəti artırır. İllərlə
qardaş axtarıb, məzarını ziyarət qisməti olmuş,
mərmər məzarın önündə diz çöküb qardaş
faciəsinin ağrı-acısını, çəkdiyi əzabları gözlərində
gördüyü
dostu
şair
Novikovun
əzablarını,
müharibənin insan övladınnı başına açdığı
müsibətləri ümumiləşdirir.
Müharibə F.Sadığın öz taleyində də az acı
izlər qoymayıb. O, müharibə şəraitində insanların
çəkdiyi əzabları görüb və onları öz şerlərində
daha təsirli verib.
"Ucadandanışan" əsərində balaca mantyorun
keçirdiyi hisslər tərənnüm olunur. "45- mayı,
Bayıl, Krasin küçəsi" ilə bağlı şairin balaca lirik
qəhrəmanının xoş xatirələri ilə bağlıdır. O balaca
mantyor ki, "Uca daş binanın dənizə baxan sərt
divarına
ucadandanışan
bərkidib:
o
ucadandanışan
gözləri,
qulaqları
intizarda
olanlara "davanın" qurtardığını bəyan edib:
Analar, bacılar.
Gözünüz aydın,
Dava qurtarıb"
-bunu ucadandanışan dedi. Balaca mantyor
da o sevinci, o şad xəbəri sahilə qaçıb, dalğaları
çağırıb onlara dedi, "dənizdən muştuluq aldı", o
sözün sehrində
Mantyor
var səsilə qışqırdı,
Üfüqə, günəşə:
93
"Dava qurtarıb".
Uzaq-uzaq adalardan
qayıtdı əks-səda:
"Dava qurtarıb".
və
Hələ də qulağımdadır,
O qayaların əks-sədası.
-deyən şair elə o balaca mantyorun özüdür.
Müharibəni görməsə də onun acılarını dadmış
insandır. Uşaqlıq
illəri
müharibə
vaxtına
düşəndir. "Ağ cığır"da o yaşıdlarının çəkdiyi
əzabları,
qüssələri,
müharibənin
insanlara
gətirdiyi fəlakətləri ümumiləşdirir. Cəbhəyə qaçan
üç uşaq-qoçaq əsgərlər tərəfindən geri qaytarılır.
Atasından gələn qara kağıza dözməyən balaca
qoçağın qəlbində düşmənə nifrət odu alovlanır.
Onun intiqamını almaq üçün özünü cəhbəyə atan
oğlan "mən dərddə olsa əgər, mən yaşda da
əsgər olar"- deyir. Dərd-qəzəb, kin, nifrət onu
müharibəyə, cəbhəyə səsləyir. Bənövşə adlı zərif
bir çiçəyə bənzədilən qızcığazın heç kimi
olmadığından-yalqızlığından cəbhəyə qaçırdı.
"Bircə atası vardı, o da cəbhədə" idi. Möhtac
olduğu ata səsinə:
Yaxşısı budur kəsin dilimi,
Amma yolumu kəsməyin, əmilər!
Qoyun bircə dəfə görüm,
Lap uzaqdan görüm nolar
Ümidimi, təsəllimi".
94
Üçlərdən biri- on üç yaşlı, onlardan bir qədər
böyük oğlan sənət məktəbində oxuyurdu və artıq
"əlim tüfəng tutur daha" fikriylə cəbhəyə can atır.
Onu tutsalar da, geri qaytarsalar da:
Tutmayın dörd bir yanımı,
Mən onsuz da qaçacağam
-söyləyir.
İpə-sapa yatmayan bu qoçaq əsgərlərə söz
gəlməməsi
üçün,
kimisə
zərbə
altında
qoymamaq üçün qaçmağa yollar axtarır və belə
qərara gəlir ki "komandirin qabağından "qaç"sın.
Fikirlər
içində
çırpınan
uşaq
leytenantı
tutmasaydı "yıxılacaqdı az qala". Elə bu anda
oğlanın yadına bir nağıl düşür. Ova çıxmış şah
öz adamlarıyla bir ceyranı mühasiryə alır, hər
tərəfdən dövrəyə alınan ceyran can hayında, şah
isə əylənməkdədir. Şah əmr edir ki:
"Kimin başı üstdən atılsa ceyran
o atlı keçəcək başından".
Ceyran bu anda "ox kimi sıç"rayıb şahın
başının üstündən yoxa çıxır. Lirik qəhərman bu
nağılın
şirin
xəyalları
içərisində
uçarkən,
leytenant "üzüquyulu" qara yıxılır. Oğlan bundan
istifadə edib üz qoyur qarın üstüylə qaçmağa. "ta
dənizəcən yıxıla-dura" qaçan balaca qoçaq onu
heç
kimsənin
qovmadığını
gördükdə
təəccüblənir. Çıxa bilmədiyi qar-ağ cığır zolaq
onu geri qayıtmağa səsləyir:
Ağ zolaqda ay nuru,
95
Ağ zolaqda aydan arı,
Sudan duru olur insan.
Şairin balaca qəhrəmanı öz işindən peşiman
olub vağzala qayıdır. Əsgərlərin leytenantın
yaralarını sarıdığını görür. Yaralı leytenanta
baxan Bənövşənin, qıvrımsaçlı o balaca oğlanın
kədər
dolu
baxışlarını görür. Qaçdığından
peşiman olur. Krım döyüşlərində ağır yaralanmış,
hələ
yaraları
sağalmamış
leytenantın
yaralarından axan qan onun taleyinə acıyan,
müharibənin dəhşətlərini bu balaca yaşında
görməsinii istəməyən və buna görə də onun
cəbhəyə
getməsinə
mane
olan,
evinə
qaytarmağa çalışan leytenantın yanında diz
çökür:"qaçmaram daha" deyir. Qıvrımsaçlı oğlanı
anasına, balaca Bənövşəni uşaq evinə, üçüncü
uşağı "İşıqçı" məktəbinə qaytarırlar. İndi o işıqçı
oğlan illər keçsə də qaranlıqdan işığa, ölümdən
onu həyata, gələcəyə qaytaran o leytenantı
axtarır. O qarlı günlərin acı xatirəlri içərisində lirik
qəhrəman
qıvrımsaçlı
oğlanı,
Bənövşəni,
leytenantı, onun yaralarını sarıyan əsgərləri
xatırlayır. Onları o qarlı, acı xatirələrin şahidlərini
arzulayır.
Amma qayıtmasın o günlər,
O günlər qayıtmasın!
-deyə müharibənin vurduğu zərbələri görmüş,
canında, taleyində, həyatında ağrısını çəkmiş bir
insan kimi lənətləyir, o günləri bir də görmək
96
isitəmir. Ç ünki o günlər -müharibə, facəiələr,
dəhşətlərlə
dolu
idi. Ölüm
yuvasıydı, o
müharibədə şair əzizlərini itirdi. Müharibəyə lənət
oxuyan qəhrəman o illərin aclığını, yalnız bir tikə
çörəyin həsrətini çəkənlərin, çörək dükanlarının
qabağında növbə çəkən yorğun qocaları, qoltuq
ağacına söykənib saatlarla növbə gözləyən
yaralıların, qoca qaprıların baxışlarını göz önünə
gətirir, müharibəyə lənət oxuyur. Onun kimi
müharibənin dəhşətlərini yaşamış şairin ümid,
həsrət, sevgi, məhəbbət, doğmalıq hissi ilə
xatırladığı Qərənfil, uşaqlıq illəri, insanları, hətta
balacaları bir-birinə yaxın, doğma edən bir
ümumi qayğı-müharibənin törətdiyi qayğılar,
insan övladının xoşbəxtliyini, sevincini, ümidini,
gəncliyini, sevib-sevilmək duyğularını əlindən
alıb-bütün diqqəti özünə cəlb etmək istəyən
eqoist, murdar, çirkin müharibəyə lənət onları
birləşdirir:
Bizi yaxınlaşdıran
Bəlkə məhəbbət imiş,
Qayğısız ilk məhəbbət.
Bəlkə də həsrət imiş.
Bəli, bu idi onları bir-birinə bu qədər
yaxınlaşdıran
müharibənin
əllərindən
aldığı
əzizlərinin görmək həsrəti:
Sənin "qardaş" həsrətin,
Mənim bacı həsrətim,
Onda şirin həsrətim,
|