Dünya xalqları öz nadir sənət incilərini



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə1/37
tarix09.02.2017
ölçüsü1,77 Mb.
#7868
  1   2   3   4   5   6   7   8   9   ...   37

1

GİRİŞ

Dünya xalqları öz nadir sənət incilərini

yaradıb. 

Xalq


ədəbiyyatı

dünya, 


kainat, 

məhəbbət,  dostluq, xeyirlə şərin mübarizəsi kimi

zəngin bəşəri duyğular üstündə köklənib.  Bu

köklənmədən Nizami,  Füzuli kimi böyük dühalar

yararlanıb və onlar və onların ən yaxşı sələfləri

xalq ədəbiyyatının ən dəyərli inciləri səviyyəsində

duran hikmətli fikirləri özündə yaşadan sənət

əsərləri qoyub getmişlər.

XX əsr Azərbaycan poeziyasının inkişafında

ən

yüksək



mərhələyə

çatır.  Azərbaycan

ədəbiyyatına

xalq


ədəbiyyatından,  Xaqani, 

Nizami,  Füzuli,  Nəsimi,  Həsənoğlu,  Qətran

Təbrizi və digər klassik ədəbiyyatımızın ədəbi

məktəblərindən dərs almış şairlər gəlir.  Səməd

Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd

Rahim, 


Osman

Sarıvəlli, 

Şəhriyar

kimi


sənətkarlar Azərbaycan poeziyasını ən yüksək

zirvələrə qaldırır.  Kommunist ideologiyasına

xidmət edən poeziya tərkibində elə bəşəri

duyğuları,  mövzuları,  ideyaları özündə yaşadan

lirik əsərlər meydana gəlir ki,  onlar bu gün də, 

sabah da,  gələcəkdə də əsil sənət əsərləri kimi

öz bədii dəyərini qoruyub saxlayacaqdır.

Müəyyən bir müddət ərzində istedadın

hüdudsuz aləmini çərçivə daxilində öz eqoist

ideologiyalarına xidmət etmək üçün saxlamağa



2

çalışsa da,  sovet ədəbiyyatı,  sovet poeziyası o

çərçivəni dağıdıb çıxan bir-birindən istedadlı

sənətkarlar yetişdirdi və sonra gələn sənətkarlar

da bu yolla getdilər. Ədəbiyyatımız bu möhtəşəm

kök üstündə sənətkarlar yetişdirdi və onlar

sənətkar azadlığını hər şeydən yüksək tutdu. 

Xalqının,  millətinin işıqlı gələcəyini arzulayan və

bu yolda gizli-açıq şəkildə mübarizələr aparan

B.Vahabzadə,  Xəlil Rza kimi sənətkarların

ədəbiyyat aləminə gəlməsi,  öz sözünü deməsi

üçün geniş yollar açılmışdı.  Sovet ədəbiyatının

20-30,  40-50,  60-70-ci illər arasındakı inkişaf

mərhələlərini nəzərdən keçirdikdə ədəbiyyata

gələn,  poeziyamızda öz əksini tapan ideyaların, 

mövzuların

rəngarəngliyi-

insan


taleyi, 

bəşəriyyətin sabahı,  gələcəyi üçün narahatlıq, 

dünyanı yaşatmaq istəyi,  müharibələrin törətdiyi

və gələcəkdə də törədə biləcəyi müdhiş faciələrin

qabağını almaq üçün qələmə alınan nəsihətamiz, 

tərbiyəvi xarakterli mövzular öz zəngin məzmun

ideyalarına



görə

dünya


ədəbiyyatı, 

mədəniyyəti üçün əsil sənət nümunələri- oxucu

kütləsinin marağını,  məhəbbətini qazana bilən

əsərlər yarandı.

Belə sənətkarlardan biri də Azərbaycanın

görkəmli şairi,  Respublika Dövlət mükafatı

laureatı,  istedadlı

şair,  mübariz

şəxsiyyət, 

novator sənətkar,  məhsuldar bir yaradıcılıq yolu

keçmiş Fikrət Sadıqdır.  O,    müxtəlif canrlarda


3

köklənmiş,  öz oricinallığı ilə fərqlənən şerlər, 

poemalar,  hekayə və ədəbi-tənqidi,  publisist

məqalələrlə ədəbiyyatımızı zənginləşdirmişdir.

Qələmini söz sənətinin müxtəlif canrlarında

sınamış,  bir-birindən mənalı,  oxunaqlı əsərlər

yaradan Fikrət Sadıq heç kimi təkrar etməyən, öz

oricinallığı ilə seçilən    əsərləri ilə Azərbaycan

ədəbiyyatının öncülləri sırasındadır. 

Çağdaş XX əsr Azərbaycan ədəbiyyatının

inkişafında böyük xidmətləri olan sənətkarlarla

çiyin-çiyinə

çalışan,  oxucu kütləsinin dərin

məhəbbətini

qazanan

Fikrət


Sadıq

həyat


hadisələrini yaradıcılıq süzgəcindən keçirərək

onlara lirik-romantik vüsət vermək bacarığı olan

şairdir. Əsərlərində lirik qəhrəmanın daxili aləmini

şirin bir dillə "şərh"  etmək qabiliyyətinə malikdir. 

Onun qələmə aldığı mövzuların həcmindən asılı

olmayaraq demək olar ki,  hamısında bədii

material,  mövzu,  sücet xalqımızın həyatından, 

onun tarixi keçmişindən,  mübarizələrlə dolu

tarixindən götürülmüşdür.  İnsan taleyi,  zəhmət

adamlarının fədakarlığı,  xalqımızın milli-mənəvi

dəyərlərini özündə yaşadan və bu gün də xalq

yaradıcılığının

zəngin

xəzinəsinə



çevrilən

sətirlərində doğma xalqına,  vətəninə sədaqət

prinsiplərini qoruyub saxlayandır.  Vətənpərvərlik

duyğuları,  qəhrəmanlıq dolu tarixi keçmişimizi

özündə

yaşadan


hadisələri

əks


etdirən, 

4

ümumbəşəri dəyərləri özündə əxz edən mövzular

şair üçün zəngin bədii materialdır.

O,  yaradıcılığında müasir həyatla səsləşən

mövzulara daha çox müraciət edir.  Mövzu və

canr etibarı ilə zəngin və rəngarəng olan

yaradıcılığını nəzərdən keçirdikdə iki aspekt

diqqətimizi daha çox cəlb edir.  Birinci cəhət

xalqımızın zəhmətkeş təbəqəsinin,  ulularımızın

müsbət mənəvi keyfiyyətlərinin tərənnümüdürsə, 

ikinci cəhət insani duyğulardan uzaq olan

yaltaqlığın,  paxıllığın,  kasıblığın,  ehtiyacın, 

cəmiyyəti içindən yeyib-tökən rüşvətxorluğun, 

pulun və digər mənfi halların özünəməxsus

oricinal bir şəkildə  tənqididir.

Yaratdığı əsərlərində milli-mənəvi dəyərlərə, 

klassik mədəniyyətimizə, dünya ədəbiyyatının ən

yaxşı ənənələrinə söykənir.

Sadə və həyati mövzuları mənalandırmaq, 

ona fərdi yaradıcılıq prizmasından yanaşmaqla

lirik

vüsət


aşılamaq, 

müasirlik

F.Sadıq

yaradıcılığının



mühüm

cəhətləridir. 

Onun

yaradıcılığında xalqımızın qəhrəmanlıqlarla dolu



tarixi keçmişi,  bəşəri mövzular,  xalqımızın son  

onilliklərdə həm mədəni, həm siyasi, həm ictimai

sahədə əldə etdiyi möhtəşəm yeniliklər,  mənəvi-

psixoloci

aləmi, 

 

Azərbaycan



dilinə, 

mədəniyyətinə, əxlaq kodeksinə, torpağına, onun

təbiətinə,  milli-mənəvi dəyərlərinə hörmət əsas

mövzudur.



5

F.Sadığın əsərləri həm ədəbi baxımdan, həm

də ədəbiyyatımıza gətirdiyi yeniliklər baxımından

əhəmiyyətlidir.

İstər lirik, istərsə də epik yazılarında F.Sadıq

Azərbaycan dilinin sadiq keşikçisinə bənzəyir. 

Xalqımızın

qüdrətli


sərkərdəsi, 

ümummilli

liderimiz

Heydər


Əliyev

Yazıçıların

X

qurultayında dilimizin qorunub saxlanmasında, 



zənginləşdirilməsində şair və yazıçılarımızın

əməyini yüksək qiymətləndirmişdir: " Azərbaycan

dilinin formalaşmasında,  inkişaf etməsində,  bu

günkü səviyyəyə çatmasında yazıçılarımızın, 

şairlərimizin, 

ədəbiyyatşünaslarımızın, 

dilçi

alimlərin böyük xidməti var.  Dil bizim ən böyük



sərvətimizdir. Xalqı xalq edən, milləti millət edən

onun ana dilidir.  Layiqli ana dili olmayan,  ana

dilindən istifadə edə bilməyən,  ana dilindən

bəhrələnə bilməyən xalq,  millət,  millət ola

bilməz". Sənətkar əməyinə verilən bu qiymətdən

Fikrət Sadığın da öz payı var.

F.Sadıq məhz bu sahədə bəlkə də dövrünün

bütün ziyalılarını qabaqlamış,  dil məsələlərini

daima diqqət mərkəzində saxlamış,  yazdığı

əsərlərində dilimizin saflığı naminə    mübarizə

aparan    qələm sahibidir.  Onun əsərlərinin dili

sadə, canlı və təbiidir. O, poetik ovqatı qafiyə və

vəznlə ölçmür.  Onun yaratdığı əsərlərdə bədii

ümumiləşdirmə güclüdür.



6

Yaratdığı əsərlər zamanın səsinə səs verən

əsərlərdir.  37-ci illərin repressiyasının dəhşətli

nəticələri,  imperialist qüvvələrin Azərbaycanda

gedən milli-azadlıq hərəkatını boğmaq cəhdləri, 

bu yolda şəhidlər verən Azərbaycan xalqının

mübarizliyi, 

əzmkarlığı, 

ikiyə

parçalanmış



Azərbaycanın dərdinin üstünə gələn Qarabağ, 

Qərbi Azərbaycan dərdi,    torpaq həsrəti,  yurd

göynərtisi, 

didərginlik

taleyi

yaşayan


soydaşlarımızın

düşdüyü


sarsıdıcı-psixoloci

vəziyyət,  ictimai bəlalardan olan rüşvətxorluq, 

haramçılıq böyük cəsarətlə təsvir edilir.

"Vətənin əl boyda daşı",    "20  ildən sonra", 

"Ömrün bir günü", "On üç şam", "Ana əli", "Arzu

bulağı"    və s.  poemaları,  "Yaşıl xatirələr" silsilə

şerləri və digər əsərləri    onun sənətkarlıq

imkanlarını güzgü kimi özündə əks etdirir.

F.Sadıq xalq ədəbiyyatına,  milli kökümüzə, 

milli mədəniyyətimizə,  klassiklərimizə hörmətlə

yanaşan bir sənətkardır.    Onun    Füzuli,  Mirzə

Ələkbər Sabir,  Məhəmməd Hadi,  Abbas Mizə

Şərifzadə,  Qabil,  Məmməd Araz,  Əli Kərim, 

Rəsul


Rza

digər



böyük

şəxsiyyətlər

haqqındakı yazıları şairin yüksək intellektual

səviyyəsindən,  geniş dünyagörüşündən,  nəzəri

hazırlığından xəbər verir.

Fikrət Sadıq yaradıcılığını bütünlüklə tədqiq

etmək,  müxtəlif

canrlarda

yazdığı

əsərləri


ümumiləşdirib qiymətini vermək,  onun zəngin

7

yaradıcılıq yolunu açmaq,  araşdırmaq,  müasir

Azərbaycan

ədəbiyyatının, 

poeziyasının

inkişafında

onun

yerini, 


rolunu

düzgün


qiymətləndirmək

müasir


ədəbiyyatşünaslığın

vəzifələrindəndir.

Əlbəttə,  onun yaradıcılığı Azərbaycan ədəbi

tənqidinin,  sənətşünasların diqqət mərkəzində

olmuşdur.    Yeni nəşr olunan hər bir kitabı, 

mətbuatda dərc olunan əsərləri haqqında ədəbi

tənqid, sənətsevərlər, şairlər, yazıçılar ictimaiyyət

yüksək qiymətini vermişdir.  Rəsul Rza,  Bəkir

Nəbiyev,  Mirvarid Dilbazi,  Xəlil Rza Ulutürk, 

Bəxtiyar Vahabzadə,  Elçin,  Ağamusa Axundov, 

Məmməd Araz,  Qabil,  Anar    və onlarla  

sənətsevərlər Fikrət Sadıq yaradıcılığı haqqında

dəyərli fikirlər söyləmiş,  resenziyalar,  məqalələr, 

kitablarına ön sözlər yazmışlar.

Hər bir sənətkarın tərcümeyi-halı,  yaşadığı, 

boya-başa çatdığı şərait onun yaradıcılığında da

öz silinməz izlərini qoyur.  Fikrət Sadığın geniş, 

elmi


tərcümeyi-halı,  yaradıcılıq    yolu

bu

monoqrafiyada



bir

küll


halında

nəzərdən


keçirilmiş,  dərc olunmuş ilk əsərlərindən tutmuş

bu günəqədər yaratdığı digər əsərlər müasir

dövrün

konteksti



baxımından

yenidən  

araşdırılmış,  qələmindən çıxan şer,  poema, 

dram,  nəsr əsərləri,  oçerk,  məqalə    və s. 

nümunələri müxtəlib bölmələr,  fəsillər daxilində


8

tədqiq edilmiş ədəbi mühitlə və zamanla əlaqəli

şəkildə tədqiqata cəlb edilmişdir.

Monoqrafiyada bu vaxta qədər toxunulmamış

və ya az araşdırılmış məsələlər üzərində daha

çox


dayanılmış,  nəşr

edilməmiş

bir

sıra


əlyazmaları da nəzərdən keçirilmişdir.

9

FİKRƏT SADIĞIN HƏYATI

Fikrət    Abbas oğlu Sadıqov (Fikrət Sadıq) 

1930-cu ilin may ayının 30-da Azərbaycanın

səfalı yerlərindən olan Şamaxıda hörmətli bir

ziyalı ailəsində anadan olmuşdur.  Atası Sadıqov

Abbas


Qulu

oğlu


Şamaxıda

Şıxminas


məhəlləsində doğulub.  Uşaqlıq illəri Şirvan

torpağında keçmişdir.

Lap körpəlikdən əzizlərini itirmiş Abbas bir

müddət dayısının himayəsində yaşayıb.  Ona

görə də ona "Yetim Abbas"  deyirlərmiş.    (Hal-

hazırda hörmtəli şairimiz,  Abbas kişinin oğlu

Fikrət Sadıq onun həyatından bəhs edən "Yetim

Abbas"  povesti üzərində işləyir.)  Yetim    Abbas

gənclik yaşına çatanda Ordu sıralarına hərbi

xidmətə göndərilib.  Çalışqan,  ölkədə gedən

ictimai işlərdə fəal iştirak edən Abbas tez bir

zamanda diqqəti cəlb etmiş, komsomol sıralarına

qəbul olunmuş,    əvvəlcə rayonun komsomol, 

sonralar


rayon

partiya


komitəsində

məsul


vəzifələrdə çalışmışdır. Şamaxıda rayon icraiyyə

komitəsinin sədri vəzifəsində işləyərkən öz

fəallığı, 

insanpərvərliyi

ilə

sadə


zəhmət

adamlarının hörmətini qazanmışdır.

Sonra Abbas Sadıqov Yevlax rayon icraiyyə

komitəsinə məsul vəzifəyə göndərilmişdir.. 1937-

38-ci illərdə stalinizmin qara tufanı onun  üstünə


10

də öz kölgəsini salmış, namuslu, əməksevər, saf

insan olmasına baxmayaraq "xalq düşməni" kimi

damğalanıb,  Bakıda həbsxanada saxlanmış,  bir

çox işgəncələrə məruz qalmış,  tutarlı dəlillər

tapılmadıqda Sibirə sürgün edilmiş,  ömrünün

iyirmi ilini qarlı-şaxtalı Uzaq Sitbir çöllərində

məcburi əməklə keçirmiş, hər an ölüm,      dəhşət

içərisində yaşamağa məcbur edilmişdir.  Öz

vicdanını saflığına,  əməlinə bələd olan Abbas

Sadıqov hər cür əzablara, təhqirlərə məruz qalsa

da dözmüş,  haqqın-ədalətin qalib gələcəyinə

inanmış, ailəsinin, nəslinin qarşısında gözükölgəli

olmayacağına inamla ölümün qara pərdəsini

yırtıb çıxmış, nəhayət stalinizmin digər qurbanları

kimi onun da heç bir təqsiri    olmadığı sübuta

yetirilmiş, evinə- ailəsinə dönmüşdür. 

O,  sürgün həyatı keçirərkən ailəsi təqib

olunmuş, uşaqları, eləcə də Fikrət Sadıq bu ağrı-

acını daha çox dadmış, mənən əzilsə də qohum-

qonşuların,  camaatın atasına münasibətindən

bilmişdir ki,  o çox saf,  Vətənini,  xalqını sevən

insan olmuşdur və bu da ona mənən rahatlıq

gətirmiş və inanmışdır ki, gec-tez haqq öz yerini

tapacaqdır.  Ömrü yetimliklə keçən bir insan heç

bir vaxt vətəninə, xalqına qarşı çıxmaz. Atasının

həbsindən

sonra


Şamaxıda

ona


"xalq

düşməninin oğlu"  deyirdilər.  70  yaşlı şair o

günləri dönə dönə xatırlayır:"  Yaxşı yadımdadır, 

bir dəfə Şamaxıya bərk qar yağmışdı.  Biz onda



11

balaca uşaq idik.  6-7  yaşımız olardı.  Birinci

sinifdə oxuyurduq.  Qar az qala 70-80 santimetrə

çatırdı,  yolu-izi qar basmışdı.  Hərəkət etmək

olmurdu.  Müəllimlər,  valideynlər hərə bir uşağı

çiyninə alıb evlərinə aparırdılar.  Mən bir küncdə

qalmışdım.  Mənim haqqımda heç fikirləşən yox

idi.  Axırda bir müəllim gözləri yaşara-yaşara

dedi:"Hamı getdi,  bəs bu uşağı- yetim Abbasın

oğlunu kim aparacaq?"

Vəziyyəti ağır görən dayıları Əbdülkərim və

Qədir onları Kürdəmirə aparır.  Hətta    burada da

onu gözümçıxdıya salırlar.  Şair öz xatirələrində

yazır:"  Kürdəmirdə altıncı sinfə qədər oxudum. 

Özü də pis oxumurdum. Ümumiyyətlə, həmişə bu

fikirdə olmuşam ki,  atasız    uşaqlar yaxşı  

oxuyurlar, çünki onlar bütün varlıqları ilə çalışırlar

ki,    oxuyub bir tərəfə çıxsınlar.  Nə isə, 

dərslərimdən 4  və 5  qiymətlər alırdım.  Amma

nədənsə Bakı sənət məktəbinə uşaq göndərmək

lazım

gələndə mənim



adımı siyahıya

saldırdılar.  Yəqin    bilirsiniz o vaxtlar sənət

məktəbinə heç bir prespektivi olmayan,  dəcəl, 

şuluq,  müəllimlərin

canını


boğazına

yığan


uşaqları göndərirdilər…  Digər tərəbdən,  Böyük

Vətən müharibəsinin ən şiddətli çağında,  yəni  

müharibə illərində    orta məktəbdə pis oxuyan  

yuxarı sinif şagirdlərini Bakıya peşə məktəbinə

oxumağa göndərirdilər.  Ç ünki    əli qüvvətli kişilər

demək olar ki,  hamısı cəbhədə idi.    Belə



12

vaxtlarda fəhlələrə arxa cəbhədə də böyük

ehtiyac duyulurdu…mənim atam 1938-ci ildə xalq

düşməni damğası ilə həbs edilmişdi. Və o vaxtlar

bizi Stalin,    rayonuna,  indiki Bayıla 3  nömrəli

sənət


məktəbinə

göndərdilər. 

Buruqların

arasında yerləşən bu sənət məktəbi ancaq neft

sənayesi

üçün


müxtəlif

ixtisaslı

fəhlələr

hazırlayırdı. Və burada ixtisaslar könüllü seçilirdi. 

Mən də siyahını oxudum və elektrik mantyoru

peşəsini seçdim.  Boydan da bir az balaca,  zəif

olduğuma görə müəllimim də dedi ki,  sən

qazmaçı ola bilməzsən.  Elə yaxşı ki,  bu sənəti

seçmisən".

Sabaha ümidinin üzməyən gənc mənən

sıxılsa da,  başı bəlalar çəksə də,  tay-tuşlarının

məktəblərdə təhsil aldığını görüb onlara həsəd

aparsa da əmək fəaliyyətinə başlayır.    Sənət

məktəbini bitirib Naftalanda,  Qazanbulaqda, 

Gəncədə "Kirovabad neft kəşfiyyatı"  idarəsinə

Naftalanın elektrik mantyoru ixtisasında işə

göndərilib,  Tərtərdə işıq, telefon, radio mantyoru

işləyir. Sonralar bu illər onun yaradıcılıq taleyində

də öz rolunu oynayır.  Şair özü demişkən "

sonralar nə yazmışamsa həmin o illərdən

bəhrələnmişəm, 

fəhləlik


illərim-həyat

məktəbimdir". 

Hələ

Şamaxıda,  Ç uxuryurdda



işləyəndə

istirahət

günləri

"Yeni


Şirvan" 

qəzetinin

redaksiyasına gələr,  orada yaratdıqları şer


13

dərnəyində    iştirak edər,  yazdıqlarını oxuyar, 

müzakirə edərdilər.    Həmin dərnəkdən sonralar

Fikrət Sadıq,  Musa Yaqub,  Oqtay Şamil və

başqaları yetişdi,  ədəbiyyat aləminə öz dəsti-

xətləri ilə gəldilər. 

Sonra

Ordu


sıralarına

hərbi


xidiətə

çağırılmış,  tərxis olunduqdan sonra    Bakıda bir

müddət kinomexanik, Kürdəmirdə dəmir yolunda

mantyor işləmiş,  əmək fəaliyyəti ilə yanaşı

təhsilini də davam etdirmişdir.  1956-1961-cı

illərdə


Azərbaycan

Dövlət


Universitetinin

filologiya fakültəsini bitirmişdir.

İlk "Tüfəngim"  şerini hələ orta məktəbdə

oxuyarkən məktəb divar qəzeti üçün yazmış və o

zaman ədəbiyyat müəlliminin diqqətini cəlb etmiş

və ona " yazsan səndən bir şey çıxar" demişdi.

Bayılda sənət məktəbində oxuduğu illərdə 14 

yaşında Həsənoğlunun qəzəlinə nəzirə olaraq

yazdığı,  sual-cavab şəklində klassik üslubda

qurulmuş bu misralar onun    istedadından xəbər

verirdi.

Gəldim


məktəbxanəyə,  elmi-fənni-dərsi

qanım,


Nə məktəb,  məktəbi-sənət,  nə sənət, 

zəhməti-şanım.

Gənc yaşlarında da şerə,  ədəbiyyata həvəs

göstərmiş,  şerlər yazmış,  univesitetdə oxuduğu

illərdə mətbuatla yaxından əlaqə saxlamış, 


14

universitetin

nəşriyyatının

buraxdığı

almanaxlarda şerləri ilə çıxış etmişdir. 

  İlk şeri 1946-cı ildə Bakıda "Azərbaycan

gəncləri"  qəzetində dərc olunan "Bahar"  şeri idi.  

Bu şer onu isitmədi,  əksinə ömrünə qış gətirdi.  

Bu şeri dərc eyləyən hardansa öyrənib bilmişdi

ki, Fikrət Sadıq "xalq düşməni"nin oğludur, ondan

sonra onun yazılarını dərc etmədilər.  On il

mətbuat onun üzünə bağlı qaldı.  Yalnız 19560-cı

ildə ADU-nun birinci kursunda oxuyarkən "Aprel

çiçəkləri" almanaxında yenidən onun əsərləri işıq

üzü gördü və həmin almanaxda "Ana əli"  şeri

nəşr olundu.  Fikrət  Sadıq yazır: " 

Anam mənim- savadsız idi.  Amma folkloru

gözəl bilirdi.  Məni şerə həvəsləndirən    Şamaxı

olmayıb,  anam olub.  "Ana əli"  onun danışdığı

nağıl idi.  Nəzmə çəkmişdim.  Mən o şerdən

çıxmışam." 

Anası Şirmayı xanım Xankişi qızı Kürdəmirdə

doğulub.  Fikrət Sadığın ana    babası Xankişinin

Kürdəmirdə karvansarası,  Kür üstə su vurma

stansiyası (bir malakan ilə şərikli)  od dəyirmanı, 

onlarca mülkü vardlı.

1957-ci ilə atası bəraət alandan sonra Fikrət

Sadığın qəlbi kimi sənəti də qol- qanad açdı, 

buxovlardan, təqiblərdən yaxasını qurtardı. 1963-

cü ildə şairin "Cığır"  kitabı çapdan çıxdı və şair

bu "cığır"la yaradıcılığının elə bir zirvəsinə gəlib

çatdı ki,  xalqımız,  dövlətimiz,  eləcə də digər



15

xalqlar


onun

əsərlərini

sevə-sevə

oxudu, 


ədəbiyyatşünaslar onun yaradıcılığını gördülər, 

rəsul rzalar sənətə gələn bir qələmin zənginliyinə

inandılar və o cığırın hamar olacağına sevindilər. 

Və sonra o cığırla  getdi şair; iki-üç ildən bir yeni

bir nəşri ilə ədəbiyyat aləmində getdikcə

məşhurlaşdı.  Hansı vəzndə yazmasından asılı

olmayaraq    xalqın gözündə ən sevimli şair-

sənətkar Fikrət Sadıq oldu və o da bu məhəbbəti

birdən-birə qazanmadı.  Özünün dediyi kimi

xalqına,  onun sənətinə bağlılıq onu xalqa

sevdirdi.:"  Mən kənd uşağı olmuşam.  Eşitdiyim

nağıllar,  bayatılar,  atalar sözləri olub.  Ona görə

də heca vəznindən uzaq qaça bilməzdim. Hecanı

mən doğma vəznim hesab edirəm.  60-cı illərdə

isə mən sərbəst şer yazmağa başladım.  O vaxt

gənc idim,  gənclik çağında ipə-sapa yatmır, 

vəznə sığmır,  bu səbəbdən sərbəst vəznə

keçməyim təbii sayılmalıdır".

Şamaxıda "Yeni Şirvan"  qəzetində ədəbi

işçi, 


Azərbaycan

Dövlət


Universitetində  

ədəbiyyat

kabinetinin

müdiri


laborant, 

Azərbaycan

Sovet


Ensiklopediyası

redaksiyasında ədəbi redaktor,  şöbə müdiri, 

"Gənclik"  nəşriyyatında    redaktor,  şöbə müdiri, 

"Cəfər Cabbarlı"  adına Kinostudiyada sənədli

filimlər üzrə şöbədə baş redaktor,  Azərbaycan

Yazıçılar birliyində təbliğat şöbəsinin müdiri

işləyib.


16

Universitetdə təhsil aldığı illərdə ömür-gün

yoldaşı Sevil xanımla tanış olmuş,  aralarında

böyük səmimiyyət yaranmış və bu səmimiyyət

onlar arasında bir sevginin təməlini qoymuş, 

universiteti qurtardıqdan sonra hər ikisi təyinatını

Şamaxıya almış, Fikrət müəllim  Ç uxuryurd, Sevil

xanım Məlhəm kəndində müəllim işləmişlər. Şair

xatirələrində yazır ki,  "aramızda bir güllü-çiçəkli

kiçik dağ vardı.  3  km məsafə və mənə çox

doğma olan "Buna hicran deyirsən"  şerini onda

yazmışdım.    Sevilin anası deyirdi ki,  mən öz

qızımı  "220"yə, yəni

rayonluya vermərəm.  Onda rayonlarda işıq

220 volt idi,  şəhərdə 127 volt idi. Yəni rayondan

fərqlənirdi.  Şəhərliyə "127"  deyirdilər.  Sonralar

işıq həm rayonda, həm də şəhərdə 220 volt oldu. 

Bərabər oldu.  Qaynanamın bəhanəsi kəsildi. 

Qəribə burasıdır ki,  ömrünün neçə ilini işıqçı

işləyən adamı işıqla sınağa    çəkirdilər.  Bir az

sonra biz evləndik".  Ailə quranda maddi çətinlik

də Fikrət Sadığı az sıxmayıb.  Amma onun

köməyinə böyük sənətkarlar gəlib. Özü demişkən

onu evləndirən də "Sabir" olub. "1961- ci ildə M. 

Ə.  Sabirin yüz illik yubileyi qeyd edilirdi.  O vaxt

mən Şamaxıda müəllim işləyirdim. "Ömrümün bir

günü"  adlı 300  misradan ibarət kiçik bir poema

yazmışdım.  Poema "Azərbaycan"  dərgisində  

dərc olundu və onun dərcindən aldığım qonorar

həm nişana,  həm də toya bəs elədi.  Bir sözlə



Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin