Dünyagörüşü: strukturu və tarixi formaları. Fəlsəfə tarixində varlıq probleminin qoyuluşu


Hüquqi dövlət və demokratik cəmiyyət



Yüklə 47,69 Kb.
səhifə12/19
tarix06.09.2023
ölçüsü47,69 Kb.
#141720
1   ...   8   9   10   11   12   13   14   15   ...   19
Biletler

Hüquqi dövlət və demokratik cəmiyyət.


Dövlət – insаnlаrın, ictimаi qruplаrın, sinif və аssоsiаsiyаlаrın birgə fəаliyyətini və münаsibətlərini təşкilаtlаndırаn, istiqаmətləndirən və nəzаrət еdən cəmiyyətin siyаsi sistеminin əsаs qurumudur. Dövlət – cəmiyyət dахilində hакimiyyətin mərкəzi qurumu və bu hакimiyyət vаsitəsilə siyаsətin cəmləşdirilmiş gеrçəкləşdirilməsidir.
Hüquqi dövlət – dövlətin təşkilinin və fəaliyyətinin elə bir formasıdır ki, burada insan və vətəndaşın hüquqları və azadlıqları təmin olunur, dövlət hakimiyyətinin fiziki şəxslər və onların müxtəlif birlikləri ilə əlaqələri hüquq əsasında qurulur. Hüquqi dövlət ("Rechtsstaat") termini də, "polis dövləti" termini kimi, Almaniyada ortaya çıxıb. Bununla belə, bu termin Fransada inkişaf edib və Fransa bu məsələdə həm Almaniyaya, həm də Avropa ölkələrinə örnək olub. Çağdaş ictimai həyatda və siyasi sistemdə "hüquqi dövlət" çox önəmli prinsipdir. Konstitusiya qurumu olan "hüquqi dövlət" prinsipi xüsusilə kontinental Avropa ölkələrində yayğın anlayışdır.
Demokratiya Avropanın tarixində heç bir zaman XXI əsrin əvvəllərində olduğu qədər geniş yayılmamışdı. Demək olar ki, bütün Avropa cəmiyyətləri, yəni suveren vətəndaşlıq və qərarların qəbulunda şəffaflıq prinsipləri üzərində qurulan Avropa cəmiyyətləri demokratik sayılır. Reallıqda bu prinsiplərə tam nail olmaq çətindir, lakin ümumilikdə onlar müasir Avropada demokratiyanın inkişafında tənzimləyici rol oynayırlar. “Demokratiya” sözü yunan dilində “demos” – “xalq” və “kratos” – “hakimiyyət” mənasını bildirən sözlərin birləşməsindən əmələ gəlmişdir. Müvafiq olaraq, demokratiya çox vaxt “xalq hakimiyyəti”, yəni insanlar tərəfindən müəyyən edilən və onların tabe olmalı olduğu qaydalar mövcud olan sistem kimi qəbul edilir. Müasir dünyada insanların və ölkələrin əksəriyyəti demokratiyanı yeganə qanuni idarəçilik sistemi hesab edir. Demokratiya iki prinsipə əsaslanır:

  1. şəxsi avtonomiya prinsipi: heç kəs başqaları tərəfindən qoyulan qaydaların tətbiq obyekti olmamalıdır;

  2. bərabərlik prinsipi: insanların həyatına təsir edən qərarların qəbul edilməsində hamı bərabər şəkildə iştirak edir.

İdarəçiliyin başqa formaları bu iki prinsipi pozur, çünki bu zaman hakimiyyət bir adamın və ya sosial sinfin əlində olur və onlar əhalinin adından qərarlar qəbul edirlər. Məsələn, oliqarxiya zamanı hakimiyyət azlıqda olan insan qrupunun əlində cəmləşir ki, bunlar da var-dövlət, ailə və hərbi qüvvə ilə müəyyənləşir. Plutokratiya zamanı hakimiyyət varlılar, diktatura zamanı isə bir hökmran insan tərəfindən idarə edilir. Bu idarəetmə formalarında nə şəxsi avtonomiya, nə də bərabərlik gözlənilir.



Yüklə 47,69 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin